Həsən Zeynalov: “Bu, bir günlük layihə deyil”
Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Bu gün Tovuz və Azərbaycan voleybolu üçün böyük bayram olacaq”.
Apasport.az xəbər verir ki, bunu “Turan” voleybol klubunun prezidenti Həsən Zeynalov Çempionlar Liqasının II təsnifat mərhələsində Xorvatiyanın “Mladost” klubu ilə keçiriləcək ilk oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Klub rəhbəri avrokubok təcrübələrinin olmamasına baxmayaraq, əsas hədəflərinin qrup mərhələsinə yüksəlmək olduğunu bildirib:
“Hazırlığımız və həyəcanımız yüksək səviyyədədir. Oyunadək bir məşqimiz qalıb. İnanırıq ki, vəzifəmizin öhdəsindən gələcəyik”.
O, transfer çalışmalarının plan üzrə getdiyini də vurğulayıb:
“Transferlərlə baş məşqçimiz Ziya Rəcəbov məşğul olub. Sadəcə, burada böyük klublar transferlər edirlər. Daha çox isə azad agentlərə üstünlük verilir. Mən isə azarkeş kimi görülən işlərdən razıyam. Hədəfimiz qrup mərhələsi, daha sonra digər mərhələlərdir”.
Zeynalov 9 ildən sonra Çempionlar Liqasının yenidən Azərbaycana qayıtdığını söyləyib. Bu uğurun məhz “Turan” tərəfindən əldə edilməsindən məmnunluğunu ifadə edən klub prezidenti Tovuzda voleybola böyük maraq olduğunu da qeyd edib:
“Araşdırma apardıq ki, Tovuza maraq böyük imiş. Özüm də təəccüblənirəm ki, bu maraq haradandır”.
Klub rəhbəri sensasiyaya imza atmağa çalışacaqlarını da bildirib:
“Eyni istəklə davam edəcəyik. Bu layihə bir günlük deyil. Voleybolda da perspektiv var”.
Zeynalov komandanın kapitanı Ayşən Abduləzimovanın Azərbaycan millisində jurnalistlərlə yaşadığı problemdən xəbərdar olduğunu da vurğulayıb:
“Anlaşılmazlıq hər yerdə olur. O da xanımdır. Üzərinə getmək olmaz. Özü ilə danışmışıq. Söz verirəm ki, bir daha belə problem yaşanmayacaq. Sizdən də onun üzərinə çox getməməyi xahiş edirəm”.
Klub rəsmisi vitse-prezidenti olduğu “Turan Tovuz” futbol klubunda İdarə Heyətinin sədri Ehtiram Quliyevlə bağlı son günlər yayılan iddialara da münasibət bildirib. O, Quliyevi əvəzləyəcəyi barədə şayiələri təkzib edib:
“Bu vəzifəyə Ehtiram müəllim tərəfindən təyin olunmuşam. O, nə qədər buradadır, mən də buradayam. Nə vaxt getsə, mən də onunla gedəcəyəm. “Turan Tovuz”un bütün oyunlarında iştirak etməyə çalışacağam”.
Zeynalov futbol komandasının qeyri-sabit çıxış etməsi fikri ilə razılaşmadığını da bildirib:
“Dünən “İmişli”yə məğlubiyyət məni də qane etmədi. Uduzmamalı idik. Amma bir oyunla qiymətləndirməyək. İnanıram ki, bu vəziyyəti dəyişəcəyik”.
Klub rəsmisi “Turan Tovuz”da baş məşqçi dəyişikliyi etməyi düşünmədiklərini də söyləyib.
Voleybol millimiz Türkiyə toplanışını başa vurub Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək Nilufər Ağazadə: “Əsas məqsədimiz...” Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” Yığmamız Türkiyədə hazırlıq keçəcək
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 20 Oktyabr 2026 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















