Hesablama Palatası bitkiçiliyə dövlət dəstəyi sahəsində nöqsanlar aşkarlayıb
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Hesablama Palatası bitkiçiliyə dövlət dəstəyi sahəsində nöqsanlar aşkarlayıb.
"APA-Economics" bu barədə Palataya istinadən xəbər verir. Məlumata görə, bu barədə Hesablama Palatasının növbəti Kollegiya iclasında bildirilib.
İclasın birinci hissəsində 2025-ci ilin İş Planına uyğun olaraq həyata keçirilmiş bitkiçilik sahəsində dövlət dəstəyinin (subsidiya və güzəştlərin timsalında) səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditinin nəticələri Hesablama Palatasının auditoru Cavid Bayramov tərəfindən təqdim edilib.
Müzakirələrdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov və digər məsul şəxslər iştirak ediblər. Qeyd olunub ki, auditin nəticələri fəaliyyətin təkmilləşdirilməsinə töhfə verəcək, həmçinin Hesablama Palatasının təklif və tövsiyələri nəzərə alınacaq.
Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurum tərəfindən zəruri tədbirlərin görülməsi barədə qərar qəbul olunub.
İclasın ikinci hissəsində 2026-cı ilin İş Planına əsasən bir nəzarət tədbirinin başlanılması ilə bağlı proqram müzakirə edilərək təsdiqlənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 08 Yanvar 2026 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















