Icma.az
close
up
RU
Həyat qəzeti türkçü düşüncənin beşik ocağıdır

Həyat qəzeti türkçü düşüncənin beşik ocağıdır

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Həyat" qəzeti 1905-ci il iyunun 7-də nəşrə başladı. Həyata çox ziddiyyətli, təlatümlü mürəkkəb bir dövrdə "qədəm basan" bu mətbu orqanı jurnalistika tariximizin araşdırıcıları 1905-1906-cı illərin fikir, düşüncə və mübarizə salnaməsi adlandırırlar.

"Həyat"ın məram və məqsədlərini aydınlaşdırmaqdan öncə Rusiyada baş verən ictimai hadisələr, siyasi gərginliklərlə müşayiət olunan proseslərə diqqət yönəltmək gərəkdir. "Həyat"ın fəaliyyətə başladığı iyun və iyul aylarında Bakıdakı sənaye müəssisələrinin dörddə üç hissəsini inqilabi tətil bürümüşdü. Çar quruluşu idarəsinin zəifləməsindən istifadə edən ermənilər Azərbaycan xalqına qarşı terror və təxribat törədirdilər. Belə ağır şəraitdən çıxmaq üçün informasiya və təbliğat vasitəsinə ciddi ehtiyac var idi.

1905-ci ilin martın 15-də Hacı Zeynalabdin Tağıyevin mənzilində toplaşmış ziyalılar gündəlik qəzet nəşr etməyi də müzakirə etdilər. H.Z.Tağıyevin böyük nüfuzu və işə qarışması ilə 1905-ci il aprelin 22-də Qafqaz Canişini Vorontsov Daşkov "Həyat"ın nəşrinə icazə verdi. Lakin "Həyat"ın ideya-siyasi məzmunu ikiqat senzuraya məruz qaldı. Qəzetin dərc etdiyi mühüm əhəmiyyətli yazılar rus dilinə tərcümə edilib Tiflis Senzura Komitəsinə göndərilirdi.

Akif Aşırlı: "Həyat" Azərbaycan ziyalılarının, ədəbiictimai və siyasi fikir tariximizdə məxsusi yeri olan şəxsiyyətlərin mübarizə tribunasına çevrildi

Mətbuat tədqiqatçısı, tarix üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı öz tədqiqatlarında qeyd edib ki, "Həyat" qəzetinin məzmunu, ideya istiqamətləri milli mövqedə dayanan Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu tərəfindən həyata keçirilirdi. Tədqiqatçı vurğulayıb ki, "Həyat"a qarşı təzyiq və təhdidlər, senzorun ağır şərtləri qəzetin nəşrinin ilk aylarında özünü açıq büruzə verməyə başladı:

"İlk sayın çıxmasından ay yarım sonra erməni senzorların təhriki ilə Senzura Komitəsinin sədri Qallel "Həyat"ın çapının dayandırılması üçün Qafqaz canişinliyinə müraciət etdi. Senzura Komitəsi qəzeti və onun redaktoru Əhməd bəy Ağaoğlunu "panislamist ideyaların alovlu pərəstişkarı", "bütün müsəlmanların xəlifəsi sayılan türk sultanının nüfuz və qüdrətinin artmasının tərəfdarı" kimi qələmə verirdilər. Digər tərəfdən "Həyat"ın yaradıcı heyəti "qatı islamın tərəfdarları" kimi suçlanır və antierməni təbliğatı nəticəsində Qafqazda müsəlman fanatizminin alovlanacağı iddia edilirdi. Halbuki antitürk, antimüsəlman mövqeyi ilə Bakıda və Qafqazın bəzi bölgələrində nəşr olunan erməni qəzetləri düşmənçilik ovqatı yaradır, Qafqaz Canişinliyi və Senzura Komitəsi isə onlara heç bir irad bildirmirdi".

A.Aşırlı deyib ki, "Həyat" qəzeti təkcə Qafqazda deyil, Volqaboyunda, Orta Asiyada, İranda və Türkiyədə yayılırdı: "Həyat" geniş coğrafi məkanda yaşayan türk və müsəlmanların milli oyanışı ilə eyni vaxtda meydana çıxmış və bu oyanışın davamlı prosesə çevrilməsində mühüm rol oynamışdı. "Həyat" baş məqalədə məram və məqsədlərini oxucuya daha dolğun çatdırmaq üçün ümmət və millət məsələlərinə, ana dilinin inkişafına, maarifçiliyə dair baxışlarını izah edərək yazırdı ki, Azərbaycan türkləri "tazə-cavan bir millətdir, həyatın dürr-kəmalə doğru gedən yolun əvvəlindədir". Ümumən XX əsr ictimai-siyasi və ədəbi-fəlsəfi fikir tarixində böyük rolu olan Əlibəy Hüseynzadə "Həyat" qəzeti və "Füyuzat" dərgisi ilə Azərbaycanda milli məfkurənin, türkçülük hərəkatının genişlənməsinə öncüllük etdi.

Tədqiqatçı bəyan edib ki, 1905-ci il iyunun 7-dən 1906-cı il sentyabrın 3-nə qədər “Həyat”ın 325 nömrəsini buraxmaq mümkün oldu. Bunlardan 131-i 1905-ci, 194-ü isə 1906-cı ildə işıq üzü görüb: "Həyat"ın 101-ci sayı Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayevin redaktorluğu ilə çıxıb. Bu tarixdən sonra bu iki mütəfəkkirin yolları ayrılıb. Ə.Hüseynzadə "Həyat"ın çapını davam etdirib, A.Ağaoğlu isə "İrşad" qəzetini nəşr etdirdiyinə görə ondan uzaqlaşıb. Çox çətin və şərəfli ömür və yaradıcılıq yolu keçmiş, ictimai-siyasi fikir tariximizin önəmli şəxsiyyətlərindən olan Əhməd bəy Ağaoğlu da "Həyat"ın səhifələrində müntəzəm siyasi-publisistik yazıları ilə çıxış edirdi. Qəzetin ilk nömrələrindən başlayaraq Ə.Ağaoğlu Rusiyada,

Qafqazda və məxsusi olaraq Bakıda ictimai-siyasi hadisələrə qiymət verməyi qarşısına başlıca məqsəd qoymuşdu. O, öz fikirlərini elmi və islam dini görüşləri fonunda şərh edir, demokratik ruhlu fikirlərini oxuculara çatdırırdı. "Həyat" nəşr olunduğu qısa müddətdə Azərbaycan ziyalılarının, ədəbiictimai və siyasi fikir tariximizdə məxsusi yeri olan şəxsiyyətlərin mübarizə tribunasına çevrildi. Qəzetin 36 nəfər daimi yazar-müəllifi vardı. Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Həsən bəy Zərdabi, A.Səhhət, M.Hadi, H.S.Ayvazov, Ü.Hacıbəyov, Ə.Haqverdiyev, M.Ə.Sabir, N.Nərimanov, M.Hacınski, M.Ə.Şeyxzadə, S.M.Qənizadə Axund Əbuturaboğlu “Həyat”ın daimi yazarları idi".

Qərənfil Dünyaminqızı: Əli bəy Hüseynzadə türkçülüyün, böyük Turan dünyasının yaranması ideyalarını "Həyat"da qoydu

Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsinin dosenti, filologiya elmləri doktoru, Əməkdar jurnalist Qərənfil Dünyaminqızı diqqətə çatdırıb ki, "Həyat" qəzeti birdən-birə yaranmayıb. Onun sözlərinə görə, 1905-ci il oktybarın 17-də rus çarı Nikolayın imzaladığı manifest nəticəsində anadilli mətbuat yaratmaq fürsəti əlimizə düşüb:

""Əkinçi"dən sonra çar hökuməti uzun müddət anadilli mətbuat arzumuzu ürəyimizdə qoymuşdu. Ziyalılarımız dəfələrlə müraciətlər etsələr də, qarşılarına hər dəfə sədd çəkilirdi. Yaranmış fürsətdən faydalanan ziyalılarımız - Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Hacı Zeynəlabidin Tağıyev "Həyat" qəzetinin nəşrinə nail oldular. "Həyat" qəzeti 1905-ci ilin iyun ayında fəaliyyətə başladı. Əslində türkçülük, turançılıq, böyük Turan dünyasının yaranması, milli kimliyimiz, milli özünüdərk "Füyüzat"dan, "İrşad"dan əvvəl "Həyat"da öz əksini tapmışdı. Ə.Hüseynzadənin "Həyat" qəzetində "Türklər kimdir və kimlərdən ibarətdir" adlı məşhur əsəri silsilə şəklində çap olunmağa başlamışdı. Görkəmli türk tədqiqatçıları Əli bəy Hüseynzadənin bu əsərini türkçülüyün nizamnaməsi, məramnaməsi adlandırırlar. Əli bəy Hüseynzadə türkçülüyün, böyük Turan dünyasının yaranması ideyalarını "Həyat"da qoydu. Görkəmli jurnalist, publisist İsmayıl bəy Qaspıralının "dildə, fikirdə, əməldə birlik" şüarı da geniş mənada təbliğinə elə "Həyat"dan başladı. "Həyat" türk dünyasının təməl daşı, türkçülük düşüncələrinin beşik ocağı adlandırılırdı".

Alim vurğulayıb ki, Əli bəy Hüseynzadənin "türk qanlı, islam imanlı, firəng qafalı" deyimini həyata keçirmək üçün "Həyat"çılar 1905-ci ildə fəaliyyətə başladılar:

"1905-07-ci ildə Azərbaycanda islahatlar aparıldı, yeni üsullu mətbəələr açıldı, xeyriyyə cəmiyyətləri fəaliyyətə başladı, siyasi partiyalar quruldu, canlanma yarandı. "Həyat" qəzetinin ətrafına dövrünün çox görkəmli ziyalıları toplanmışdı. Əli bəy Hüsüynzadə, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov başda olmaqla Firudin bəy Köçərli, Əhməd bəy Səlyani, Abdulla Sur, Şəfiqə Əfəndizadə, Nəriman Nərimanov və digərləri "Həyat"da çap olunurdu. Bir müddət sonra "Həyat" fəaliyyətini dayandırsa da, "İrşad" "Füyuzat", "Yeni İqbal", "Şəlalə", "Dirilik", "Açıq Söz", "Azərbaycan", "İstiqlal", "Qurtuluş", "Qurtuluş yolu" və s. qəzetlər işıq üzü görməyə başladı".

Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Azərbaycan Türk Ocağı İctimai Birliyinin "Turan işğında 150 il" layihəsi çərçivəsində hazırlanıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 İyun 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri