Icma.az
close
up
RU
Hərbi prokurorun işdən çıxarılan müavini: keçmiş müxbir DOSYE

Hərbi prokurorun işdən çıxarılan müavini: keçmiş müxbir DOSYE

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, respublika hərbi prokurorunun müavini işdən azad olunub.
Baş prokuror Kamran Əliyev bununla bağlı əmr imzalayıb. Sözügedən əmrə əsasən, hərbi prokurorun müavini Mehdi Hüseynzadə vəzifəsindən azad edilib.
Bu vəzifənin icrası Hərbi Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin rəisi Nihad Şıxəliyevə həvalə olunub.

Kamran Əliyevin digər əmri ilə Baş Prokurorluğun İstintaq İdarəsinin böyük prokuroru Ağakişi Acalov Sumqayıt Hərbi prokuroru təyin edilib.
Modern.az saytı hərbi prokurorun işdən çıxarılan müavini Mehdi Hüseynzadənin tərcümeyi-halnı təqdim edir:
Mehdi Tofiq oğlu Hüseynzadə 19 may 1976-cı ildə Qazax rayonunun Barxudarlı kəndində anadan olub. 1991-ci ildə Bakı şəhəri 99 saylı orta məktəbi bitirib.
1993-1997-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil alıb.
1997-1999-cu illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Cinayət hüququ və cinayət prosesi” ixtisaslaşması üzrə magistratura pilləsində oxuyub.
Mehdi Hüseynzadə 10.03.1999-cu il tarixdən 17.05.1999-cu il tarixədək Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Xalq qəzeti”ndə siyasət şöbəsinin müxbiri işləyib, 18.05.1999-cu il tarixdən 30.11.1999-cu il tarixədək isə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisəsində əməliyyat müvəkkili vəzifəsində, ədliyyə polis leytenantı rütbəsində xidmət edib.
Magistr pilləsini fərqlənmə diplomu ilə bitirməklə Bakı Dövlət Universitetinin təqdimatına əsasən, Mehdi Hüseynzadə 30.11.1999-cu ildən prokurorluq orqanlarına işə qəbul olunaraq, həmin tarixdən Tərtər hərbi prokurorluğunun böyük müstəntiqi, 20.04.2001-ci ildən Sumqayıt hərbi prokurorluğunun müstəntiqi, 21.05.2003-cü ildən Sumqayıt hərbi prokurorunun böyük köməkçisi, 14.10.2014-cü ildən Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi, 26.05.2006-cı ildən isə həmin idarənin mühüm işlər üzrə böyük müstəntiqi vəzifələrində çalışıb.
O, 22.06.2010-cu ildə Tərtər hərbi prokuroru, 24.06.2013-cü ildə Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi, 07.07.2020-ci ildə isə Respublika Hərbi Prokurorluğunun Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Mehdi Hüseynzadə 17.03.2022-ci ildə Respublikası Hərbi prokurorunun müavini vəzifəsinə təyin olunaraq, ədliyyə polkovniki rütbəsinə yüksəlib.
Ailəlidir, üç övladı var.
A.Qorxmaz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 İyul 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri