Icma.az
close
up
RU
Hesablama Palatasının sədri: Ətraf mühitin qorunması ekoloji auditlərin sayının artırılmasından keçir

Hesablama Palatasının sədri: Ətraf mühitin qorunması ekoloji auditlərin sayının artırılmasından keçir

Icma.az bildirir, Report.az portalına istinadən.

Azərbaycanda ətraf mühitin qorunması ilə bağlı vəzifələrin icrası ekoloji auditlərin sayının artırılmasından keçir.

Bunu "Report"a müsahibəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

"2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, Bakıda COP29-un keçirilməsi Palatanın məsuliyyətini artırmaqla bu sahə üzrə keçirilən auditlərin sayına da artırıcı təsir edib. Ötən ilin İş Planında 2 ekoloji auditi – “Kür-Araz ovalığında kollektor-drenaj sistemləri və suvarılan torpaqların deqradasiyasına qarşı mübarizə üzrə fəaliyyətin auditi”ni və “Təhlükəsiz tullantıların idarə olunmasının səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditi”ni nəzərdə tutmuşduq. Səmərəlilik auditlərinin kifayət qədər əmək və vaxt resursu tələb etməsi fonunda hər iki ekoloji auditi bu növdə keçirməyimiz, düşünürəm ki, mövzunun bizim üçün nə qədər aktual olduğunu əyani sübut edir", - deyə o qeyd edib.

Sədrin sözlərinə görə, həmin auditlərdən 1-nin nəticələri rəsmiləşdirilib: "İctimaiyyətə artıq məlumat vermişik. Bu auditin əsas nəticələrini ümumi şəkildə ifadə edə bilərəm. Kanalizasiya və çirkab sularının Kür çayına axıdılmasını, drenaj şəbəkəsinin böyük hissəsinin yararsız vəziyyətdə olduğunu, yüksək su itkisinə yol verildiyini, şoranlaşmış və yaxud duzlaşmış torpaqlarda xüsusi tədbirlərin lazımi qaydada həyata keçirilmədiyini, torpaqların şorlaşmasının da təsiri ilə ölkədə bir sıra əsas kənd təsərrüfatı məhsullarının istehsal göstəricilərinin əvvəlki illərlə müqayisədə azaldığını müəyyən etmişik. Audit prosesində aşkarladığımız nöqsanların aradan qaldırılması istiqamətində təkliflərimizi aidiyyəti qurumlara təqdim etmişik. Digər auditin nəticələrinin rəsmiləşdirilməsi prosesini yaxın zamanda həyata keçirəcəyik və bundan sonra ictimaiyyətə əlavə məlumat veriləcək".

"Ekoloji auditlər sahəsində gördüyümüz digər bir fəaliyyət kimi ötən ilin sonuncu rübündə Ali Audit Orqanlarının Avropa Təşkilatının Ətraf Mühitin Auditi üzrə İşçi Qrupunun illik toplantısına ev sahibliyi etməyimizi nümunə göstərə bilərəm. Bu tədbirdə ətraf mühit problemlərinin həllində audit institutunun rolunun artırılmasını müzakirə etdik və bu sahədə təcrübə mübadiləsi apardıq, əsas problemlərə və ali audit orqanları olaraq üzləşdiyimiz əsas çətinliklərə toxunduq. Bu toplantı bir daha göstərdi ki, ali audit orqanları da öz növbəsində ətraf mühitin qorunması ilə bağlı vəzifələrini yerinə yetirməyə çalışmalıdırlar və bu vəzifələrin icrası ekoloji auditlərin sayının artırılmasından keçir", - deyə o əlavə edib.

V.Gülməmmədovla müsahibəni buradan oxuya bilərsiniz.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://report.az
archiveBu xəbər 06 Yanvar 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri