Icma.az
close
up
RU
Hərbçimiz Ermənistanı qarışdırdı Sərhəddə nə baş verdiyi dövlət sirri elan olundu

Hərbçimiz Ermənistanı qarışdırdı Sərhəddə nə baş verdiyi dövlət sirri elan olundu

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan hərbçisi Nəsimi Musayevin Ermənistan ərazisinə keçməsi ilə bağlı yeni məqamlar ortaya çıxıb.

Turkustan.az xəbər verir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti hərbçinin sərhədi haradan və nə vaxt keçdiyini, həmin ərazinin hansı qurumun nəzarətində olduğunu açıqlamaqdan imtina edib.

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə Nəsimi Musayevin ölkə ərazisinə keçməsi ilə bağlı konkret suallar ünvanlanıb.

Qurumdan Azərbaycan hərbçisinin Ermənistan ərazisinə hansı istiqamətdən və saat neçədə keçdiyini, eləcə də həmin sərhəd sahəsinin Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının, yoxsa Müdafiə Nazirliyinin nəzarətində olduğunu açıqlamaq tələb edilib.

Lakin Ermənistanın Milli Təhlükəsizlik Xidməti bu suallara konkret cavab verməyib.

Qurumun açıqlamasında bildirilib ki, məsələ ilə əlaqədar Ermənistanın İstintaq Komitəsində cinayət işi başlanıb və göstərilən suallarla bağlı məlumatların təqdim edilməsi Milli Təhlükəsizlik Xidmətinin səlahiyyətləri xaricindədir.

Bununla yanaşı, qurum sərhədin mühafizəsi və təhlükəsizliyi ilə bağlı məlumatların dövlət sirri hesab edildiyini vurğulayıb.

Rəsmi cavabda qeyd olunub: “Ermənistan Respublikasının dövlət sərhədinin mühafizəsi və müdafiəsi, əks-kəşfiyyat, əməliyyat-axtarış tədbirləri və onların nəticələri, istifadə olunan vasitələr, mənbələr, metodlar və planlar haqqında məlumatlar ‘Dövlət sirri haqqında’ və ‘Əməliyyat-axtarış fəaliyyəti haqqında’ qanunlara, həmçinin hökumətin 11 yanvar 2024-cü il tarixli qərarına əsasən dövlət sirri hesab olunur”.

Bildirilib ki, həmin məlumatlar müvafiq məxfilik dərəcələrinə malikdir və “İnformasiya azadlığı haqqında” qanuna əsasən açıqlana bilməz.

Ermənistanın Milli Təhlükəsizlik Xidməti Nəsimi Musayevin sərhədi keçdiyi konkret ərazini, hadisənin başvermə vaxtını və həmin istiqamətə hansı hərbi qurumun cavabdeh olduğunu açıqlamayıb./musavat.com

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 Oktyabr 2026 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see301

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see301

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see282

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see272

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see262

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see256

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see248

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see239

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see225

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see219

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see218

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see216

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see215

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see212

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see210

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see209

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see196

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see193

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see186

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri