Həyat yoldaşını amansızlıqla öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Qısqanclıq zəminində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Etibar Bədəlovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
APA xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Etibar Bədəlov 17 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Qeyd edək ki, hadisə ötən il iyulun 17-də baş verib. Təqsirləndirilən Etibar Bədəlov həyat yoldaşı Aytən Bədəlovanı qısqanclıq zəminində bıçaqla qətlə yetirib.
O, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) ilə təqsirli bilinib.
Bu mövzuda digər xəbərlər:Samuxda həmkəndlisini yumruqla öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
17 İyul 2025 16:30
Tanışını öldürməkdə təqsirləndirilən şəxsə prokuror cəza istədi
17 Yanvar 2025 17:30
Həyat yoldaşını boğaraq öldürməkdə təqsirləndirilən şəxs hakim qarşısında
13 Avqust 2025 11:28
Füzulidə həyat yoldaşını iş yerində qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
08 Avqust 2025 10:07
Naxçıvanda arvadını asaraq öldürməkdə ittiham edilən şəxsə hökm oxunub
03 Oktyabr 2025 13:08
Baxış sayı:132
Bu xəbər 19 Dekabr 2024 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















