Icma.az
close
up
RU
Hərbi ekspert: Sülhə yaxınlaşma olan kimi şərti sərhəddə vəziyyəti gərginləşdirirlər

Hərbi ekspert: Sülhə yaxınlaşma olan kimi şərti sərhəddə vəziyyəti gərginləşdirirlər

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


“Azərbaycan və Ermənistan arasında müzakirə və sülhə yaxınlaşma müşahidə edilən kimi şərti sərhəddə vəziyyət gərginləşir, mövcud durum pozulur. Sanki üçüncü qüvvə bununla yaxınlaşmanın qarşısını alır, istəmir ki, 30 ildən çoxdur münaqişədə olan iki dövlət arasında sülh yaransın. Hesab edirəm ki, son günlər Azərbaycan-Ermənistan şərti sərhədində baş verənlər də belə ehtimal əsasındadır”.
Bunu “Reytinq” qəzetinə hərbi ekspert Azad İsazadə son günlər Azərbaycan-Ermənistan şərti sərhədində Ermənistan ordusu tərəfindən atəşkəsin pozulmasından danışarkən deyib.
Azad İsazadə əlavə edib ki, gərginliyin yaranmasında ikinci ehtimal da mümkündür: “Ermənistan rəhbəri özü təxribat törədə və sonradan bundan öz xeyrinə istifadə edə bilər. Məsələn, Ermənistan rəhbərliyi Qazax istiqamətində bəzi kəndləri qaytarmazdan və sərhədlərin demorkasiyasından əvvəl hər gün elan edir ki, Azərbaycan “müharibəyə hazırlaşır”, “hücum edəcək” və s. Bununla erməni rəhbərliyi öz əhalisini qorxudurdu və sonra kəndlər qaytarıldı, demorkasiya prosesi baş verdi. Mən istisna etmirəm ki, hər iki ehtimal paralel işləyir. Ola bilsin ki, ermənilər bu təxribatdan sonra konstitusiya dəyişikliyinə gedə bilər. Aydındır ki, Ermənistan konstitusiyası dəyişməsə, Azərbaycan sülh sənədinə imza atmayacaq. Bununla bağlı bizim mövqeyimiz ortadadır”.
Hərbi ekspert ABŞ-nın Almaniyadakı hərbi texnikasının Ermənistana daşınmasına dair məlumatları da şərh edib: “Bu texnika ABŞ-nın Almaniyadakı bazasından Ermənistana daşınır. İlkin ehtimala görə, bu, təlim məqsədilə həyata keçirilir. Ola bilsin ki, bu təlim daha çox sərhədin möhkəmləndirilməsi ilə bağlıdır. Ancaq hansı sərhədin, Azərbaycan-Ermənistan, yoxsa Ermənistan-İran sərhədinin? Bunu da zamanla biləcəyik”.
A. İsazadə xatırladıb ki, Ermənistanda keçirilməsi nəzərdə tutulan oxşar təlim bir vaxtlar ABŞ və Azərbaycan arasında da olub. Yəni Ermənistandakı təlim Azərbaycandakı təlimlə eyni ola bilər.
Y. QACAR
Reyting.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://reyting.az
archiveBu xəbər 19 Mart 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri