Icma.az
close
up
RU
Həştərxan vilayətində Ümummilli Lider Heydər Əliyevin anım tədbirləri keçirilib FOTOLAR Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Həştərxan vilayətində Ümummilli Lider Heydər Əliyevin anım tədbirləri keçirilib FOTOLAR Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya Federasiyasının Həştərxan vilayətində xalqımızın Ümummilli Lideri, müasir və qalib Azərbaycanın qurucusu Heydər Əliyevin anım tədbirləri keçirilib.

AZXEBER.COM xəbər verir ki, anım tədbirlərində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, millət vəkilləri Rizvan Nəbiyev və Zaur Şükürov, YAP Abşeron rayon Təşkilatının sədri Abbas Əliyev, Həştərxan şəhərində yerləşən Azərbaycan İş Mərkəzinin koordinatoru Nəsimi Məmmədov və nümayəndə heyətinin digər üzvləri iştirak edib.

Azərbaycan nümayəndə heyəti, Həştərxan vilayətinin vitse-qubernatoru, Hökümət sədri Denis Afanasyev və vilayətin rəsmi şəxsləri, Azərbaycan diasporasının nümayəndələri Həştərxan şəhərində Ulu Öndərin adını daşıyan Xiyabana gələrək Ümummilli Liderin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra "Əbədi məşəl” memorialı ziyarət olunub.

Sonra Azərbaycan nümayəndə heyəti Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbini ziyarət edib, məktəbdə Ulu Öndərin büstü önünə gül dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad ediblər. Əvvəlcə qonaqlar Heydər Əliyev Fondu tərəfindən yenidən qurulmuş məktəbin fəaliyyəti barədə məlumatlandırılıb. Nümayəndə heyəti Ümummilli Liderin anım günü ilə əlaqədar məktəbin kollektivi tərəfindən hazırlanan tədbirdə iştirak edib.  Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Ümummilli Liderin adını daşıyan məktəbin əhəmiyyətini vurğulayaraq, bu təhsil müəssisəsinin Heydər Əliyevə həsr olunmuş tədbirlərdə, xüsusilə keçən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə elan edilmiş Heydər Əliyev ilində fəal iştirakını qeyd edib.

Daha sonra Azərbaycan nümayəndə heyətinin Həştərxan şəhərinin meri İqor Redkin ilə görüşü olub. Nümayəndə heyəti İqor Redkini yeni keçirilmiş seçkilərdə qələbə qazanaraq şəhər meri seçilməsi münasibətilə təbrik etmiş, Həştərxan şəhəri ilə ölkəmizin sıx əlaqələrinin bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə etmişdir.

Səfər çərçivəsində Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) Həştərxan bölməsinin üzvləri və Azərbaycan diasporasının nümayəndələrinin iştirakı ilə Azərbaycan İş Mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə bildirilib ki, Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olan dahi şəxsiyyət Heydər Əliyev təkcə təmsil etdiyi xalqın taleyində deyil, eləcə də dünya siyasətində böyük missiyanı həyata keçirmək nəsib olmuş nadir şəxsiyyətlərdəndir. Bu gün Azərbaycanın dinamik inkişafı və 44 günlük Vətən Müharibəsində şanlı zəfər qazanması məhz Heydər Əliyevin zəngin siyasi-ictimai irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin, Ulu Öndərin ideyalarının əbədi yaşadılmasının nəticəsidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 12 Dekabr 2024 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri