“Hesabı qorumağa yox, qələbəyə oynayacağıq” “Levski”nin baş məşqçisi
Icma.az, futbolpress-az saytına istinadən bildirir.
“Levski”nin baş məşqçisi Xulio Velaskes Konfrans Liqasının III təsnifat mərhələsində sabah “Sabah”a qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:
“Sabah bizi fərqli oyun gözləyir. İlk matçda son dəqiqələrdə qol vurduğumuz üçün şanslıyıq. Amma bunu daha tez edə bilərdik. Sabahkı matç daha vacib olacaq. Bizi nəyin gözlədiyini bilirəm.
Rəqibə hörmətlə yanaşırıq. Məqsədimiz matçı qazanmaqdır. Hesabı qorumağa yox, qələbəyə oynayacağıq. Fəlsəfəmiz bütün görüşlərdə yaxşı müdafiə olunmaq, yaxşı hücum etməkdir”.
“Sabah” – “Levski” oyunu saat 20:00-da start götürəcək. İlk oyunda bolqarlar qələbə qazanıb – 1:0.
Bu mövzuda digər xəbərlər:KL: Levski hesabı açdı YENİLƏNİR
14 Avqust 2025 20:41
Levski nin baş məşqçisi: Rəqib bizim hörmətimizə layiqdir
06 Avqust 2025 18:18
“Levski”nin sabiq baş məşqçisi: “Sabah” çətin komandadır
12 Avqust 2025 10:54
Sabah Levski nin qonağıdır
07 Avqust 2025 08:43
Azərbaycanda bizi çətin oyun gözləyir Levski nin baş məşqçisi
08 Avqust 2025 06:52
Baxış sayı:92
Bu xəbər 13 Avqust 2025 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















