Icma.az
close
up
RU
Hərbi ekspertdən Türkiyəyə: Azərbaycanın şərəf və ləyaqətini alçaltmaq olmaz

Hərbi ekspertdən Türkiyəyə: Azərbaycanın şərəf və ləyaqətini alçaltmaq olmaz

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Son zamanlar baş verənlər təəssüf hissi doğurur. Türkiyə-Azərbaycan qardaş ölkələrdir, bir millət, iki dövlətdir, biz strateji müttəfiqik, Türk Dövlətləri Təşkilatında da yüksək səviyyədə təmsil olunuruq. Həm siyasi, həm hərbi, həm iqtisadi əməkdaşlığımız var, humanitar əməkdaşlığımız var, tarixi köklərimiz var. Təəssüflər olsun ki, Türkiyədə də bir qrup bu fəaliyyəti həyata keçirir".

Bunu Redaktor.az-a açıqlamasında hərbi ekspert Emin Həsənli dedi.

Onun sözlərinə görə, Türkiyədən xarici işlər naziri Hakan Fidan da, MHP-dən Dövlət baxçalı, ayrı-ayrı partiya rəhbərləri də, eyni zamanda, hərbi yönümlü heyətlərin rəhbərləri də ilk olaraq çağırışlar etdilər:

"Ancaq bu, sanki səngimək bilmir. Eyni zamanda, təəssüf hissi doğurur. Bu məsələlərə birdəfəlik son qoymaq lazımdır. Başqa ölkələrdə olsa, bizə təsir etməz, bizim qardaş ölkəmizdə Azərbaycan dövlətinə qarşı bu cür fəaliyyət yolverilməzdir. Biz ayrı-ayrı ölkələrik, hər bir ölkənin özünün siyasəti var və bunu hər kəs qəbul etməlidir. Necə ki, biz qardaş Türkiyənin siyasətinə hörmətlə yanaşırıq. Türkiyə Cümhuriyyəti qurulanda azərbaycanlılar həm maddi, həm də mənəvi dəstək olublar, həmçinin gedib Çanaqqalada döyüşüblər. Sonra İstiqlal savaşında şəhid olan, İstiqlal Medalı alan xeyli sayda azərbaycanlı var. Ulu öndər Heydər Əliyevin bizi bir millət, iki dövlət adlandırdığı Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" deyib.

Həmsöhbətimiz diqqətə çatdırdı ki, Qarabağ savaşında Türkiyənin mənəvi və diplomatik dəstəyi olub:

"Azərbaycan Türkiyədə baş verən zəlzələlər və meşə yanğınları zamanı yüksək səviyyədə dəstək göstərib. Azərbaycanın ən böyük enerji layihələri - Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu xətti - hamısı Türkiyə üzərindən keçir. Hesab edirəm ki, bu münasibətlər düzələcək və yoluna düşəcək, amma bu cür hallar yolverilməzdir. Bu halları törədən, Azərbaycan haqqında bu cür təhqiramiz fikirlər irəli sürən şəxslər də mütləq Türkiyə qanunları qarşısında cavab verməlidirlər. Burada şərəf və ləyaqətin alçaldılması var və bu, yolverilməzdir. Biz bunu qəti surətdə pisləyirik".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Oktyabr 2026 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see464

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see392

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see351

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see304

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see301

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see293

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see270

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see263

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see256

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see250

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see246

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see238

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see229

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see222

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see217

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see205

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see205

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see198

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri