Icma.az
close
up
RU
Hərbi prokuror sərhədçilərlə birlikdə

Hərbi prokuror sərhədçilərlə birlikdə

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 8 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə polkovniki Bəhruz Əhmədov Dövlət Sərhəd Xidmətinin Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının komandiri general-mayor Bəhmən Babayevlə birlikdə Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxslərinin və Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli hərbi qulluqçularının iştirakı ilə Dövlət Sərhəd Xidmətinin Naxçıvanda qulluq edən hərbi qulluqçuları ilə görüşüblər.

Hərbi Prokurorluğun Mətbuat Xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi və şəhidlərimizin şərəfinə yaradılmış guşə ziyarət edilərək əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, Allahdan onlara rəhmət, yaralananlara isə şəfa arzulanıb, Dövlət Himni səsləndirilib, Baş Prokurorluğun rəhbərliyinin tövsiyələri çatdırılıb.

Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrikliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi və xalqın əzmkarlığı sayəsində dövlətimizin əldə etdiyi uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrin formalaşdırılmasından bəhs edilib.

Daha sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olub, onları maraqlandıran suallar cavablandırılıb, eləcə də hərbçilərin məişət və xidmət şəraiti, həmçinin, qayğı və problemləri ilə maraqlanılıb.

Sonda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim edilib.

Tədbirdən sonra Hərbi prokuror Bəhruz Əhmədov, Diviziya komandiri Bəhmən Babayev, eləcə də yüksək vəzifəli prokurorluq işçiləri və hərbçilərlə birlikdə Vətən müharibəsində itkin düşmüş şəhid leytenant Vəlizadə İbrahim Səməd oğlunun ailəsinə baş çəkərək, prokurorluq adından diqqət və qayğı göstərib, eləcə də vətən fədaisinin ruhuna dərin ehtiram ifadə olunub. Şəhid ailəsi daim onları diqqətdə saxlamaqla qayğı göstərən dövlət başçısına, Heydər Əliyev Fonduna, aidiyyəti dövlət qurumlarına və onları ziyarət edənlərə minnətdarlıqlarını ifadə ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 İyul 2025 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see585

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see533

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see376

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see283

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see281

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see255

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see254

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see247

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see246

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see245

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see222

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see220

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see220

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see217

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see214

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see214

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see213

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see212

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see211

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri