“Hesab edirəm ki, sonda Zəngəzurla bağlı Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq...”
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
“Amma məcburiyyət qarşısında qalsaq, biz digər vasitələrdən də istifadə etməli olacağıq. Lakin hesab edirəm ki, bu, Ermənistan üçün heç də yaxşı variant deyil...”
“Zəngəzur dəhlizinin açılması daha çox Ermənistandan asılı olan bir məsələdir. Azərbaycan bu məsələdə hər hansı bir problem görmür. Əsas məqam Ermənistanın Rusiya ilə Zəngəzur yoluna nəzarət məsələsini həll edib sona çatdırmamasındadır. Bütün bunlarla belə, Zəngəzur dəhlizi açılmalıdır və mütləq açılacaq. Çünki Ermənistan 10 noyabr 2020-ci il tarixli sazişə əsasən üzərinə həmin dəhlizin açılması öhdəliyini götürüb. Və Zəngəzur dəhlizi hərbi yolla yox, müəyyən siyasi-diplomatik, danışıqlar yoluyla açılmalıdır”.
Bunu Moderator.az-a açıqlamasında “Mövcud geo-siyasi durumda Zəngəzur dəhlizinin hərbi yolla açılmasını nə dərəcədə mümkün hesab edirsiz” sualını cavablandıran hərbi-siyasi ekspert Üzeyir Cəfərli söyləyib.
“Hesab edirəm ki, sonda Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq. Və nəticədə bizim Naxçıvan Muxtar Respublikasının sakinləri də nəhayət, maneəsiz şəkildə Azərbaycanın bir hissəsindən o biri hissəsinə gedib-gələ biləcəklər. Amma məcburiyyət qarşısında qalsaq, biz digər vasitələrdən də istifadə etməli olacağıq. Lakin hesab edirəm ki, bu, Ermənistan üçün heç də yaxşı variant deyil”, - deyə davanmında ekspert vurğulayıb.
Sultan Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 31 Yanvar 2025 21:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















