Hərbidən birbaşa Kəngərliyə gələn İLK ƏSGƏR
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ağdam rayonunun Kəngərli kəndinə köçən ilk ailələrdən olan Rövşən Rüstəmovun sevinci ikiqatdır. Belə ki, 24 yaşlı Rövşən Rüstəmov hərbi xidmətə yola düşəndən sonra ailəsi Kəngərli kəndinə köçüb.
Ölkə.Az xəbər verir ki, əsgərlik dövründə olarkən Rövşən Rüstəmovun bu müddətdə bir oğlu dünyaya gəlib. O, tərxis olunduqdan sonra ilk dəfə olaraq ailəsinin yanına, azad edilmiş doğma yurduna qayıdıb.
“Qardaşım əsgərlikdə olanda ailəmiz Kəngərli kəndinə köçdü. O, xidmətini başa vurandan sonra ilk dəfə ailəsinin yanına gəlib. Əsgərlik dövründə bir oğlu olub. İndi isə həm ata kimi, həm də əsgər kimi qürurla azad olunmuş torpağa qayıdıb”, — deyə ailə üzvləri bildiriblər.
Baxış sayı:62
Bu xəbər 10 İyul 2025 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















