Icma.az
close
up
RU
Həsən Oqtay: “Sülh sazişi məhz İstanbulda imzalana bilər”

Həsən Oqtay: “Sülh sazişi məhz İstanbulda imzalana bilər”

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Ötən gün İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında növbəti görüş keçirilib. Görüşdə əsasən humanitar məsələlər, o cümlədən əsir mübadiləsi müzakirə olunub.

Sülhə dair irəliləyişin olmadığı qeyd edilir. Eyni zamanda, Türkiyənin vasitəçi rolu diqqət mərkəzində qalır.

Görəsən, bu cür danışıqlar gələcəkdə genişmiqyaslı atəşkəsə yol aça bilərmi?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Həsən Oqtayın sözlərinə görə, Rusiya ilə Ukrayna arasında davam edən münaqişə fonunda İstanbulda keçirilən üçüncü görüş sülhün hələ də mümkün olduğuna dair ümidlərin qorunduğunu göstərməsi baxımından mühüm əhəmiyyət daşıyır:

“İstanbulda keçirilən ilk görüş zamanı Türkiyə hər iki tərəfə dərhal sülhə gəlmələri üçün əlindən gələni etmişdi. Lakin həmin ilk danışıqlarda Rusiya tərəfdən iştirak edən təhlükəsizlik və kəşfiyyat nümayəndələri prosesi sabotaj etdilər. Onlar bir ay ərzində müharibəni Rusiya üçün üstünlüklə başa çatdırmağın mümkün olduğuna Putini inandırmışdılar. Belə bir uğur əldə olunmadan sülh masasında nəticəyə gəlmək nə Putin, nə də onu buna inandıran təhlükəsizlik məmurları üçün əlverişli atmosfer sayılmırdı və nəticədə sülh danışıqları pozuldu.

Əvvəlki görüşlərdə əsir mübadiləsi məsələsi müzakirə olunmuşdu. Üçüncü görüşdə isə cəbhədə həlak olanların cənazələrinin qarşılıqlı qaytarılması və bu proses zamanı, əgər lazım olarsa, 24-48 saatlıq qısa müddətli atəşkəsin elan edilməsi gündəmə gətirildi”.

Politoloq fikrincə, danışıqların İstanbulda keçirilməsi gələcəkdə imzalanacaq sülh sazişinin də məhz burada baş tutacağına dair gözləntiləri artırır.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 24 İyul 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri