Neftçi” “Zirə”ni məğlub etdi
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, günün ikinci görüşündə “Neftçi” doğma meydanda “Zirə” ilə üz-üzə gəlib. “Palms Sports Arena”da keçirilən qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 8-ci dəqiqədə Breno Almeyda vurub.
Xallarını 30-a çatdıran “ağ-qaralar” liderliyini davam etdirir. “Zirə” isə 20 xalla 5-ci sırada yer alıb.
Açılış matçında “Şəfa” “İmişli”nin qonağı olub. Yevlax şəhər stadionunda oynanılan görüş Bakı təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu qalibiyyətlə uğursuz seriyaya son qoyan qonaqların heyətində Elnur Cəfərov dubl edib. Digər qolu Musa Quel vurub. Nominal meydan sahiblərinin yeganə qoluna isə Ronaldo de Souza imza atıb.
Hazırda “İmişli” 12 xalla turnir cədvəlinin 8-ci, “Şəfa” isə 8 xalla 11-ci pilləsində qərarlaşıb.
Baxış sayı:123
Bu xəbər 27 Noyabr 2026 21:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















