Icma.az
close
up
RU
Hərbi xidmətlə bağlı yeni dəyişiklik ANONSU KONKRET

Hərbi xidmətlə bağlı yeni dəyişiklik ANONSU KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Hazırda Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış üçün yuxarı hədd 30 yaşdır. Bir müddət əvvəl bu hədd 35-dən 30 yaşa endirilib.

Bəs gələcəkdə çağırış yaşı daha da azaldılaraq 25 müəyyən edilə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, gələcəkdə yaş həddinin daha da aşağı salınması tam realdır.

Üzeyir Cəfərov

Onun sözlərinə görə, bunun üçün ilk növbədə hüquqi və təşkilati məsələlər öz həllini tapmalıdır:

“Yaş həddinin aşağı salınması mümkündür və düşünürəm ki, bu, gələcəkdə baş verəcək. Bunun üçün müəyyən hüquqi məsələlər həll edilməlidir. Həmin proseslər tamamlandıqdan sonra bu məsələyə baxılması mümkündür. Mən şəxsən hesab edirəm ki, yaş həddi mütləq aşağı salınacaq.
Azərbaycanda ordunun tədricən peşəkar ordu modelinə keçidi istiqamətində ardıcıl addımlar atılır. Çağırışçıların yaş həddinin azaldılması da bu prosesin tərkib hissəsi ola bilər”.

Ekspert qeyd edib ki, ali təhsil alan gənclər nəzərə alındıqda onların hərbi xidmətə çağırılması əsasən 21-22 yaşlarında baş tutur. Bu baxımdan yuxarı yaş həddinin daha aşağı müəyyən edilməsi məqsədəuyğun hesab olunur:

“Yəqin ki, yaxın bir neçə ildə bu məsələ həm cəmiyyətdə, həm də güc strukturlarında müzakirə olunacaq. Bununla bağlı müxtəlif yanaşmalar və əsaslandırmalar mövcuddur”, – deyə o, əlavə edib.

Hərbi ekspertin sözlərinə görə, yaş fərqinin çox olması hərbi hissələrdə müəyyən problemlərə səbəb ola bilər:

“18 yaşlı çağırışçı ilə 30 yaşlı arasında 12 yaş fərqi yaranır. Bu isə istər-istəməz xidmət zamanı, tapşırıqların icrası və qarşılıqlı münasibətlər baxımından özünü göstərə bilər. Azərbaycan mentalitetini də nəzərə alsaq, yaş fərqi böyük olduqda çağırışçılar arasında müəyyən gərginlik və anlaşılmazlıqların yaranması mümkündür. Əgər yaş həddi 18-21 və ya 18-25 aralığında olsa, bu fərq xeyli azalacaq və uyğunlaşma prosesi daha rahat keçəcək”, – deyə Ü.Cəfərov bildirib.

Ekspertin fikrincə, orduda aparılan təkmilləşdirmə prosesləri çərçivəsində qanunvericilik bazası da yenilənməli, bu istiqamətdə qərarlar aidiyyəti dövlət qurumları və güc strukturlarının rəyləri nəzərə alınmaqla qəbul edilməlidir:

“Ordumuzu təkmilləşdiririk. Bu proses çərçivəsində qanunvericilik bazası da işlənib hazırlanmalıdır. Bütün bunlar güc strukturlarının nümayəndələrinin iştirakı ilə həyata keçirilməlidir. Hesab edirəm ki, bu məsələ yaxın illərdə mütləq gündəmə gələcək və bununla bağlı müvafiq qərar qəbul olunacaq”, – deyə o, vurğulayıb.

Aynurə İsmayıl
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 İyul 2026 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see336

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see308

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see268

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see252

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see250

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see246

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see241

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see233

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see230

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see227

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see217

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see216

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see214

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see209

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see207

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see204

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see202

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see201

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see186

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri