Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

Ölümdən sonra insanı nə gözləyir?

Ötən onilliklərin solmayan kinolentləri

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Həssas qrupların rifahına yönəlmiş nümunəvi təşəbbüs

Həssas qrupların rifahına yönəlmiş nümunəvi təşəbbüs

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən sosial yönümlü layihələr sırasında valideyn himayəsindən məhrum olan uşaqların sosial müdafiəsinə və emosional rifahına hədəflənmiş proqramlar xüsusi yer tutur. Belə layihələrdən biri olan “Sənət və duyğu harmoniyasının təbliği” layihəsi, hazırda uğurla yekunlaşmaq üzrədir. Layihə “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyi tərəfindən həyata keçirilmişdir.

Layihənin məqsədi valideyn himayəsindən məhrum olan uşaqların psixoloji reabilitasiyasına və yaradıcılıq imkanlarının inkişafına dəstək göstərmək idi. Bu məqsədlə incəsənətin şəfalı gücündən istifadə edilərək, uşaqlarda travmatik təcrübələrin izlərinin silinməsi, emosional balansın bərpası, özünüifadə imkanlarının genişləndirilməsi istiqamətində mühüm işlər aparıldı. Layihənin əsas fəlsəfəsi “Duyğulara sənətlə toxunuş” şüarında əks olunub və bu şüar təşəbbüsün humanist mahiyyətini və sosial hədəfini dəqiq şəkildə ifadə edirdi.

Layihənin əsas fəaliyyət istiqaməti kimi Gəncə şəhərində yerləşən Sosial Xidmətlər Agentliyinin 4 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsində art-terapiya yönümlü rəsm dərsləri təşkil olunmuşdur. Burada uşaqlara rəssamlıq texnikalarının öyrədilməsi ilə yanaşı, onların daxili emosional dünyasını ifadə etməyə imkan yaradılmışdır. Uşaqlar yaradıcı mühitdə sərbəst şəkildə çalışaraq öz hisslərini rənglərlə, formalarla ifadə etməyə təşviq olunmuşdular. Bu proses onların həm psixoloji sabitliyini, həm də sosial adaptasiya imkanlarını gücləndirdi.

Layihəyə rəhbərlik edən Lamiyə İsazadə, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri olaraq, uzun illərdir valideyn himayəsindən məhrum olan uşaqlara sosial dəstəyin göstərilməsi sahəsində fəaliyyət göstərir. Onun rəhbərliyi ilə həyata keçirilmiş çoxsaylı sosial layihələr yüzlərlə uşağın təhsil, psixoloji yardım və sosial adaptasiya proseslərinə töhfə vermişdir. Lamiyə İsazadənin bu istiqamətdəki fəaliyyəti dövlət və cəmiyyət arasında körpü rolunu oynayaraq, həssas qrupların dəstəklənməsinə yönəlmiş ictimai təşəbbüslərin formalaşmasında mühüm yer tutur.

Layihənin psixoloji istiqamətini “Serotonin” Neyro Psixoloji Mərkəzinin əməkdaşı, təcrübəli psixoloq Alsu Süleymanova həyata keçirirdi. O, hər bir uşağın fərdi psixoloji xüsusiyyətlərini nəzərə alaraq, onların çəkdiyi rəsmlər üzərində təhlillər aparır, emosional vəziyyətlərini müəyyənləşdirir və uyğun psixoloji müdaxilə üsullarını tətbiq edirdi. Psixoloqun elmi-praktiki yanaşması nəticəsində uşaqlarla işdə daha effektiv və müsbət nəticələr əldə olundu.

Layihə çərçivəsində təsviri sənət üzrə tədris işi Gəncə Dövlət Universitetinin təcrübəli müəllimi Nəzrin Ağayeva tərəfindən həyata keçirilirdi. O, dərslərdə həm texniki, həm də yaradıcı bacarıqların inkişaf etdirilməsinə xüsusi diqqət yetirirdi. Onun zəngin pedaqoji təcrübəsi və incə yanaşması nəticəsində uşaqlar yalnız rəssamlıq vərdişlərinə yiyələnmədilər, eyni zamanda özlərinin daxili aləmini vizual şəkildə ifadə etmək imkanı qazandılar.

Layihə çərçivəsində təşkil olunan sonuncu, doqquzuncu dərs “Əqli inkişaf geriliyi olan uşaqların rəsmlərinin analizi” mövzusuna həsr olundu. Bu dərs zamanı həmin kateqoriyaya daxil olan uşaqlarla iş aparıldı, onların çəkdiyi rəsmlər üzərində psixoloji və pedaqoji təhlillər gerçəkləşdirildi. Əqli inkişaf geriliyinə səbəb olan amillər, ekzogen (xarici) və endogen (daxili) faktorlar nəzərə alınaraq, uşaqlara fərdi psixoloji və yaradıcı dəstək göstərildi. Bu dərs, həm də psixoloq və müəllimə uşaqların emosional və intellektual inkişaf səviyyəsini müəyyən etmək baxımından faydalı oldu. Onların cəmiyyətə daha effektiv adaptasiyası üçün atılacaq növbəti addımlar bu təhlillər əsasında planlaşdırılacaq.

İyul ayının 31-də başa çatacaq bu üç aylıq layihə çərçivəsində həyata keçirilən dərslər, təqdim edilən fərdi yanaşmalar və yaradılan şərait nəticəsində, valideyn himayəsindən məhrum olan uşaqların həm sosial, həm də psixoloji rifahında nəzərəçarpacaq müsbət dəyişikliklər müşahidə olundu.

“Sənət və duyğu harmoniyasının təbliği” layihəsi bir daha sübut etdi ki, incəsənət təkcə estetik tərbiyə vasitəsi deyil, eyni zamanda psixoloji reabilitasiya və sosial inteqrasiya alətidir. Bu layihə, dövlətin dəstəyi və vətəndaş cəmiyyətinin təşəbbüsü ilə həyata keçirilən uğurlu sosial əməkdaşlıq nümunəsi kimi qiymətləndirilə bilər. Layihənin nəticələri onu göstərir ki, belə təşəbbüslər davamlı şəkildə dəstəklənərsə, yüzlərlə uşağın həyatında yeni üfüqlər açmaq, onları cəmiyyətin fəal üzvlərinə çevirmək mümkün olacaqdır.

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 İyul 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see308

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see231

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see211

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see199

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see192

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see191

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see191

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see189

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see189

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see188

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see188

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see188

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

25 Sentyabr 2026 12:04see188

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see188

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see187

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see186

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see186

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see183

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see183

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri