Icma.az
close
up
RU
Nənələrin təndiri bərəkət ocağıdır

Nənələrin təndiri bərəkət ocağıdır

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Təndir min illərdir ki, Azərbaycanda kənd həyatının ayrılmaz hissəsidir. Ölkəmizin bir çox bölgələrində olduğu kimi, qədim türk yurdu Naxçıvanda da bu sənətkarlıq yaşadılır, təndirdən istifadə edənlərin sayı günbəgün artır. Ona görə ki, təndir çörəyinin dadı, ətri bir başqadır. Bu yaxınlarda muxtar respublikanın ucqar yaşayış məntəqələrindən olan Sədərək rayonunun eyniadlı kəndinə səfərimiz zamanı bunun bir daha şahidi olduq.

Sədərək kəndində yaşayan Qaybalıyevlər ailəsi 20 ilə yaxındır ki, bu işlə məşğuldurlar. Ailə başçısı Səyyad Qaybalıyevlə evdə olmadığı üçün görüşə bilməsək də, ömür-gün yoldaşı İradə xanım bizi gülərüzlə qarşıladı, həm də elə iş başında. Hal-əhval tutduqdan sonra dedi ki, əvvəllər bu vaxtlar havalar çox soyuq keçərdi, qar, bəzən də yağış yağardı. Bizim də iş belədir ki, yağıntı oldusa, dayanmaq məcburiyyətindəyik. Amma havalar mülayim keçdiyindən, gördüyünüz kimi, işimizi davam etdiririk.

İradə xanım bu sənəti böyüklərdən öyrəndiyini deyir. Bildirir ki, əvvəllər kənddə hər bir ailənin təndiri olardı. Bu təndirlərin çoxu yerdən idi, yəni çörəyi oturaq yerdə bişirməli idin. Sonralar isə ayaqüstü təndirlərə tələbat artdı. Hazırda ən çox sifarişlər daşınan təndirlərədir.

Həmsöhbətimdən təndirin necə hazırlanmasını soruşuram. Deyir ki, təndirin yaxşı, keyfiyyətli olmasının ilk səbəbi onun hazırlandığı palçıqdan asılıdır. Yəni hər torpaqdan palçıq hazırlayıb təndir qoymaq olmur. Əli ilə kəndin şərq istiqamətində boş bir ərazini göstərərək torpağı oradakı dərədən götürdüklərini deyir:

– O ərazidəki torpaqlar əsl təndir torpağıdır, yəni gilli torpaqdır. Biz əvvəlcə o torpağın üst qatından, təxminən, 15-25 santimetr dərinlikdə götürdükdən sonra aşağı təbəqədən bizə lazım olan torpağı istifadə edirik. Bu torpaq o qədər təmizdir ki, tərkibində bir çınqıl belə tapa bilmərsən. Heç ələkdən keçirməyə də ehtiyac olmur. Sonra bu torpağı isladır, eynilə xəmir kimi “acımağa” qoyuruq.

Tam bir həftə boyunca həmin xəmir tam “acıyaraq” özünə gəlir. Sonra isə onu yaxşıca yoğururuq, yəni əlimizlə əzirik. Palçıq elə bir vəziyyətə gəlir ki, əlində plastilin kimi sallanır, amma yerə tökülmür. Hətta təndirin uzunömürlü olması üçün bu palçığa keçi qəzili (tükü) də qarışdırırıq. Keçi qəzili təndir palçığını elə keyfiyyətli hala gətirir ki, sonradan heç bir çatlama olmur.

Bunu da öyrənirik ki, təndirin palçığı hazırlanarkən ona təmiz su tökülür. “Təndir, ruzi-bərəkətdir”, – deyən İradə xanım bunu ata-babalarından belə gördüyünü bildirir və bu gün də ona əməl etdiyini deyir. Qeyd edir ki, orta ölçülü bir təndirin qoyulması yay vaxtı 3 günə başa gəlir. Nisbətən soyuq havalarda isə bir həftəyə kimi sürür. Təndirin hazırlanması üçün ən yaxşı hava sərin havadır, yəni nə isti, nə də soyuq. Buna görə də yaz və payız aylarında daha çox sifarişlərin olduğunu deyir. Təndir hazırlandıqdan sonra isə onun ağardılması (yəni təndirin içində odun yandırılması) prosesi aparılır ki, təndirin divarları bişərək daha da sərtləşsin, sonrakı proseslərə dayanıqlı olsun.

Təndirlərin qiymətini soruşur və sifarişlərin haradan gəldiyi ilə maraqlanırıq. Müsahibimiz deyir ki, təndirin qiyməti ölçülərindən asılı olaraq 70-80 manatdan başlayaraq 120-150 manatadək dəyişir. Sifarişlər isə demək olar ki, hər yerdən – Sədərəkdən, Şərurdan, Naxçıvandan olur. İndiyədək müştərilərindən heç bir şikayət eşitməyən İradə xanım bunun işinə sevgi ilə yanaşmasından, işini daha keyfiyyətlə görməsindən qaynaqlandığını deyir.

Bəli, həqiqətən buradakı hər bir təndir usta əllərdən çıxan sənət nümunəsidir. Palçığın yoğrulmasından tutmuş təndirin qoyulmasına, içərisinin “ağardılmasına” qədər bu prosesə əsl dəyər qatılır. Çünki təndir sənətkarlığı yalnız texniki bilikdən ibarət deyil, o həm də mədəniyyətin, estetik zövqün və nəsildən-nəsilə ötürülən ənənələrin bir hissəsidir.

Təsadüfi deyil ki, ötən il “Azərbaycanda təndir sənətkarlığı və çörəkbişirmə” adlı milli nominasiya faylı UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu isə o deməkdir ki, Azərbaycan təndir sənətkarlığının yarandığı və yaşadıldığı bir diyardır. Bizə isə Qaybalıyevlər ailəsinin simasında bu sənəti yaşadanlara uğur diləmək qalır: təndiriniz bərəkətli, çörəyiniz bol olsun!

Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Dekabr 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see367

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see364

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see303

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see276

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see216

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see214

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see210

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see181

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see174

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see170

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri