Icma.az
close
up
RU
Kəngərliyə həyat qayıdır!

Kəngərliyə həyat qayıdır!

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev: "Bu torpaqların sahibi həmişə biz olmuşuq, bu gün də belədir"

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunan, yenidən qurulan ərazilərə köçlər davam edir. Yenidən çiçəklənən ərazilərimiz doğma sakinlərini qarşılamağa davam edir. İşğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli Qarabağ torpağında insanların rahat, firavan yaşamasına istiqamətlənib. Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərimizə hər bir səfəri tarixi hadisələlərlə yadda qalır. Böyük Qayıdışımız uğurla yerinə yetirilir. Artıq işğaldan azad olunan ərazilərimizin əzəli sakinləri öz dədə-baba yurdlarına qayıdırlar. İnsanların doğma yerlərdən səsləri eşdilir. Təkcə Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur.

Bu gün işğaldan azad olunan digər ərazilərimiz kimi, Ağdam da abadlıq-quruculuq meydanına çevrilib. Ağdam işğaldan azad olunaraq yeni tarixi dövrünə qədəm qoydu. Qədim insanların yaşayış məskənlərindən olan Ağdam Qarabağ hadisələri başlayandan burada cərəyan edən hadisələrin mərkəzi olub. 1993-cü ilin iyul ayının 23-də Ağdamın işğalı tarixini artıq 20 noyabr 2020-ci ili qələbə tarixi əvəzlədi. Dövlətimizin başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırdı. İyirmi yeddi ildən sonra işğaldan azad olunan Ağdamda dövlət bayrağımız dalğalandı. Bundan qürurlu, şərəfli nə ola bilər? İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı və 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı fəaliyyət göstərirdi.

"UZUN FASİLƏDƏN SONRA DOĞMA DƏDƏ-BABA TORPAĞINDA YAŞAMAQ, ƏLBƏTTƏ Kİ, BÖYÜK XOŞBƏXTLİKDİR"

Biz artıq Ağdamda həyata keçirilən abadlıq-quruculuq işlərindən fəxarətlə danışırıq. Bu məkanların infrastrukturu yenidən qurulur, müasirləşir, yeni yollar çəkilir. Ağdama əzəli sakinlər qayıdır. Ağdamın Kəngərli kəndində yeni həyat başladı. "Kəngərliyə həyat qayıdır, Kəngərli sakinləri artıq qayıdır, böyük xoşbəxtlikdir, tarixi hadisədir. Uzun fasilədən sonra doğma dədə-baba torpağında yaşamaq, əlbəttə ki, böyük xoşbəxtlikdir". Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlərlə görüşüb zamanı bildirib. Dövlət başçımız bildirib ki, siz uzun illər ağır şəraitdə - ölkəmizin müxtəlif yerlərində yararsız evlərdə, yataqxanalarda, uşaq bağçalarında, müəyyən müddət isə çadır şəhərciklərində yaşamısınız: "Bu gün isə gözəl kəndin timsalında yeniləşən Azərbaycanı görürük, bərpa olunan Qarabağı görürük. Göstəririk ki, bu torpaqların sahibi həmişə biz olmuşuq, bu gün də belədir. Ancaq bu torpağın sahibi bu torpaqda qurub-yaradır".

Ermənistan silahlı qüvvələrinin daşı-daş üstə qoymadığı Ağdam şəhəri Azərbaycan dövləti tərəfindən yenidən salınır. Müasir şəhərsalma həlləri əsas götürülməklə yeni şəhər inşa olunur. Baş Plana əsasən, Ağdamın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq, ona uyğun infrastruktur yaradılır.

"BÜTÜN TORPAQLARDA ERMƏNİSTAN DÖVLƏTİ TƏRƏFİNDƏN MƏQSƏDYÖNLÜ SİYASƏT APARILIRDI Kİ, HEÇ VAXT AZƏRBAYCANLILAR BU BÖLGƏYƏ QAYITMASINLAR"

Bu gün ermənilərin viran qoyduqları ərazidə irimiqyaslı layihələr icra olunur. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, mənfur düşmən bütün bu bölgəni viran qoymuşdu: "Ağdam rayonunda bir dənə də salamat bina qalmamışdır. Şəhər, bütün kəndlər tamamilə yerlə-yeksan edilmişdir. Təkcə Ağdamda yox, demək olar ki, o vaxt işğal altında olan bütün torpaqlarda Ermənistan dövləti tərəfindən məqsədyönlü siyasət aparılırdı ki, heç vaxt azərbaycanlılar bu bölgəyə qayıtmasınlar. Onlar istəyirdilər bu torpaqları əbədi işğal altında saxlasınlar. Onlara mənəvi və maddi dəstək verən bəzi ölkələr də onlarla həmrəy idi. Amma onlar bir şeyi unudurdular ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq, Azərbaycan vətəndaşları heç vaxt öz doğma torpaqlarını unutmayacaq və Azərbaycan dövləti ayağa qalxacaq, güc toplayacaq və düşməni öz torpağından qovacaq. Bunu onlar hesablaya bilməmişdilər".

Ağdam şəhərinin təsdiq edilmiş Baş planına uyğun olaraq, əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması ilə yanaşı, burada işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması hədəfinə uyğun olaraq, məhəllədəki binaların enerji təchizatında alternativ enerji mənbələrindən istifadə üzrə konseptual həllər işlənmişdir. Ölkə başçısının gördüyü işlər, həyata keçirdiyi bütün layihə və proqramlar, ilk öncə milli maraqları özündə əks etdirir. Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Bu gün Azərbaycanda güclü dövlət idarəçiliyi mövcuddur. Yeni reallıqlar yaradan Azərbaycan dinamik inkişaf dövrünü yaşayır. 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfərdən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan gələcək inkişaf strategiyasını dövrün tələblərinə uyğun olaraq müəyyənləşdirib. Uzaqgörən qərarları ilə Azərbaycan Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir irimiqyaslı layihələri ilə müasir dünyamızda etibarlı tərəfdaşlarından birinə çevrilib. İşğal altından azad olunan ərazilərimizdə abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Ermənilərin xarabalığa çevirdiyi məkanlarda yeni yollar çəkilir, dayanıqlı və davamlı iqtisadi fəallığın təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşır, tarixi-mədəniyyət və dini abidələrimiz təmir və bərpa olunur. Su, qaz, elektrik təsərrüfatlarının bərpası ilə bağlı işlər uğurla davam etdirilir. "Köçkünlər ən çətin şəraitdə yaşayıblar. Siz bilirsiniz ki, işğal dövründə köçkünlərlə mənim çoxsaylı görüşlərim olub, həm çadır şəhərciklərində, - onlara söz vermişdim ki, birinci prezidentlik dövrümdə bir dənə də çadır şəhərciyi qalmayacaq və artıq 2007-ci ildə bir dənə də qalmamışdı, - həm də yeni salınmış qəsəbələrdə, qəsəbələrin açılışında. Biz 300 minə yaxın ovaxtkı köçkünü gözəl evlərlə təmin etmişdik. O görüşlər zamanı deyirdim ki, bu, müvəqqəti yaşayış yerinizdir, torpaqlar azad olunandan sonra sizin üçün Qarabağda daha gözəl şərait yaradacağıq", - deyə Prezident diqqətə çatdırıb. Bəli artıq real həyat hər şeyi deyir. Görülən işlərin məntiqi nəticəsi olaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış ardıcıl olaraq həyata keçirilir. "Bütün bu əzablı illər arxada qaldı. Siz indi öz doğma torpağınıza qayıdırsınız və qayıtmısınız, sizin üçün gözəl şərait yaradılıb. Kəngərli kəndi göz oxşayır", - deyən Prezident bildirib ki, kəndin bərpasının, yenidən qurulmasının birinci mərhələsidir və artıq 292 ev hazırdır. Evlər iki, üç, dörd və beşotaqlıdır. İkinci mərhələdə daha çox evlər tikiləcək. Birinci mərhələ üzrə buraya 1279 nəfərin köçürülməsi planlaşdırılır.

Məskunlaşdırılacaq əhalinin gələcək sayı nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 72,5 hektar torpaq sahəsi ayrılıb. Burada hər cür şərait var. Dövlət başçımızın bildirdiyi kimi, "Gözəl evlər, işıq, qaz, su, kanalizasiya sistemləri, məktəb, uşaq bağçası, market, tibb məntəqəsi, hətta bazar kompleksi - hər şey var. Əkin üçün yerlər ayrılacaq. İndi bəzi torpaqlarda artıq minatəmizləmə işləri başa çatıb. Mən göstəriş vermişəm, sakinlərə torpaq sahələri də veriləcək. Həyətyanı sahə də 12 sotdur. Orada da əkib-becərmək mümkündür. Yəni, həyat qayıdır, ədalət zəfər çalıb, ədalətin təntənəsidir. Biz bunun şahidiyik".

Kəngərli kəndi bərpa edilən sayca 14-cü yaşayış məntəqəsidir.

"MUĞAM MƏRKƏZİNİ AĞDAMDA İLK LAYİHƏLƏRDƏN BİRİ KİMİ İNŞA ETMƏYİMİZ BİZİM MƏNƏVİ KÖKLƏRƏ BAĞLI OLDUĞUMUZU GÖSTƏRİR"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdam rayonuna səfərlərinin nəticəsi olaraq, burada yeni müəssisələrin təməllərinin qoyulur və açılışlar edilir. Artıq qeyd etdiyimiz kimi, Ağdam rayonunun Kəngərli kəndi öz sakinlərini qoynuna aldı. Ağdam şəhərindən 6 kilometr məsafədə yerləşən Kəngərli kəndində 2626 nəfərin (639 ailə) məskunlaşması planlaşdırılıb. Ağdam Sənaye Parkında müxtəlif təyinatlı ayaqqabıların istehsalı zavodunun, Ağdam Sənaye Parkında Avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı zavodunun, Ağdam Sənaye Parkında Dam örtükləri istehsalı zavodunun açılışları vəs görülən işlər sırasındadır. "Ağdam şəhəri də artıq ərsəyə gəlir. Bu gün səhər Ağdam vağzal kompleksinin açılışını etdim", - deyən Prezident bu tədbirdən sonra Ağdam Muğam Mərkəzinin açılışını edib. "Muğam Mərkəzini Ağdamda ilk layihələrdən biri kimi inşa etməyimiz bizim mənəvi köklərə bağlı olduğumuzu göstərir. Yəni, bizi millət kimi, xalq kimi saxlayan bizim musiqimiz, dilimiz və əyilməz ruhumuz olub", - dövlət başçımız bildirib.

Qeyd edək ki, Ağdam Muğam Mərkəzinin təməli 2023-cü ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Mərkəzdə kafe, kinozal, kitabxana və iki rəqs zalı yaradılıb. Buradakı 474 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam konsertləri təşkil etmək üçün hərtərəfli şərait var.

Mərkəz Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq.

Bu gün isə Azərbaycan vətəndaşı hər bir qarış torpağının sahibidir, hər yerdə yaşayır, yaşayacaq. Sürətli bərpa işləri onu göstərir ki, tezliklə bütün keçmiş köçkünlər öz torpaqlarına qayıdacaqlar. "Biz bundan sonra ancaq və ancaq qalib xalq kimi yaşayacağıq, bu torpaqlarda əbədi yaşayacağıq və xoşbəxt yaşayacağıq", - deyə Prezident bildirib.

Zümrüd BAYRAMOVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 May 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Doğum Günləri: Tarixlə başlayan, şəbəkələrlə tamamlanan bir sehr Məryəm Bağırova yazır

27 İyun 2025 14:29see729

Gözünü aç, amma ağzını yum: Niyə Ermənistana hər şey olar?

27 İyun 2025 15:10see176

Mercedes lər geri çağırılır Qəfil alışa bilərlər

28 İyun 2025 03:04see139

Tramp: Xameneini alçaldıcı ölümdən xilas etdim

27 İyun 2025 21:42see131

ABŞ nüvə obyektinə qarşı bunker bombalarından istifadə etməyib

28 İyun 2025 19:35see130

Tez bişən yemək RESEPTLƏRİ: 20 dəqiqəyə...

28 İyun 2025 05:06see122

Ukraynada baş nazir postu uğrunda mübarizə gedir..?

27 İyun 2025 18:43see119

Yeni viruslar ölümcül ola bilər: İnfeksionistdən XƏBƏRDARLIQ

27 İyun 2025 18:15see117

Pezeşkian: İranın cavab tədbirləri regionda tammiqyaslı və nəzarətsiz müharibənin qarşısını aldı

27 İyun 2025 16:56see117

İsrail əsgərləri Qəzzada yeni doğulmuş körpələri öldürdü

27 İyun 2025 09:23see117

Hyundai Rusiyaya çatdırılmanın yolunu tapıb...

27 İyun 2025 23:54see117

OMON dəstəsi azərbaycanlıların evinə basqın etdi: Ölən var

27 İyun 2025 22:50see116

Tramp Yaxın Şərqdə yeni sistem formalaşdırır Kosaçev

27 İyun 2025 19:59see116

İran MAQATE rəhbərini persona non grata elan etdi

27 İyun 2025 22:29see115

Azərbaycan ABŞ iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 2 dəfə artırıb

28 İyun 2025 10:42see115

Dünənki güclü partlayışdan sonra… Yeni video KONKRET

27 İyun 2025 13:59see114

Lion dan qərar: Avropa Liqasında iştirak edəcək

27 İyun 2025 20:33see114

Ukraynada Rusiyaya qarşı sanksiya təzyiqinin sinxronlaşdırılmasına dair qərar qüvvəyə minib

27 İyun 2025 16:58see114

Sergey Markov Yekaterinburq hadisələri ilə bağlı: Biz dəqiq araşdırma və rəsmi izahat gözləyirik

29 İyun 2025 01:43see114

Trampa Ali Məhkəmədən “yaşıl işıq”: ABŞ da doğulan hər kəs vətəndaş olmayacaq KONKRET

27 İyun 2025 20:51see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri