Icma.az
close
up
RU
Hesabat: Dünyada milyarderlərin sayı 4 min nəfəri keçib

Hesabat: Dünyada milyarderlərin sayı 4 min nəfəri keçib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 24 iyun, AZƏRTAC

“Hurun Global Rich List 2026” hesabatına görə, dünyada milyarderlərin sayı ilk dəfə 4 min nəfəri keçib.

AZƏRTAC hesabata istinadla xəbər verir ki, illik reytinqdə 15 yanvar 2026-cı il tarixinə olan məlumata görə, əvvəlki illə müqayisədə 578 milyarder artımı qeydə alınıb. Hesabatın 15 il əvvəl dərc olunmasından bəri ən böyük illik artım - 4020 milyarder müəyyən edilib. Onların ümumi sərvəti 28 faiz artıb və siyahıya ilk dəfə 726 nəfər qoşulub.

Ən çox milyarder Çində qeydə alınıb. Bu ölkədə il ərzində 287 milyarder əlavə edilib və onların ümumi sayı 1110 nəfərə çatıb. ABŞ 1000 milyarderlə ikinci, Hindistan isə 308 milyarderlə üçüncü yerdə qərarlaşıb.

İlon Mask dünyanın ən varlı adamı mövqeyini qoruyub saxlayıb. Onun sərvəti 89 faiz artıb. “Amazon”un qurucusu Ceff Bezos 300 milyard dollarla ikinci yerdə qalıb, “Alphabet”in həmtəsisçisi Lari Peyc isə 271 milyard dollarlıq sərvətlə ilk üçlüyə daxil olub.

Süni intellekt yeni sərvətin ən əhəmiyyətli mənbələrindən biri kimi ortaya çıxıb. Hesabatda süni intellekt şirkətləri ilə əlaqəli 114 milyarder müəyyən edilib. “Nvidia”nın baş direktoru Censen Huan süni intellekt infrastrukturuna tələbatın artmağa davam etməsi fonunda sərvətini 172 milyard dollara çatdırıb və dünyanın ən varlı adamları onluğuna qoşulub.

“Hurun Research”in məlumatına görə, sərvət yaradılması ötən il rekord həddə sürətlənib və hər gün orta hesabla iki yeni milyarder peyda olub. Hazırkı siyahıda olanların 70 faizindən çoxu on il əvvəl milyarder deyildi.

Nyu-York 146 milyarderə ev sahibliyi edərək ən çox milyarderin yaşadığı şəhər olaraq qalır. Çinin Şençjen şəhəri Şanxaydan sonra ikinci, Pekin isə üçüncü yerdə qərarlaşıb.

Hesabatda, həmçinin maliyyə xidmətlərinin milyarderlərin sərvətinin əsas mənbəyi olaraq qaldığı, ardınca media və əyləncə, pərakəndə satış və istehlak mallarının gəldiyi müəyyən edilib. Sənaye məhsulları və səhiyyə il ərzində ən çox yeni milyarderin meydana çıxmasına səbəb olub.

Bu arada, 96 nəfər milyarder siyahısından çıxıb ki, bu da hesabatın hazırlanmasına başlandığı vaxtdan bəri qeydə alınan ən aşağı rəqəmdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:222
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 İyun 2026 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see387

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see365

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see352

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see314

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see293

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see275

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see264

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see262

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see259

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see254

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see238

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see238

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see237

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see231

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see226

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see224

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see206

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see206

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see203

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri