Icma.az
close
up
RU
Unudulmaz Heydər Əliyevin Bioqrafiyasından bəzi məqamlar ETİBAR ƏLİYEV YAZIR AzPolitika onlayn siyasiictimai qəzet

Unudulmaz Heydər Əliyevin Bioqrafiyasından bəzi məqamlar ETİBAR ƏLİYEV YAZIR AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Etibar ƏLİYEV

Uzun illərdir ki, böyük şəxsiyyətlərin bioqrafiyasının tədqiqatı ilə məşğulam. Düşüncəmə görə ən maraqlı və dolğun bioqrafiyalardan biri Ümummilli liderimiz Heydər Əliyevə məxsusdur.

Dünyanın tanınmış siyasi xadimlərinin, görkəmli elm adamlarının, yazıçılarının onun haqqında müsbət və dəyərli fikirləri var.

Böyük anlamda bioqrafiyanın fəlsəfəsi nədən ibarətdir?

Dahi insanı başa düşmək üçün onun bioqrafiyasını, üz-üzə gəldiyi müxtəlif durumların təsiri altında həyatında baş verən dəyişiklikləri, özünün mövqeyini, cəsarətini, dövranı dəyişən fikirlərini izləmək lazımdır. Deyilənlər Heydər Əliyevlə bağlı xüsusi əhəmiyyət kəsb edir.

Bioqrafiya “bios”u, yəni insan həyatının intellektual rekonstruksiyasını, onun tükənməz fəaliyyətini nəzərdə tutur. İnsan üçün yaşamaq ətraf aləmlə, coğrafi, siyasi və sosial mühitlə qarşılıqlı əlaqədə olmaq deməkdir. Bu dünya təkcə insanlardan deyil, ictimai həyat, müasir tendensiyalar, zamanın ruhu adlanan bir şeyləri təşkil edən adətlərdən, zövqlərdən, üstün tutduğumuz dəyərlərdən, dünyagörüşündən, ənənələrdən, inanc sistemindən, standartlardan ibarətdir. Bütün bunlar insana uşaq yaşlarında ailə, məktəb, sosial əhatə, həmçinin kitablar və qanunlar vasitəsilə aşılanır. Və Sosial dünyanın böyük bir hissəsi bizim əsl Mənimizin tərkib hissəsinə çevrilir, lakin eyni zamanda bizim mövcud olanlarla, həyata keçirilənlə və deyilənlərlə bu və ya digər dərəcədə üst-üstə düşən inanclarımız, rəylərimiz, planlarımız və zövqlərimizi yaradır. Bu məqamlar həyatın, xüsusilə görkəmli şəxsiyyətlərin həyatının mübarizəsinin mahiyyətidir.

Heydər Əliyev hansı durumlarla üzləşirdi və onlara necə reaksiya verirdi, onları necə idarə edirdi və müdriklik göstərirdi?

Bu kiçik yazımın hüdudları bizi dahi Şəxsiyyətin siyasi mövqeyini, dahiliyini anlamaq üçün maraqlı olar, diqqətimizi bir daha cəmləşdirməyə məcbur edər.

Heydər Əliyevin Kamal Attestatına diqqət edin: çətin dövrlərdə bütün fənlərdən “Əla” qiymətlər alıb. Ali məktəbi “Əla” qiymətlərlə başa vurub. Bu böyük şəxsiyyət ömrünün sonuna qədər əsl vətənpərvərlik və xalqını sevmək iddialarını hər zaman ortaya qoyub. Milli və mənəvi dəyərlərimizi ən çətin dövrlərdə müdafiə edib. Mübarizə aparıb, yazıçıları, alimləri qoruyub…

ANA DİLİ SEVGİSİ VƏ İNTİBAHIMIZ!

1969-cu il noyabrın 1-də Bakı Dövlət Universitetinin yaradılmasının 50 illiyi münasibətilə yubiley tədbirində Azərbaycan Kommunist Partiyasının 1-ci katibi Heydər Əliyev Ana dilində nitq söyləmişdir. Bu nitq o vaxta qədərki bütün sovet sisteminin ağır repressiyalarından və təqiblərindən əziyyət çəkən universitet kollektivinin ürəyində ümid çırağı yandırmış, onları ruhlandırmışdır. Heydər Əliyev həmin tədbirdə demişdir: "Azərbaycan Universitetinin yaranması qabaqcıl qüvvələrin qələbəsi idi, doğma xalqı maarifləndirmək uğrunda, dünya mədəniyyəti və elm xəzinəsinin qapılarını onun üzünə açmaq uğrunda Azərbaycanın ən yaxşı oğullarının bir çox illər ərzində apardıqları mübarizənin yekunları idi." Bu fikirlər Heydər Əliyevin Azərbaycan maarifçilərinə, ziyalılarına və Cümhuriyyət dövrü xadimlərinə verdiyi böyük qiymət idi. Bu onu göstərir ki, Heydər Əliyev ötən əsrin 60-cı illərindən başlayaraq Azərbaycanda İntibahın təşəkkül tapmasında əvəzsis rol oynamışdır. Başqa sözlə desək, Heydər Əliyev intibahımızın banisidir. Heydər Əliyev bu çıxışı ilə tarixçilərə Azərbaycan Xalq Cümhuriyyəti banilərinin öyrənilməsi ilə bağlı istiqamət vermişdir.

ŞUŞA SEVGİSİ

Ümummilli liderimiz Heydər Əliyev 1982-ci ilin yanvar ayında qar, çovğun olan bir gündə Vaqifin məqbərəsinin açılışında Şuşaya gedib. Şuşada möhtəşəm çıxış edib... Bu əziz şəhər haqqında Əhməd bəy Ağaoğlu, Yusif Vəzir Çəmənzəminli, Məmməd Səid Ordubadi kimi nəhənglər əsərlər yazıblar. Şuşanı bu əsərlər vasitəsilə duymuşuq, unutmamışıq. Ən böyük əsəri isə Müzəffər Ali Baş Komandanımız İlham Əliyev ATASI Unudulmaz Heydər Əliyevin vəsiyyəti və irəli sürdüyü “Dəmir yumruq” imperativi əsasında yazdı. Fateh Sultan Mehmetin möhtəşəm bir ifadəsi var: “Mənim bu dünyada bircə arzum var, Konstantinopolu mənə verin.” Müzəffər Ali Baş Komandan İlham Əliyev də analoji ifadəni söylədi və Şuşamız da daxil olmaqla bütün Qarabağımız barbarların işğalından azad olundu.

MİSİLSİZ CƏSARƏT NÜMUNƏSİ

1990-cı il 20 Yanvar faciəsi ilə əlaqədar Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyində bəyanat verdi: “Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə, ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm. Azərbaycanda yaranmış mürəkkəb vəziyyətin bir sıra səbəbləri vardır. Artıq iki ildir ki, Azərbaycan və Ermənistan arasında millətlərarası münaqişə gedir. Həmin münaqişəni Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr törətmişdir. Azərbaycan və Ermənistan, eləcə də ölkənin ali siyasi partiya rəhbərlərinə bu məsələni tənzimləmək, daxili müharibəyə, millətlərarası münaqişəyə son qoymaq və milli mənsubiyyətindən asılı olmayaraq hər bir adamın ümumi federativ ittifaq olan SSRİ-də azad yaşamasına şərait yaratmaq üçün iki illik müddət kifayət idi. Hesab edirəm ki, ötən iki ildə bu istiqamətdə lazımi səviyyədə iş aparılmamışdır. Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı.

Belə qərar qəbul etmiş adamların hərəkətini siyasi qəbahət sayıram. Bəli, kobud siyasi səhv buraxılmışdır. Onlar, sadəcə olaraq, respublikadakı əsl vəziyyəti qiymətləndirə bilməmiş, Azərbaycan xalqının psixologiyasını anlamamış, əhalinin müxtəlif təbəqələri ilə əlaqələri zəiflətmişlər.”

Qanlı 20 Yanvar hadisəsi zamanı Ümummili Liderimizin Xalqımıza qarşı törədilən cinayəti kəskin şəkildə pisləməsi xalqımızı daha mübariz olmağa səslədi. O zamanlar xalqımıza qarşı törədilən amansızlıqların ən yüksək səviyyədə pislənməsi və lənətlənməsi Ona nəsib oldu. Və Heydər Əliyevin bu məşhur çıxışı bütün dünya mətbuatında geniş rezonansa səbəb oldu...

HEYDƏR ƏLİYEVİN ARZULARI

Xalqımız 1993-cü ildə Heydər Əliyevi yenidən özünün alternativsiz rəhbəri olaraq Ali hakimiyyətə tələb edəndə nə qədər ağıllı, təkidli hərəkət etmişdisə, üçüncü minilliyin üçüncü ilində İlham Əliyevin şəxsində öz yeni Prezidentini – yeni liderini seçəndə də o səviyyədə mübarizlik və müdriklik göstərdi. Ümummilli lider Heydər Əliyev 2003-cü ilin prezident seçkilərinin həlledici dövründə canından artıq sevdiyi xalqına müraciətlə bildirdi: “Üzümü sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Müstəqil dövlətin yenicə qurulmuş, nizamlanmış hakimiyyətinin yeni siyasi varisə ötürülməsi kimi taleyüklü bir keçid mərhələsində İlham Əliyev xalqın böyük səs çoxluğu ilə Azərbaycan Prezidenti seçildi. O, Azərbaycan Prezidenti kimi gecəsini gündüzünə qataraq xalqın rifahı və təhlükəsizliyi üçün çalışır. İlham Əliyev öz xalqına Qələbə sevinci yaşatdı. İlham Əliyev Azərbaycan Xalqının bütün dəyərlərini yaşadan Prezidentdir. Bütün Dünya İlham Əliyevi XXI əsrin nəhəng siyasətçisi kimi qəbul edir.

Onun məşhur çıxışlarından dünya siyasətçiləri çox böyük bilgilər qazanırlar. Ölkəmizdə keçirilən möhtəşəm COP29 konfransı dövlətimizin başçısının misilsiz nüfuzunu bir daha əyani surətdə təsdiq etdi.

DƏMİR YUMRUQ PARADİQMASI VƏ NİDA İŞARƏSİNİN FƏLSƏFƏSİ

Uintson Çörçill 1946-cı ildə məşhur Fulton çıxışında siyasi leksikona «Dəmir pərdə» anlayışını gətirdi. Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük Vətən müharibəsində siyasi leksikona "Dəmir yumruq" anlayışını gətirdi. Dəmir yumruq artıq siyasi leksikondadır. Və artıq mənfur düşmənlərimizi qorxuya salıb. Müzəffər Ali Baş Komandanımızın məşhur bir ifadəsi var: “Azərbaycanın parlaq Qələbəsi təkcə ölkənin ərazi bütövlüyünün bərpası anlamına gəlmir. Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir”. "Dəmir yumruq" xeyirin şər üzərindəki qələbəsini təmin edən dəyərə çevrilib.

Allah Ulu Öndərimizə rəhmət eləsin. Ruhu qarşısında baş əyirik…

Allah Vətənimizi qorusun…

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 Dekabr 2024 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri