Icma.az
close
up
RU
Hesablama Palatası dövlət büdcəsi ilə bağlı fiskal riskləri açıqlayıb

Hesablama Palatası dövlət büdcəsi ilə bağlı fiskal riskləri açıqlayıb

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Hesablama Palatası 2025-ci ilin dövlət büdcəsi ilə bağlı bir sıra fiskal risklər müəyyən edib.

"Report" bu barədə Palataya istinadən xəbər verir.

Qurumda hesab edirlər ki, bu risklər dövlət maliyyə sisteminin dayanıqlığına ciddi təsir göstərə bilər.

Onlar aşağıdakılardır:

- Beynәlxalq tәşkilatların proqnozlarına әsasәn, neft qiymәtlәrinin әsasәn il sonuna qәdәr stabil dinamikaya malik olacağı gözlәnilir. Belә ki, Çin iqtisadiyyatında artımın nisbәtәn zәiflәmәsi, yüksәk qlobal faiz dәrәcәlәri, elәcә dә OPEC+ razılaşması üzrә hasilatda ixtisarın tәxirә salınması neft qiymәtlәrindә әhәmiyyәtli artımın olmayacağını demәyә әsas verir. Lakin Orta Şәrqdә geosiyasi münaqişәlәr (bәzi әsas neft ixracatçılarının münaqişәlәrә cәlb olunması, elәcә dә münaqişәnin qlobal neft tәklifinin әhәmiyyәtli hissәsinin daşındığı әrazidә baş vermәsi) fonunda bu xammal qiymәtinә tәzyiqlәrin artacağı ehtimalı yüksәkdir.

- ABŞ-da seçki nәticәlәrindәn asılı olaraq proteksionizmә vә ticari fraqmentasiyaya üstünlük verilmәsi, o cümlәdәn Çin mallarının idxalına ABŞ rüsumlarının yüksәldilmәsi iki böyük iqtisadiyyat arasında gәrginliyin artması ilә nәticәlәnә bilәr. Bu halda qlobal iqtisadiyyatın müvafiq gәrginlikdәn tәsirlәnmә ehtimalı yuxarıdır.

- Fiskal balanslarda әvvәlki illәrә nisbәtәn yaxşılaşma müşahidә olunsa da, bәzi ölkәlәr üzrә risklәr hәlә dә qalmaqdadır. Belә ki, bir çox ölkәlәrdә dövlәt borcunun azalacağı proqnozlaşdırılsa da, faiz ödәnişlәri hәlә dә yüksәkdir, hәtta bәzi ölkәlәrdә bu ödәnişlәr fiskal gәlirlәrin yarısından çoxunu әhatә edir.

- Büdcә sәnәdlәşmәsinә әsasәn, ortamüddәtli dövrdә, o cümlәdәn növbәti il dövlәt büdcәsinin әsaslı xәrclәrinin, o cümlәdәn dövlәt әsaslı vәsait qoyuluşunun azaldılması nәzәrdә tutulmuşdur. Belә ki, növbәti ildә әsaslı xәrclәrin 12 milyard 310,6 milyon manata bәrabәr olacağı (әvvәlki ilә nisbәtәn 3 milyard 65,2 milyon manat az), ortamüddәtli dövrün sonuna isә 11 milyard 794,4 milyon manata enәcәyi proqnozlaşdırılır. Әsaslı xәrclәrin azalması başa çatdırılmamış tikinti obyektlәrinin sayının, başa çatdırılmamış kapital qoyuluşlarının hәcminin azalmamasına, tikintisi başa çatmamış obyektlәrin sifarişçilәr tәrәfindәn tikintisinin dayandırılması nәticәsindә investisiya xәrclәrinin bir hissәsinin sәmәrәliliyinә tәsir göstәrә bilәr. Bu, eyni zamanda, investisiya layihәlәrinin başa çatdırılması üçün tәlәb olunan investisiyaların artımına da sәbәb ola bilәr. Ortamüddәtli büdcә proqnozları üzrә göstәrilәn dövlәt әsaslı vәsait qoyuluşu xәrclәrinin әsas hissәsinin keçid layihәlәrә yönәldilmәsi halında belә keçid layihәlәrin başa çatdırılması üçün uzun müddәtә ehtiyac duyulur.

- Әsas kapitala investisiyalar portfelindә dövlәt investisiyalarının payının ilbәil yüksәlmәsi dә risk amillәrindәn hesab oluna bilәr. Belә ki, 2024-cü ilin 8 ayı üzrә dövlәt mәnbәlәri hesabına maliyyәlәşdirilәn investisiyaların cәmi portfeldә payı tәxminәn 60 %-ә yüksәlib, dövlәt büdcәsinin bu istiqamәtdә xәrclәrinin il sonuna icrası gözlәntilәri isә bu nisbәtin bir qәdәr dә yüksәlәcәyini demәyә әsas verib. Strateji sәnәdlәrdә özәl sektor hesabına investisiyaların artımı nәzәrdә tutulsa da, 2024-cü ilin yanvar-avqust aylarında әks meyil müşahidә edilib.

- Tәqdim edilmiş mәlumatlara әsasәn, növbәti ilin dövlәt büdcәsindәn 57 publik hüquqi şәxsә (PHŞ) dövlәt sifarişlәri üçün 1,1 milyard manat nәzәrdә tutulur ki, bu da 2024-cü ilin gözlәnilәn icrası ilә müqayisәdә 120,9 milyon manat vә yaxud 12,1% çoxdur. Publik hüquqi şәxslәrә dövlәt sifarişi ilә yanaşı, digәr istiqamәtlәr üzrә dә vәsait yönәldilir vә ayrılan vәsaitin büdcә xәrclәrindә payı әhәmiyyәtlidir (2023-cü ildә dövlәt büdcәsi xәrclәrinin tәqribәn 1/5-dәn çox hissәsini PHŞ-lәr icra edib). 2025-ci ildә dә dövlәt müәssisәlәrinә subsidiya ayrılmasının davam etdirilmәsi proqnozlaşdırılır. Layihәyә әsasәn, bu istiqamәt üzrә bölgüsü әvvәlcәdәn müәyyәn edilmiş xәrclәrin mәblәği 403,2 milyon manat olmaqla, әvvәlki ilә nisbәtәn azalma ilә proqnozlaşdırılsa da, icra prosesindә bölüşdürülәcәk xәrclәr hesabına daha çox olacağı ehtimal edilir. İstәr PHŞ-lәrә, istәrsә dә dövlәt müәssisәlәrinә ayrılan vәsaitlәrin icrası әsasәn xәzinәdәnkәnar hesablar vasitәsilә hәyata keçirilir. Xәzinәdәnkәnar әmәliyyatların artması isә xәrc öhdәliklәrinin icrasının izlәnilmәsi imkanlarını mәhdudlaşdırır. Hesablama Palatasının apardığı kәnar dövlәt maliyyә nәzarәti tәdbirlәrinin nәticәlәrinә әsasәn bәzi hallarda ayrılmış vәsaitlәr uzun müddәt müvafiq müәssisәlәrin bank hesablarında qalır ki, bu da resurs çatışmazlığı ilә bağlı risklәri formalaşdıra bilәr.

- Tәqdim edilmiş mәlumatlara әsasәn, dövlәt borcuna xidmәt xәrclәrinin növbәti ildә 2 milyard 399,6 milyon manat olacağı, faiz ödәnişlәrinin isә 1 milyard 300,5 milyon manat olmaqla bu xәrclәrin 54,2 %-ni tәşkil edәcәyi proqnozlaşdırılır. Dövlәt borcuna xidmәt xәrclәrinin qanunvericilikdә müdafiә olunan xәrc maddәlәrinә aid edilmәsi fonunda bu xәrclәrin әhәmiyyәtli mәblәğdә artımı cәmi dövlәt büdcәsi xәrclәrinin dәyişmәz qalması şәraitindә fiskal siyasәtә xidmәt edәn digәr xәrclәrin (vә yaxud digәr funskional bölmәlәrin, o cümlәdәn tәhsil, sәhiyyә, kәnd tәsәrrüfatı vә s.) azaldılmasını şәrtlәndirә bilәr. Ortamüddәtli dövrdә dövlәt borcuna xidmәt xәrclәri, elәcә dә bu xәrclәrin cәmi dövlәt büdcәsinin gәlir vә xәrclәrindә payı artan dinamika ilә proqnozlaşdırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://report.az
archiveBu xəbər 24 Yanvar 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri