Icma.az
close
up
RU
Herend Azərbaycan üçün Zəfər Günü münasibətilə xüsusi kolleksiya ərsəyə gətirib

Herend Azərbaycan üçün Zəfər Günü münasibətilə xüsusi kolleksiya ərsəyə gətirib

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əl işi, lüks sinfə mənsub çininin dünya üzrə aparıcı istehsalçısı "Herend" xüsusilə Azərbaycan üçün, Qarabağ torpaqlarının işğaldan azad olması uğrunda aparılan müharibədə çalınmış Zəfərin beşilliyi münasibətilə "Italdizain" ilə əməkdaşlıq çərçivəsində yaradılmış kolleksiyanı təqdim edib. Zəfər Günü hər il 8 noyabrda qeyd olunur.

Servizin bütün predmetlərini səhləb çiçəyi xarıbülbülün (Ophrys caucasica, azərb. Xarıbülbül (hərfi tərcüməsi - "tikanlı bülbül") təsviri bəzəyir. Xarıbülbül - Şuşa və onun ətraf ərazilərində geniş yayılmış gözəl, bənövşəyi-qızılı rəngli çiçək 2020-ci ildə İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsinin rəsmi simvoluna, eləcə də tarixən Qarabağa məxsus olmuş torpaqların qaytarılması uğrunda mübarizədə şəhid olmuş Azərbaycan döyüşçülərinin xatirəsinə ehtiram əlamətinə çevrildi. Kolleksiyaya çay dəsti, tort üçün qab və güldan - vahid bədii ideya və incə işlənmiş təsvir ilə birləşmiş məmulatlar daxildir. Yüksək bədii və realistik rəsm - yeni kolleksiya üçün eksklüziv şəkildə hazırlanmış eskizlər əsasında "Herend" manufakturasının peşəkar rəssamlarının virtuoz əl işi.

"Italdizain" şirkəti əməkdaşlıq üçün partnyor seçiminə həmişə xüsusi diqqətlə yanaşır. "Herend" ilə əməkdaşlıq da istisna təşkil etmir. 2026-cı ildə öz 200 illiyini qeyd edəcək aparıcı macar manufakturası "kralların çinisi" fəxri adını çoxdan qazanıb. Onun müştəriləri arasında Böyük Britaniya, Belçika, Yaponiya, Bruney, Oman və Tailandın hakim sülalələri, ABŞ prezidentləri, Habsburqlar, Lixtenşteynlər, Rotşildlər kimi aristokratik və sahibkarlıq fəaliyyəti göstərən ailələrin nümayəndələri var. "Herend" ustalarının möhtəşəm əsərləri Ağ Evin, Avropa parlamentinin, Macarıstan prezidentinin malikanəsinin interyerlərini bəzəyir. Brendin butikləri dünyanın ən böyük şəhərlərinin ən prestijli yerlərində açılıb: Parisdə Rivoli küçəsi, Nyu-Yorkda Beşinci avenyu, Tokioda Gindza rayonu və Los-Ancelesdə Rodeo-Drayv bulvarında. "Herend" çinisini "Harrods", "Saks Fifth Avenue", "Neiman Marcus", "Mitsukoshi", "Takashimaya" kimi dəbli univermaqlarda əldə etmək mümkündür.

"Herend" çinisinin yüksək keyfiyyətinin sirri ənənələrə sadiq qalmaqla yanaşı, qabaqcıl texnologiyaları mənimsəməsidir. Brendin fəlsəfəsi - dörd ünsürün: torpağın (çininin ondan hazırlandığı ağ gil), bişirmə sobalarında alovun, rəssamların onunla boyaları açdığı suyun və sobanın işləməsi, həmçinin rəsmin fiksasiyası üçün zəruri olan havanın birləşməsində Kainatın vəhdət və harmoniyası. "Herend" öz kolleksiyalarını məhdud seriyalarla istehsal edir, ya da şəxsi sifarişlər əsasında eksklüziv xətlər yaradır. Hər bir predmet relyef bəzək elementlərinin əl ilə tökülməsi və qəliblənməsindən tutmuş bişirilməyə, əl ilə rəsmin çəkilməsinə və zərvurmadan ibarət bir neçə mərhələdə (onların sayı iyirmiyə çata bilər) hazırlanır. Çini ilə işin sirləri manufakturada onun mövcudluğunun hər iki yüz ili boyunca ustadan birbaşa şagirdə ötürülür. Lakin brend həm də innovasiyalara açıqdır: aktual dizayn trendlərini nəzərə alan "Herend" daim yeni forma, rəng və dekorativ üsullar işləyib-hazırlayır və tətbiq edir.

Manufaktura müştərilərə olan hörmət və diqqətini dünya çini bazarı üçün unikal sayılan bir təkliflə - servizin yenilənməsinə (zədələnmiş və ya sınmış predmetin əvəzlənməsi) ömürlük zəmanət ilə nümayiş etdirir: beləcə, "Herend" pərəstişkarları ailə servizini nəsildən-nəslə ailə yadigarı kimi ötürə bilərlər.

"Herend"in "Xarıbülbül" kolleksiyası "Ambiance" butikində təqdim olunur.

Ünvan: Azərbaycan, Bakı, 28 may küçəsi, 5A.

Əlaqə nömrəsi: +994 (12) 498-62-94

"Herend" manufakturasını Azərbaycanda onun rəsmi distribütoru - "Italdizain" şirkəti eksklüziv olaraq təmsil edir. Bu brend və onun kolleksiyaları barədə daha çox məlumatı https://italdizain.az/ru/brands/herend veb-saytında əldə edə bilərsiniz.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 Oktyabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri