Icma.az
close
up
RU
“Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı kimlərə verildi? SİYAHI

“Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı kimlərə verildi? SİYAHI

Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Mətbuat Şurası (MŞ) və Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin təşkilatçılığı ilə “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı və onun əsasında Fəxri Diplom növbəti dəfə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində televiziya, xəbər saytları, qəzet və informasiya agentliklərində hərbi sahə üzrə fəaliyyət göstərən bir qrup jurnalistə təqdim edilib.

Mia.az-ın məlumatına görə, Mətbuat Şurasında keçirilən tədbirdə MŞ-nın sədri Rəşad Məcid, MŞ -nın İdarə Heyətinin üzvləri Səadət Məmmədova, Rey Kərimoğlu və Bəhruz Məmmədzadə, APA Media Qrupun baş direktoru Vüsalə Mahirqızı, “ASELSAN Bakü” şirkətinin baş direktorunun müşaviri Yaşar İmanov, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin və “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatının təşkilat komitəsinin sədri Ayaz Mirzəyev, Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri Ramil Məmmədli, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri və Rəşad Süleymanovun ailə üzvləri iştirak ediblər.

Tədbirin əvvəlində Vətən uğrunda canından keçən şəhidlərin və dekabrın 25-də Bakı-Qroznı istiqamətində uçan təyyarənin Aktauda qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra qonaqları salamlayan Mətbuat Şurasının sədri Rəşad Məcid tədbiri giriş sözü ilə açıb. Sədr mükafatlandırılan media nümayəndələrini təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Mərhum hərbi jurnalistlə bağlı xatirələrini bölüşən R.Məcid, Rəşad Süleymanovun Vətənini sevən peşəkar jurnalist olduğunu vurğulayıb.

“Hərbi Jurnalist Rəşad Süleymanov” Media Mükafatı ilə bağlı danışan “Poliqon” jurnalının baş redaktoru Zaur Babaşov bu barədə tədbir iştirakçılarına məlumat verib. Z.Babaşov bildirib ki, gələcəkdə, “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatının beynəlxalq mükafat standartları səviyyəsinə yüksəldilməsi planlaşdırılır.

Tədbirdə çıxış edənlər Rəşad Süleymanovla bağlı xatirələrini bölüşərək mərhum jurnalistin vətənpərvərliyindən, hərbi jurnalistika sahəsindəki fəaliyyətlərindən, Azərbaycan müdafiə sənayesinin beynəlxalq arenada tanıdılmasındakı rolundan danışıblar.

Çıxışların ardından hərbi jurnalist Anar Şuşalı tərəfindən hazırlanan “Rəşad xatirələrdə” sənədli filmi nümayiş olunub.

Daha sonra qalib olan media nümayəndələrinə “Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı və Fəxri Diplom təqdim edilib.
“Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatına layiq görülüb:

Jurnalist Heydər Mirzə – İctimai TV-nin əməkdaşı;

Jurnalist Teymur Zahidoğlu – ARB TV-nin əməkdaşı;

Jurnalist Vəfa Ağabalayeva – Real TV-nin əməkdaşı;

Jurnalist Tahir Ağaməmmədov – AZƏRTAC-ın Qarabağ bölgəsi üzrə müxbiri;

Jurnalist Elgün Gəncimsoy – APA İnformasiya Agentliyinin bölgə müxbiri;

Operator İlkin Mehdiyev – “AnewZ” Yayım və Media İstehsalat Şirkətinin əməkdaşı.

“Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı əsasında təsis edilən fəxri diploma layiq görülüb:

Jurnalist Turqut Bayramov – AzTV Xüsusi Layihələr Studiyasının redaktoru;

Jurnalist Fəqan Muxtar – Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin əməkdaşı;

Jurnalist Daşqın Abdullayev – “Report” İnformasiya Agentliyinin əməkdaşı;

Jurnalist Seymur Əliyev – Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi, Moderator.az xəbər portalının əməkdaşı;

Jurnalist Vəfa Şəhlayi – ATV-nin əməkdaşı;

Jurnalist Rahim Mirzəcan – Naxçıvan TV-nin bölgə üzrə redaktoru;

Operator Şamo İsmayılov – ARB24 TV-nin əməkdaşı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://mia.az
archiveBu xəbər 30 Dekabr 2024 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see276

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see267

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see240

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see239

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see158

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see150

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see142

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see134

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see133

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see133

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see127

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see127

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see124

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see123

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see122

Neymar və het trik

04 Dekabr 2025 09:17see122

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see122

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri