Hərbi qulluqçularımız Səudiyyə Ərəbistanında keçirilən forumda iştirak ediblər AZƏRTAC
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 21 noyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində “Gizirlər üçün 1-ci Beynəlxalq Liderlik Forumu” keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu beynəlxalq forumda iştirak edib.
Tədbir iştirakçıları arasında Azərbaycan və Səudiyyə Ərəbistanı ilə yanaşı, ABŞ, Almaniya, Banqladeş, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İngiltərə, İordaniya, İraq, İspaniya, İsveç, İtaliya, Küveyt, Qətər, Mərakeş, Misir, Nigeriya, Oman, Pakistan, Tunis, Türkiyə, Yaponiya və Yunanıstandan olan hərbi qulluqçular olub.
Forumun keçirilməsinin məqsədi gizir heyətinin liderlik qabiliyyətinin inkişafı və effektiv rəhbərlik bacarıqlarının artırılmasıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 21 Noyabr 2024 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















