Icma.az
close
up
RU
Hərbçilərin pensiyası belə hesablanacaq İZAH VİDEO

Hərbçilərin pensiyası belə hesablanacaq İZAH VİDEO

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Həbrçilərin pensiyalarının hesablanma qaydası qanunda öz əksini tapıb.

Milli.Az xəbər verir ki, hərbi qulluqçular aşağıdakı hallarda pensiyaya çıxmaq hüququna malikdirlər:

Əgər şəxs hərbi xidmətdə və ya hüquq-mühafizə və xüsusi xidmət orqanlarında 20 il və daha çox xidmət edibsə, o, xidmət illərinə görə pensiya almaq hüququ qazanır. Digər kateqoriyaya isə ümumi iş stajı 25 il və daha çox olan şəxslər daxildir. Bu şəxslərin ümumi əmək fəaliyyətinin ən azı 12 il 6 ayı hərbi və ya xüsusi xidmət orqanlarında keçməlidir. Eyni zamanda bəzi şəxslər xidmət müddəti bitmədən də pensiya hüququ əldə edə bilər. Əgər şəxs: yaş həddinə görə, xəstəlik və ya sağlamlıq imkanlarının məhdudlaşmasına görə, ştatların ixtisarı səbəbindən xidmətdən azad olunubsa, və həmin vaxt 45 yaşı tamam olubsa, ümumi iş stajı 25 ildən çoxdursa və bunun ən azı 12 il 6 ayı hərbi və ya xüsusi xidmət orqanlarında keçibsə, bu şəxslər də pensiya ala bilirlər. Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak etmiş və hərbi xidmətdə və ya orqanlarda ən azı 15 il xidmət etmiş şəxslərə də xüsusi güzəştli pensiya hüququ verilir.

Pensiya məbləği necə hesablanır?

Pensiyanın məbləği xidmət müddətindən və xidmətdən azad olunma səbəbindən asılı olaraq dəyişir.

Əgər hərbi qulluqçu 20 il xidmət edibsə, ona əmək təminatının (maaş və digər təminatların hesablandığı məbləğin) 50 faizi həcmində pensiya təyin olunur.

Əgər şəxs sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararsız sayılaraq xidmətdən azad edilibsə, bu göstərici 55 faiz olur.

20 ildən artıq xidmət edən şəxslərin pensiyası isə artırılır. Hər əlavə xidmət ili üçün pensiyaya əlavə 3 faiz hesablanır.

Yaşa görə xidmətdən azad edilən və ümumi iş stajı 25 ildən çox olan şəxslərə təminat məbləğinin 50 faizi həcmində pensiya verilir. 25 ildən artıq hər əlavə il üçün pensiya 1 faiz artırılır.

Əgər şəxs xəstəlik, sağlamlıq məhdudiyyəti və ya ştatların ixtisarı səbəbindən xidmətdən azad olunubsa, bu zaman pensiya təminat məbləğinin 55 faizi həcmində hesablanır. 25 ildən artıq hər əlavə iş ili üçün yenə 1 faiz əlavə olunur.

Çernobıl hadisələrinin nəticələrinin aradan qaldırılmasında iştirak edən və azı 15 il xidmət stajı olan şəxslərə isə təminat məbləğinin 50 faizi həcmində pensiya verilir və 15 ildən artıq hər əlavə xidmət ili üçün 3 faiz əlavə edilir.

Vətəndaşlar nəyə diqqət etməlidir?

Pensiya hüququnun düzgün hesablanması üçün şəxslər öz xidmət müddətlərini, ümumi əmək stajını və xidmətdən azad olunma səbəbini dəqiq sənədlərlə təsdiqləməlidirlər. Əmək kitabçası, xidmət dövrünü təsdiq edən arayışlar və tibbi sənədlər bu prosesdə əsas rol oynayır.

Əgər şəxs pensiya hüququ ilə bağlı tərəddüd yaşayırsa, aidiyyəti dövlət qurumlarına müraciət etməsi və rəsmi məlumat alması tövsiyə olunur.

View this post on Instagram

 

A post shared by Jurnalist Adam (@jurnalistadam)

Mehman Əsədov
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 13 Fevral 2026 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see534

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see277

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see277

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see267

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see258

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see249

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see241

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see232

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see226

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see224

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see219

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see216

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see210

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see208

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see198

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see196

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see189

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see186

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see183

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri