Hərbi hissədə komandaqərargah təlimi KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
2024-cü ilin hazırlıq planına əsasən, “N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən KONKRET.az– a bildirilib ki, təlimin ilkin mərhələsində bölmələr “Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb, tapşırıqlar dəqiqləşdirildikdən sonra döyüşə hazırolmanın müxtəlif dərəcələrinə gətirilməsi üzrə fəaliyyətlər icra olunub.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Sonra bölmələrin ərazidə maskalanması, eləcə də müdafiə və mühafizənin təşkilinə dair fəaliyyətlər icra edilib.
Qarşıya qoyulan tapşırıqlar təlimə cəlb olunan bölmələr tərəfindən dəqiq və vaxtında yerinə yetirilib.

