Icma.az
close
up
RU
Menu

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Zəfər Gününə həsr olunan fləş mob Video

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

Röya bu gün açıq havada konsert verəcək Foto

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

Uşaqlıq xatirələri həyatımıza yön verir

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

Həyat kouçları deyilən təbəqələrə də bir əl gəzdirmək lazımdır RƏY

Həyat kouçları deyilən təbəqələrə də bir əl gəzdirmək lazımdır RƏY

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Son vaxtlarda özünü həyat kouçu kimi təqdim edən insanların sayı artmaqdadır. Bəzi insanlar özlərini fərdi inkişaf mütəxəssisləri adlandıraraq bir sıra xəstəlikləri şüuraltı terapiya ilə müalicə etdiklərini söyləyirlər. Onlar şüuraltını təmizləyərək ağrıları sağaltdıqlarını iddia edirlər. Lakin onların əksəriyyətinin nə tibbi, nə də psixologiya təhsili var. Buna rəğmən xeyli sayda insan onların xidmətlərindən yararlanmağa can atır.

Bu mövzuda fikirlərini “Sherg.az”la bölüşən gənc fəal, araşdırmaçı Şəhla Cabbarlı hesab edir ki, saxta həkim və lisenziyasız kosmetoloqlardan sonra dietoloqlar və "həyat koçları" deyilən təbəqələrə də əl gəzdirmək lazımdır. Onun sözlərinə görə, 9-cu sinfi güc-bəla ilə bitirib, sosial şəbəkələrdə özünü “həyat koçu”, klinik psixoloq, şüuraltı terapist kimi təqdim edən şəxslər açıq-aşkar təlimlər keçirir, seanslar edirlər:

 “Türkiyədə hansısa şarlatandan sertifikat almaq kiminsə həyatı ilə oynamağa əsas vermir. Araşdıranda, həmin koçların çoxunun həyatı travmalıdır. Onlar insanları necə şəfalandıracaqlar? 

Yaxud dietoloq adı ilə sertifikatı olmayan kofe, çay, arıqladıcı dərmanlar və s. satışı edib, insanları aldadaraq xəstə salanlar, həmin məhsulları reklam edən şəxslər, şirkətlər cəzalandırılmalıdır. 

Bir dəfə oxumuşdum ki, həmin çayların, dərmanların tərkibində narkotik əsaslar var və onlar insanlarda asılılıq yaradır. 

Yadımdan çıxmamış "ruhsal koçları" da deyim; Onlar insanlara məsləhət görürlər ki, filan ritualı et, filan şamı yandır, filan duanı və s. İnsanlar araşdırmadan edirlər. Onların çoxu hansısa qara qüvvələrin ayinlərinin ayələridir. İnsanlara görünməyən qüvvələri müsəllat edirlər, sonra da dəliyə dönmüş həmin adamlardan müalicə adı ilə hər şeylərini əllərindən alırlar, özlərindən asılı hala salırlar. İnsanların canı ilə, ruhu ilə oynayırlar. Cahillik həmişə zərər gətirir. Ona görə də maariflənmək lazımdır. 

Yaxınlarınızda belələrinə inanan insanlar varsa, çalışın uzaq tutun. 

Bizim cəmiyyətimizə, ölkəmizin gələcəyinə sağlam bədənli, sağlam ruhlu insanlar lazımdır”. 

Psixoloq Orxan Oruc isə “həyat koçu”, “yaşam koçluğu” kimi anlayışların bizə Türkiyədən gəldiyini deyib. Qardaş ölkədə bu sahənin çox məşhur olduğunu vurğulayan psixoloq qeyd edib ki, leksik mənası motivasiya terapiyasıdır:


“Bizim ölkəmizdə bu söz yenidir. Son vaxtlar çoxalmasının səbəblərindən biri cəmiyyətimizdə insanların kollektiv təfəkkürdən fərdiliyə keçməsi ilə bağlıdır. Çünki artıq hər kəs problemlərini özü həll etməyə çalışır, karyerasını, uğurunu, hansı yolla gedəcəyini özü müəyyənləşdirir. Bu məqamda kənar peşəkar xidmətlərə ehtiyac yaranır”. “Həyat koçu” ilə psixoloqun fərqli anlayışlar olduğunu qeyd edən O.Oruc bildirib ki, psixoloq bu sahə üzrə təhsil almış, psixikanın xüsusiyyətlərinə bələd olan, insanın hiss və duyğularını, psixi proseslərini başa düşən, elmi əsaslı məlumatlara yiyələnmiş bir şəxsdir: “Lakin “koç”un belə bir təhsili olmadığına görə onlar insanın hiss və emosiyalarının altında yatan mənalardan daha çox, ümumi prosesi qiymətləndirirlər. Çox təəssüf ki, ölkəmizdə “koç”lara nəzarət yoxdur, fəaliyyətlərinin qiymətləndirilməsi aparılmır. Qeyd edilən təklifin böyük həqiqət payı var.   Düşünürəm ki,ən azı qeyri-hökumət təşkilatları, təhsil müəssisələri, cəmiyyət bu kimi xidmətlər təklif edən şəxsdən ilk növbədə psixologiya ilə bağlı təhsilin olub-olmamasını sorğulamalıdır. Təhsil deyəndə 1-2 aylıq, 3 günlük kurslar və sertifikatları nəzərdə tutmuram”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Mart 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see293

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see286

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see280

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see274

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see247

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see230

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see225

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see224

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see221

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see216

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see209

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see207

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see206

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see200

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see198

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see190

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see188

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see186

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see183

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri