Icma.az
close
up
RU
Hərbi möhlətlər bu halda ləğv ediləcək

Hərbi möhlətlər bu halda ləğv ediləcək

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda universitetə qəbul olmayan onlarla şəxs xarici ölkələrdə bakalavr, magistr və doktorantura pillələri üzrə təhsil almağı seçir. Əyani təhsil zamanı həmin şəxslərə hərbi xidmətdən müəyyən dövr üçün möhlət verilir. Son bir ildir bir çox ölkələr Şimali Kipr universitetlərində doktorantura təhsili vədi vətəndaşlarını oraya sövq edir. Bu universitetlərdə oxuyan tələbələr isə adətən ilin müəyyən bir qismini həmin ölkədə keçirirlər, dərslərdə demək olar ki, iştirak etmirlər.

Bəs bu cür təhsil alan şəxslərə hərbi xidmət üçün verilən möhlət ləğv edilə bilərmi? Ümumiyyətlə, möhlət hansı hallarda ləğv olunur?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr və Beynəlxalq Münasibətlər şöbəsinin rəisi Pərviz Sədrəddinov Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, çağırışçının təhsilalmasını təsdiq edən arayış hər növbəti tədris ili üzrə yenilənməlidir:

“Müddətli həqiqi hərbi xidmətdən təhsilə görə möhlət yalnız əyani formada təhsil alan tələbələrə verilir. Xüsusən xarici ölkələrdə təhsil alan və ya müvafiq təhsil səviyyəsi üzrə təhsilini davam etdirən, bununla əlaqədar qeydiyyatda olduqları Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə təhsilalma barədə arayış təqdim edən çağırışçıların diqqətinə çatdırmaq istərdik ki, təhsilə görə möhlət üçün müraciət etdikdə həmin şəxs təhsil almasına dair sənədi çağırışa cəlb edildiyi ayadək (yanvar, aprel, iyul və oktyabr aylarının 1-dək) təqdim etməlidirlər. Əks təqdirdə həmin şəxslər ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Bununla yanaşı xaricdə təhsil alan çağırışçılar təhsil almaları barədə sənədləri leqallaşdırmalı və ya onlara apostil verilməlidir. Bundan sonra həmin sənədlər Azərbaycan dilinə tərcümə edilməli və tərcümə natorial qaydada təsdiq olunmalıdır.

Onu da qeyd edək ki, xaricdə təhsil alan çağırışçılara təhsil almasına görə verilən möhlət onların təhsil aldığı müddətdə qüvvədə olur, lakin bunun üçün çağırışçının təhsilalmasını təsdiq edən arayış hər növbəti tədris ili üzrə yenilənməlidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://lent.az
archiveBu xəbər 26 Avqust 2026 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see372

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see336

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see286

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see284

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see272

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see267

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see256

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see253

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see251

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see245

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see241

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see230

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see223

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see208

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see190

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see189

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see183

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see183

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see181

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri