Icma.az
close
up
RU
Qəzasız, rahat həyat birinci addımdan başlayır RƏY

Qəzasız, rahat həyat birinci addımdan başlayır RƏY

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Dünyanın ən təhlükəsiz şəhər yolları velosipedçilərin və piyadaların çoxluğu ilə xarakterizə olunur


“Bircə yolumuz var, minik avtomobilləri azaldılmalı, ictimai nəqliyyat ən ideal vəziyyətə gətirilməlidir”

“Piyadalar çox vaxt keçidlərdən istifadə etmirlər. Ya da işıqforun qırmızı olduğunu görmələrinə baxmayaraq, yol keçirlər”

Bakı Şəhər DYP İdarəsi tərəfindən piyadaların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması və qəzaların sayının minimuma endirilməsi istiqamətində mütəmadi olaraq nəzarət-profilaktiki tədbirlər həyata keçirilir.

Bu barədə BŞDYP İdarəsinin məlumatında bildirilib.

Qeyd edilib ki, piyada qəzalarının baş verməsinə səbəb olan amillərdən biri də nəqliyyat vasitələrinin səkilərdə park edilməsidir.

"Belə ki, apardığımız müşahidələr deməyə əsas verir ki, dəfələrlə edilən xəbərdarlıqlara və həyata keçirilən inzibati tənbeh tədbirlərinə baxmayaraq, bəzi sürücülər yenə də nəqliyyat vasitələrini piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan səkilərdə park edirlər. Nəzərə almaq lazımdır ki, belə olduğu təqdirdə piyadalar avtomobil yolunda hərəkət etmək məcburiyyətində qalırlar və bu da öz növbəsində piyadaların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinə real zəmin yaradır.

Mövcud qanunvericiliyin tələbinə əsasən səkilərdə nəqliyyat vasitələrinin dayanması və durması qadağandır və qayda pozuntusu aşkar edildiyi halda sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən 2 cərimə balı və 60 manat məbləğində cərimə tətbiq ediləcək".

"Odur ki, sürücülərdən dayanma və durma qaydalarına ciddi şəkildə riayət etmələrini və yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalara maneə yaratmamalarını xahiş edirik", - deyə məlumatda qeyd edilir.

Ekspertlər isə hesab edir ki, piyadaların iştirakı ilə baş verən yol qəzalarının əsas səbəbləri müxtəlif amillərlə əlaqəlidir. Bu cür qəzalara səbəb olan əsas faktorlar arasında piyada təhlükəsizliyinin təmin edilməməsi, infrastrukturun zəifliyi, piyadalar üçün xüsusi zolaqların, keçidlərin, işıqforların və ya səkilərin olmaması xüsusi rol oynayır.  

Eyni zamanda sürücülərin diqqətsizliyi və sürət həddinin aşılması da qəzalara səbəb olur.


Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli "Sherg.az"a açıqlamasında piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması və təhlükəsizliyin təmin edilməsi istiqamətində bir neçə mühüm məqama toxunub.

Onun sözlərinə görə, piyadaların təhlükəsizliyinin artırılması, həm sürücülər, həm də piyadalar üçün düzgün davranışların təşviqi ilə mümkündür: 


"Bəzi piyadalar yolun qarşı tərəfinə keçərkən keçid yerindən istifadə etmirlər, ya da işıqforun qırmızı olduğunu görmələrinə baxmayaraq yol keçirlər. Piyadaların yolun müxtəlif yerlərində, xüsusən işıqfor olmayan yerlərdə yol keçmələri riski artırır. Səki və yol şəraitinin pisləşməsi, qarlı və ya yağışlı havalarda yolların sürüşkən olması, zəif işıqlandırma və ya zədələnmiş yollar piyadaların təhlükəsizliyini təhdid edir. Həmçinin yoldakı təmir işləri, səki səthlərinin pozulması və ya təmizlənməməsi piyadalar üçün təhlükə yaradır.

Onu da deyim ki, qəzalar daha çox sıx trafik şəraitində, xüsusən də iş saatlarında və ya tıxaclarda baş verir. Sürücülər yavaşlayarkən piyadaların qarşısını görməyə və ya onlara reaksiya verməyə çətinlik çəkirlər".


Həlli yollarına gəldikdə isə ekspert deyib ki, piyadalar üçün təhlükəsiz keçidlər və infrastruktur yaradılmalıdır:

 "Sürücülər üçün daha sərt qaydalar və cəzalar tətbiq edilməlidir. O cümlədən, piyada qanunlarına riayət edilməsinin təbliği və maarifləndirmə işləri aparılmalıdır. Azərbaycanda ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin böyük əksəriyyəti yaşayış məntəqələrinə yaxın ərazilərdə baş verir və burada sürət həddi, xüsusən də şəhər və küçə yollarında işıqlandırılmanın olmaması, piyada keçidlərinin və parkinq ərazilərinin azlığı müxtəlif yol istifadəçiləri üçün, xüsusən də piyadalar üçün əsas risk faktorları rolunda çıxış edir.

Şəhər nəqliyyatında maksimum halda şəxsi minik avtomobillərindən imtina etmək lazımdır, xüsusən də sıx yaşayış məntəqələrinin mövcud olduğu yerlərdə minik avtomobillərinin azaldılması yol hərəkət iştirakçılarının təhlükəsizliyinə böyük ölçüdə töhfə verir".

İ.Hüseynli hesab edir ki, şəhər nəqliyyatında minik avtomobillərinin azaldılması, rahat və əlçatan ictimai nəqliyyatın təşviqi, ləğv edilmiş avtodayanacaq ərazilərinin yaşıllıqla və velosiped dayanacaqları ilə əvəz edilməsi, yol təhlükəsizlik auditlərinin təşkili, xüsusən də yüksək qəza təhlükəli ərazilərin aradan qaldırılması istiqamətində maliyyə və infrastuktur dəstəyi, eləcə də şəhər və küçə yollarının tam həcmdə işıqlandırılması müxtəlif yol istifadəçilərinin, xüsusən də piyadaların təhlükəsizliyinin təmininə böyük töhfə verəcəkdir. Onun sözlərinə görə, dünyanın ən təhlükəsiz şəhər yolları velosipedçilərin və piyadaların çoxluğu ilə xarakterizə olunur. Mühərrikli nəqliyyat vasitəsindən imtina insanların mobilliyini cəlbedici etməklə kifayətlənmir, eyni zamanda şəhərlərdə mövcud olan səs-küy və ekoloji çirklənmənin azalmasına, sağlamlığın və həyat keyfiyyətinin artmasına gətirib çıxarır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Aprel 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see286

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see275

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see253

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see249

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see242

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see241

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see236

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see235

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see223

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see211

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see210

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see210

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see207

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see206

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see205

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see205

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see202

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see186

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see165

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri