Icma.az
close
up
RU
Həyat gerçəkləri realizm güzgüsündə

Həyat gerçəkləri realizm güzgüsündə

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Natiq Məmmədli imzası ədəbiyyatsevərlərə yaxşı tanış olan yazıçıdır. Onun “Ləyaqət düsturu”, “Körpüdə ümid”, “Qəhrəmanım sənsən”, “Sev” adlı hekayə topluları və romanları mövzu rəngarəngliyi qədər, dinamikası ilə də seçilir. 

Yazıçının hekayələri nəinki oxucu rəğbəti qazanıb, həm də yerli və beynəlxalq müsabiqələrdə ədəbiyyatımızı layiqincə təmsil edən bədii mətnlər kimi də ədəbiyyat tariximizə daxil olub. “Dolma” hekayəsi Nəsimi Milli ədəbiyyat mükafatına layıq görülüb. “Bekketə salam” hekayəsi türkdilli ölkələrin yazarları arasında keçirilən Mahmud Kaşğarlı beynəlxalq hekayə müsabiqəsinin milli seçim turunda 2-ci mükafatı qazanıb. 

Natiq Məmmədli ədəbi gündəmimizdə aktual olan mövzulara öz baxış bucağından yanaşmağı bacaran nasirdir. Onun “Şuşa dumanı” hekayəsi Vətən müharibəsindəki zəfərimizdən öncə qələmə alınıb və o zaman işğalda olan Şuşa obrazı həmin dövr ədəbiyyatında təzahür edən analoji təsvirlərdən fərqlənir, yazıçı məlum həsrətin tam fərqli rakursdan ifadəsini təqdim edir. 

Ömrünün professional məqamını jurnalistika ilə bağlayan Natiq Məmmədlinin obrazlar qalereyasında media ilə, qəzetçiliklə bağlı obrazlar özünəməsus yer tutur. Yazıçının “Yiyəsiz baş” hekayəsi bu qəbildəndir. Hekayədə əsas vurğulanan məqam jurnalist etikası, peşəkarlıq və “xəbər ovu” kəsişməsidir. Əslində, hekayənin adındakı “yiyəsiz baş” ifadəsi mətndə təsvir olunan qətl hadisəsi ilə deyil, qeyri-peşəkar jurnalistlərlə bağlıdır. Peşəkarlığı xırda məişət məmnunluğuna dəyişəndə mükəmməl xəbər, məlumat hazırlamaq qabiliyyətinə malik jurnalist də öz mənəviyyatını qurban verərək sadəcə ağlın, düşüncənin, istedadın tərk etdiyi “yiyəsiz başa” çevrilir. 

Natiq Məmmədlinin “Körpüdə ümid” adlı debüt romanı baş qəhrəman olan Ümid adlı uşağın məsumluğu və Pirdəlinin “dəliliyi” prizmasından gerçəkliyin dərki kimi fəlsəfi bir məqamı bədii kontekstdə işıqlandırır. Müəllif uşaqla Pirdəlinin başqaları üçün əlçatmaz olanı görüb eşitməsinə imkan verən dünyagörüşünün saflığını ruhuna maddi dünyanın kəsafəti hopmuş insanların çirklənmiş dünyagörüşü ilə qarşı-qarşıya qoyur. Romanda cəmiyyətin qanunlarına kor-koranə boyun əyərək öz fərdiyyətini itirən insanın maddi həyata uyaraq şüurun diktə etdiyi qanunlara tabe olmaqla mənəvi ilə, təhtəlşüurla əlaqəni itirməsi vurğulanır. Bu çərçivəyə, qılafa sığmayanlar cəmiyyət tərəfindən “dəli” elan olunur və rədd edilir. Təhtəlşüurun qanunları ilə yaşayan, şüuru inkar edən Pirdəli obrazı bu sosial normaya müqavimət simvoluna çevrilir, dünyanın “normal” və “doğru” qavranılması arasındakı faciəvi ikitirəliyi vurğulayır. 

Realizmlə magik realizmin qovşağında dayanan “Körpüdə ümid” romanı 2015-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəsr nominasiyası üzrə “Qızıl kəlmə” mükafatını alıb. Əsər 2018-ci ildə Türkiyədə də işıq üzü görüb. 

Natiq Məmmədlinin 2021-ci ildə çap olunmuş, “Yalnız sevənlər anlar” epiqrafı ilə oxuculara təqdim edilən “Sev” romanı iki gəncin məhəbbət hekayəsi fonunda insanın mənəvi seçimlərinin təzadlı dünyagörüşləri, dini doqmalar, nəfs və savaşlar kontekstində necə formalaşdığının bədii planda həllini təqdim edir və əsərdə istənilən məqamda sevgini seçmənin, ona sayğı ilə yanaşmanın insanlığın gələcəyə miras kimi ötürə biləcəyi bəşəri dəyərlərdən ən önəmlisi olduğu vurğulanır. 

Romanın qəhrəmanları olan fərqli dinlərə və mədəniyyətlərə mənsub iki gənc – Səid və Müjdə sevgilərinin həyəcanını hiss etdikləri ilk andan daxili mənəvi çəkişmə, sevgi və vətən arasında seçim, ailəvi münaqişələr, cəmiyyətin gözləntiləri, dini qadağalar, milli kimlik kimi dərin konfliktlərlə üzləşirlər. Əsər 2018-ci ilin yanvar ayında Bakıda miqrasiya xidmətində işləyən əsas narratorun düşüncələri ilə başlayır. Məhz Sarı Qarayev adlı bu məmurun öz yazıçı dostuna Səid və Müjdə sevgisini nəql etməsi ilə yeni, interkultural kontekstli bir sevgi romanı yaranır. Romandakı hadisələrin müxtəlif məkanlarda – Bakı, Banqkok və Şri-Lankada cərəyan etməsi mövzunun müxtəlif mədəniyyətlər və sosial kontekstlərdə açılmasına imkan verir. 

Natiq Məmmədli romanda “Yaxşı və Aşıq” məhəbbət dastanımızla paralellər aparır, lakin bu paralellər fərqli bədii priyomla gerçəkləşdirilir. Məhz adını Sarı Aşıqdan alan miqrasiya məmuru Sarı Qarayevin bu sevgi hekayətinin qəhrəmanları ilə rastlaşmasındakı təsadüfün sirri vasitəsilə Müjdə Səid məhəbbətinin sakura möcüzəsini buta verilmiş aşiqlərin dastanının mistik gücü ilə birləşdirir. 

Natiq Məmmədlinin “Sev” əsəri postmodern poetika, mistik realizm elementləri, gerçək həyat lövhələri, irfan-folkor obrazları və fəlsəfi qatlarla zəngin polifonik roman kimi müstəqillik dövrü ədəbiyyatımıza daxil olub. 

Yaradıcılığı mövzu, janr, ədəbi cərəyan baxımından rəngarəng olan yazıçı dramaturgiyada da qələmini sınamışdır. Natiq Məmmədli nəsrində təzahürlərini izlədiyimiz absurdizm onun dramaturgiyasında daha ardıcıl şəkildə görünür. Onun “Dumana bürünmüş”, “Əmanət”, “Müqəvva” pyesləri Azərbaycan absurd teatrının fonduna daxil olan dəyərli ədəbi nümunələrdir. Bu pyeslər içində “Dumana bürünmüş” pyesi xüsusilə seçilir. 

Müəllifin özü də müsahibələrinin birində bu pyesin yaradıcılığında özəl yeri və önəmini vurğulayır: “Bu pyes Şuşanın azad olunmasından 7–8 il əvvəl yazılıb. Orada da insanlar Qalaya – Şuşaya qayıtmaq istəyirlər. Həmin insanlar qalalarını itirdikləri üçün özlərini də itiriblər. Qalaya qayıtmaq istəyən insanlar ora dumanla qayıdırlar. Duman, ümumiyyətlə, çox sevdiyim bir elementdir. Bu element mənim çox köməyimə gəlir. Ədəbiyyatda duman elementi çox işlənib. Kafkanın əsərlərində Praqa dumanı var, rus ədəbiyyatında Peterburq dumanı var, ingilis ədəbiyyatında London dumanı var. Mənim ən çox sevdiyim duman öz dumanımızdır, Şuşa dumanıdır. Bu dumanın yaradıcı gücü digər dumanlardan heç də az deyil”. Qeyd edək ki, bu pyes 2017-ci ildə “Səda” tədris teatrında Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyoru fakültəsi tələbələrinin iştirakı ilə səhnələşdirilib. 

Natiq Məmmədlinin yaradıcılığı bir kaleydoskop kimi həm varlığa dair dərin fəlsəfi düşüncələri, həm də gündəlik həyatın realist eskizlərini əks etdirir. Onun əsərlərində realizm absurdizmlə, postmodernlə, magik realizmlə yanaşı təzahür edir, bədii palitrasındakı parlaq çalarlar müxtəlif yaş kateqoriyasına aid olan, fərqli peşə sahiblərinin daxili aləmini, hisslərini ustalıqla bədii mətnə çevirir. 

Elnarə Qaragözova, 
filologiya üzrə fəlsəfə doktoru, dosent

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 İyul 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqası: Sabah Orhus a qarşı Oyun başladı CANLI YAYIM

05 Avqust 2026 21:19see491

Bakteriyanın ən sürətlə çoxaldığı yemək bəlli oldu: Nə toyuq, nə də yumurta

06 Avqust 2026 04:04see462

İrəvanın Qərbə meyllənməsi iqtisadiyyata zərbə vurur Açıqlama

06 Avqust 2026 20:05see405

Bakı metrosunda avqustun 15 dən yeni mərhələ BAŞLAYIR

05 Avqust 2026 19:27see371

Ağdam Sənaye Parkına 177 milyon manatdan çox yatırım qoyulub

06 Avqust 2026 00:07see345

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see337

19FortyFive: Moskvaya uçan dronlar...

05 Avqust 2026 18:49see301

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see266

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see258

Ceki Çanla görüşmək üçün özlərini maşının önünə atdılar Video

05 Avqust 2026 21:14see214

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see204

Çempionlar Liqası: “Orhus“ “Sabah“ matçı başladı YENİLƏNİR

05 Avqust 2026 21:12see204

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see196

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see195

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see192

Ağstafada mağaza sahibi müştərini bıçaqladı

06 Avqust 2026 00:39see189

Azər Türk Bankda ciddi geriləmə: 2 dəfədən çox azalma

06 Avqust 2026 10:51see185

UEFA nın vitse prezidenti: “Bizə İnfantinoya qarşı namizəd lazımdır”

06 Avqust 2026 00:52see181

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see178

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri