Icma.az
close
up
RU
Ehtiram Quliyevin milyonlarını kim havaya sovurub?

Ehtiram Quliyevin milyonlarını kim havaya sovurub?

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Tovuz tam 32 illik aradan sonra avrokuboklarda təmsil olunmağı çox, lap çox istəyirdi, bunun üçün hər cür hazırlıq görmüşdü, hətta komanda mövsümdəki son ev oyununu da Sumqayıtda keçirdi ki, stadion UEFA-nın tələblərinə vaxtında uyğunlaşdırılsın. Amma olmadı, alınmadı, bu gün üçün mənzərə belədi ki, Azərbaycanı Konfrans Liqasında “Turan Tovuz” yox, “Zirə” təmsil edəcək.

Bütün bu tarixçənin fonunda mənim ən çox Ehtiram Quliyevin əməyinə heyfim gəlir. Ehtiram bəy son üç ildə komandanın iddialı, rəqabətədavamlı olması üçün ən azı 30 milyon manat pul xərcləyib, gündüzü gecəsinə qatıb ki, Tovuz uzun fasilədən sonra Avropada görünsün. Bu il turnir cədvəli onu arzusuna çatdırdı. Ancaq indi belə aydın olur ki, kimlərinsə məsuliyyətsizliyi Quliyevin avrokubok arzusunu gözündə qoydu, milyonlar faktiki havaya sovruldu!
UEFA Apellyasiya Orqanının sədri “Turan Tovuz”un Konfrans Liqasında iştirakdan məhrum edilməsiylə bağlı qərarı iyunun 2-də verib. Amma mövsümü 3-cü yerdə bitirən komandanın məhz belə aqibətlə üzləşəcəyi hələ mayın 30-da bəlli idi. Azərbaycanda bəd xəbər məhz həmin gün yayıldı. Ardından ortaya atılan versiyalarla hamınız tanışsız: guya UEFA-ya ölkədən ötürmə verilib, “Turan Tovuz”u Avropada görmək istəyən adamlar var, AFFA-nın sabiq rəhbərliyi, xüsusən də hazırda FİFA-da məsul vəzifədə çalışan Elxan Məmmədov cəza xəbərini bilərəkdən ictimaiyyətdən gizlədib.
Ortada sadə suallar və həqiqətlər var. Əlbəttə, Məmmədov Azərbaycan futbolunu yanı üstə qoyduğuna, xüsusən də Berti Foqts ilə 6,5 illik işbirliyinə görə hər cür tənqidə layiqdi, imkan olsaydı, onu Azadlıq meydanında asardıq da! Amma Elxan bəy “Turan Tovuz”un 2019-da 7 futbolçusunun danışılmış oyunlarda iştiraka görə cəzalanmasını niyə gizlətsin ki? Məgər o belə bir əməlin üstünün gec-tez açılacağını bilmirdi? Digər tərəfdən, klubun cəzalanması haqda qərar iyunun 2-də verilibsə, onda bunun Məmmədov və ya AFFA-nın sabiq rəhbərliyi ilə hansı əlaqəsi var?
Çox qəribə, hətta deyərdim ki, əyləncəli vəziyyət yaranıb. Deməli, 2019-cu ildə AFFA-ya məktub göndərərək oyun alverində suçladığı futbolçuların cəzalandırılmasına nail olan, həmin vaxt “Turan Tovuz”a faktiki rəhbərlik edən Oqtay Abdullayev dolayısıyla bu gün klubun cəzalanmasının əsas səbəbkarıdı! Oqtay bəy indi “Ehtiram Quliyevin klubu belə cəzalandırılırsa, bu ölkədə hansı iş adamı futbola pul qoyacaq”, - deyə demaqogiya ilə məşğuldu. Amma əslində oxları öz üzərindən çəkir, AFFA-nın indiki və köhnə rəhbərliyinə, ya da hansısa mücərrəd qüvvələrə yönəldir. Və başqa bir önəmli dəlil: Abdullayev 2023-cü ilin iyulunda “Turan Tovuz”un AFFA-nın nəzarətindən çıxarılaraq Ehtiram Quliyevə verilməsində, yəni təhvil-təslim prosesində birbaşa iştirak edib. Görəsən, niyə həmin vaxt biznesin təmizliyinə diqqət yetirməyib, 2019-da futbolçuları cəzalanan klubun özünün də UEFA-nın qəzəbinə tuş gələ biləcəyini düşünməyib? Axı bunlar çox önəmli, diqqət yetiriləsi məqamlar idi. Abdullayev milyonlar xərcləməyə hazırlaşan Quliyevə niyə yardım etməyib?
“Turan Tovuz”un günahını yüngülləşdirən əsas dəlil futbolçuların ifşasının məhz rəhbərlik səviyyəsində həyata keçirilməsidi. Belə olmasaydı, yəni rəhbərliyin də 2019-a təsadüf edən saxtakarlıqda adı hallansaydı, biz bu gün, doğrudan da, 10 illik cəza təhlükəsindən danışardıq. Bir qədər primitiv ifadə etsəm, belə mənzərə alınır: klubun adını təmizə çıxarmaq, saxtakarları ifşa etmək istəyən Abdullayev özü də bilmədən “qəbirqazan” rolunu oynayıb. Odu ki, Tovuzun futbol ictimaiyyətini dərin məyusluğa qərq edən qərarın səbəblərini axtararkən barmağı düzgün istiqamətə tuşlamaq lazımdı. Yoxsa “Elxan Məmmədov belə gəldi, elə getdi”, “Zirə”nin bu işdə hansısa marağı var”, “bəzi qüvvələr “bozqurd”un yox, “qartal”ın Avropada oynamasını istəyir” kimi spekulyativ tezislərlə futbol ictimaiyyətini çaşdırmağa dəyməz.
Bildiyimə görə, “Turan Tovuz” hələ də hadisələrin axarını dəyişə biləcəyinə, Konfrans Liqasına qatılacağına ümid edir. Klub rəhbərliyi hətta hədəfinə çatmaq üçün məşhur vəkil tutub, İdman Arbitraj Məhkəməsində uğur qazanacağını düşünür. Təki olsun, təki “Turan Tovuz” azarkeşinin həsrəti 32 ili aşmasın. Amma UEFA da asanlıqla təslim olan, belə məsələlərdə güzəştə gedən qurum deyil. Azərbaycan futbolu da bunu dəfələrlə öz dərisində hiss edib. Ən müxtəlif illərdə, ən müxtəlif cəzalar ilə üzləşmişik. Adətən, belə sərt cəzalarda insan amili önə çıxır. Yəni konkret şəxslərin günahı üzündən bir futbol klubunun uğuru, qələbəsi dəyərsizləşir, heç olur. 2010-cu ilin iyulunu xatırlayırsızmı? Onda “Bakı” yarıhəvəskar “Buduçnost”u evdə 2:1 hesabıyla məğlub etsə də, cəzalı Joel Epalleni meydana buraxdığına görə texniki məğlubiyyətlə üzləşdi və səfərdəki 2:1 hesablı qələbə də işə yaramadı. Sonradan klubdaxili araşdırma zamanı bəlli oldu ki, UEFA avrokubok mövsümü başlamamış bütün iştirakçı klublarla yanaşı, “Bakı”ya da məktub göndərib, orda Epallenin cəzalı olduğu göstərilib. Səhv etmirəmsə, onda məsuliyyəti klubun mətbuat xidmətində çalışan Asif Bağırov üzərinə götürdü.
İndi isə vəziyyət elədi ki, “Turan Tovuz”un sərt cəzasına görə məsuliyyəti üzərinə götürən, irəli çıxıb, “günahkar mənəm” deyən yoxdu. Amma mənə elə gəlir ki, əsas günahkarlar 2023-cü ilin iyulunda təhvil-təslim prosesini doğru-dürüst həyata keçirməyən, 2019-dakı cəzanın kluba baha başa gələcəyini bilməyən adamlardı. Futbola bir başqa sahədən gələn Ehtiram Quliyev belə incəliklərdən xəbərdar olmaya bilərdi. Bəs onun yanında olanlar, bəs klubu ona təhvil verənlər? Bəs bilərəkdən və ya bilmədən milyonlarla manatı havaya sovuranlar?
HUŞƏNG

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 İyun 2026 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see298

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see267

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see249

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see246

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see245

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see241

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see238

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see237

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see228

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see223

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see220

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see213

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see208

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see205

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see197

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see196

SOCAR İtaliya ilə enerji təhlükəsizliyi və investisiya layihələri üzrə fikir mübadiləsi aparıb

24 İyun 2026 17:58see196

Zelenski ilə məxfi yazışmalar üzə çıxdı: Avropa Komissiyası sədrinə qarşı araşdırma

24 İyun 2026 22:19see194

Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir

24 İyun 2026 15:01see188

Xəyanətdən sonra qalmalı, yoxsa ayrılmalı?

24 İyun 2026 21:42see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri