Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Həsən Həsənovun kitabı təqdim edildi FOTOLAR

Həsən Həsənovun kitabı təqdim edildi FOTOLAR

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında təşkilatın “Türk dünyasının diplomatiya inciləri” kitab seriyasının yeni nəşrinin – tanınmış ictimai, dövlət və siyasi xadim, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü, tarix elmləri doktoru, professor Həsən Həsənovun müəllifi olduğu “Macar-Azərbaycan ortaq etnik kökləri” adlı kitabının təqdimat mərasimi keçirilib.

Modern.az xəbər verir ki, tədbiri açan Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova qonaqları salamlayaraq, Fondun türk xalqlarının zəngin mədəni irsini həm üzv dövlətlərdə, həm də beynəlxalq müstəvidə ardıcıl şəkildə təbliğ etdiyini vurğulayıb. O, təşkilatın müşahidəçi ölkəsi olan Macarıstanla əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrə diqqət çəkib. A.Raimkulova Fondun dəstəyi ilə ilk dəfə olaraq Varşava Universitetində yaradılan “Türk Mədəniyyəti və İrsi Mərkəzi”nin fəaliyyətə başlamasını və Fond ilə Yagellon Universiteti arasında əməkdaşlıq haqqında Memorandumun imzalanmasını Türk mədəni irsinin beynəlxalq akademik mühitdə tanıdılması istiqamətində mühüm addımlar kimi qiymətləndirib.

Çıxışının davamında kitabın müəllifi, professor Həsən Həsənovun tükənməz elmi potensialını və xidmətlərini yüksək qiymətləndirərək, bu fundamental əsərin işıq üzü görməsini Fondun fəaliyyətində mühüm hadisə adlandırıb. Qeyd olunub ki, əvvəllər rus və macar dillərində çap olunmuş bu qiymətli əsər ilk dəfədir ki, Azərbaycan oxucularının ixtiyarına verilir.

Həsən Həsənov tədbirin təşkilinə görə Türk Mədəniyyəti və İrsi Fonduna və bütün iştirakçılara minnətdarlığını bildirib. O, səfir kimi çalışdığı ölkələrdə hər zaman türk irsinin araşdırılmasına xüsusi önəm verdiyini qeyd edərək, bu əsərin Dyula Nemet, Layoş Liqeti, Zoltan Qomboç kimi tanınmış macar alimlərinin türk dili haqqında irəli sürdükləri fikirlərin ümumiləşdirilmiş kompleks elmi təhlili olduğunu və macar-türk münasibətlərinin dərinliyini bir daha ortaya qoyduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Torma, Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq problemləri komitəsinin sədri Hicran Hüseynova, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Əməkdar İncəsənət xadimi İmayıl Ömərov, Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq kafedrasının müdiri prof. Sevdagül Əliyeva və Azərbaycan Dillər Universiteti Şərq ölkələri üzrə regionşünaslıq kafedrasının müdiri, kulturalogiya üzrə elmlər doktoru Nigar Əfəndiyeva əsərin elmi əhəmiyyətini yüksək qiymətləndiriblər.

Tədbirdə Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, dövlət rəsmiləri, elm, mədəniyyət və ictimai-siyasi xadimlər, beynəlxalq təşkilat rəhbərləri, eləcə də media təmsilçiləri iştirak ediblər.

Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, Respublika və Beynəlxalq müsabiqələr laureatı İsmayıl Zülfüqarovun ifasında macar və Azərbaycan musiqi əsərləri səsləndirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 İyun 2026 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see642

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see315

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see300

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see288

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see285

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see272

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see265

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see264

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see259

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see256

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see246

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see242

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see222

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see213

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see212

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see212

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see206

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see201

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see198

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri