Icma.az
close
up
RU
Hərbi geyim formasını hörmətdən salan şəxslər çoxalmışdı, hərbi polis və DİN bunun qarşısını aldı

Hərbi geyim formasını hörmətdən salan şəxslər çoxalmışdı, hərbi polis və DİN bunun qarşısını aldı

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Bəzən aktrisalar, müğənnilər film çəkilişlərində və ya kliplərdə hərbi geyim geyinirlər. Və yaxud hansısa hərbi hissədə keçirilən tədbirdə aparıcılar da hərbi geyim geyinir. Bəzən sektora yeni qədəm qoyan jurnalistlər “mən hərbi müxbirəm” deyib, göstəriş üçün bu geyimi seçir. Bu da bəzən birmənalı qarşılanmır.

Ehtiyyatda olan polvobnik, hərbi ekspert Şair Ramaldanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, incəsənət sahəsində müğənnilər və yaxud hansısa film çəkilişlərində aktrisaların hərbi geyimdən istifadə etməsi müsbət haldır, çünki film və ya klip çəkilişlərində bu geyim mövzuya uyğun olduğu üçün seçilir.

Şair Ramaldanov

“Vətən müharibəsindən sonra müğənnilərimiz vətənpərvərlik ruhunda mahnılar ifa etməyə başladılar. Hərbi geyimdə vətənpərvərlik ruhunda mahnıların ifası tamaşaçılar tərəfindən yaxşı qarşılanırdı”-deyən hərbi ekspert vurğulayıb ki, hərbi geyim formasını hörmətdən salan, dələduzluq məqsədilə hərbi geyim formasından istifadə edənlər bir müddət əvvəl çoxalmışdı.

“Son zamanlar mütəmadi olaraq hərbi polis Daxili İşlər Nazirliyinin nümayəndələri ilə birlikdə bu məsələni nəzarət altına alaraq, bu proseslərin qarşısını ala bildilər”-deyə Şair Ramaldanov qeyd edib.

Şair Ramaldanov bildirib ki, Milli Məclis tərəfindən hərbi geyim formasıyla bağlı müzakirələr zərurətdən yaranıb: “İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilib və cərimələr müəyyən edilib. Bunlar var idi, ancaq indi daha da sərtləşdirilib. Bu addım doğrudan da cəmiyyətin narahatlığı, cəmiyyətin buna münasibəti və cəmiyyətin müraciətləri əsasında zərurətdən yaranan bir addımdır”.

Hərbi ekspert əlavə edib ki, qanunveriliciyə edilən dəyişikliklər bu məsələnin daha da konkretləşməsində öz rolunu oynayacaq.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Yanvar 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see506

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see222

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see209

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see208

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see197

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see184

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see179

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see175

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see175

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see156

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see155

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see152

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see150

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see144

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri