Icma.az
close
up
RU
Hesablama Palatası: İşğaldan azad edilmiş ərazilərdə sosial ödəmələrin subsidiyalaşdırılması artacaq

Hesablama Palatası: İşğaldan azad edilmiş ərazilərdə sosial ödəmələrin subsidiyalaşdırılması artacaq

Sonxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hesablama Palatası: İşğaldan azad edilmiş ərazilərdə sosial ödəmələrin subsidiyalaşdırılması artacaq

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq işlərinin genişlənməsi fonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan sığortaedənlərin və sığortaolunan şəxslərin ödədiyi məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması artacaq.

Sonxeber.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.

Xatırladaq ki, "Sosial sığorta haqqında" qanuna əlavə edilmiş maddəyə əsasən, 2033-cü ilə qədər işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən, qeyri-dövlət sektoru üzrə neft-qaz sahələrində fəaliyyəti olmayan sığortaedənlərin (sığortaolunanların) ödədiyi sosial sığorta haqqının müvafiq hissəsi subsidiyalaşdırılır.

Fondun təqdim etdiyi məlumatlara əsasən, ötən il 4 sığortaedən və 255 sığortaolunan üzrə ödənilmiş 85,7 min manat, bu ilin i yarısında isə 4 sığortaedən və 178 sığortaolunan üzrə ödənilmiş 73,8 min manat sosial sığorta haqqı subsidiyalaşdırılıb. Yanvar-iyun aylarında subsidiyalaşdırılmış sosial sığorta haqları ötən ilin ümumi göstəricisinin 86,1 %-i qədər olub. Eyni zamanda, 6 ayda güzəştdən yararlanmış sığortaedənlərin sayı ötənilki göstərici ilə bərabər, subsidiyalaşdırılmış sosial sığorta ilə əhatə olunan sığortaolunanların sayı isə ötən ilin ümumi göstəricisinin 69,8 %-i qədər olub.

"İşğaldan azad olunmuş torpaqlarda yaşayış massivlərinin salınması, habelə infrastrukturun yaradılması ilə bağlı aparılan işlər zamanla burada fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin çoxalması ilə müşayiət olunacaq. Dövlətin istər vergi, istərsə də məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi sahəsində həyata keçirdiyi güzəştlər bu ərazilərdə məskunlaşma və biznesin inkişafının sürətlənməsinə böyük təkandır. Ötən illə müqayisədə cari ilin göstəricisində müşahidə olunan nəzərəçarpacaq artım tempi gələcək illərdə müvafiq istiqamət üzrə büdcə vəsaitinə olan ehtiyacın artması ilə müşayiət olunacaq. Bu baxımdan Hesablama Palatası önümüzdəki illərdə subsidiyalaşma ilə əlaqədar dövlət büdcəsindən ayrılacaq vəsaitin Fondun büdcə gəlirlərində ayrı maddə üzrə uçotunun aparılmasının məqsədə müvafiq olduğu qənaətindədir", - deyə Rəydə qeyd olunub.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 21 Noyabr 2024 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see409

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see296

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see262

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see257

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see239

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see229

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see147

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see138

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see131

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see125

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see120

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see120

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri