Hərbi vəzifəlilərin təlim toplanışı davam edir VİDEO
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müdafiə Nazirliyinin cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə keçirilən tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı davam edir.
APA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təsdiq olunmuş tədris proqramına və günün nizam qaydalarına müvafiq olaraq, toplanışa cəlb edilmiş heyətlə sıra və fiziki hazırlıq üzrə məşğələlər keçirilir.
Plana əsasən, ehtiyatdan çağırılmış hərbçilərlə milli mənəvi dəyərlərimizə bağlılığa və onların qorunmasına dair maarifləndirici söhbətlər aparılır, müxtəlif mövzularda dərslər keçirilir.
Toplanış müddətində, həmçinin hərbi vəzifəlilərə Azərbaycan Ordusunun arsenalında olan müasir silah və hərbi texnikaların taktiki-texniki xüsusiyyətləri, istismar qaydaları, həmçinin effektiv döyüş tətbiqi üsulları öyrədilir.
Keçirilən toplanışın əsas məqsədi ehtiyatdan çağırılan hərbi vəzifəlilərin döyüş hazırlığının, bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi, praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də onlara yeni hərbi biliklərin aşılanmasıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 10 Mart 2025 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















