Icma.az
close
up
RU
Həyata keçirilən bəzi layihələrin beynəlxalq banklar tərəfindən maliyyələşdirilməsinə ehtiyac duyulur

Həyata keçirilən bəzi layihələrin beynəlxalq banklar tərəfindən maliyyələşdirilməsinə ehtiyac duyulur

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Son illərdə Azərbaycanın xarici borcunun azalması fonunda daxili borcun kəskin artımı qeydə alınıb. Azərbaycanın dövlət borcunda bu ilin əvvəlindən müşahidə olunan azalma davam edir. Maliyyə Nazirliyinin açıqladığı məlumata görə, 2025-ci il iyulun 1-də Azərbaycanın cəmi xarici və daxili borcu 25 milyard 695 milyon manat təşkil edib. Cəmi borcun təqribən 17 milyard 177 milyon manatı daxili, 5 milyard 10.7 milyon ABŞ dolları (8 milyard 518.19 milyon manat) isə xarici borcun payına düşür. Ölkənin cəmi borcu bu ilin əvvəli ilə müqayisədə 6.2 faiz və ya 1 milyard 684.6 milyon manat azalıb.Daxili və xarici borc nədir və necə yaranır?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hər il Azərbaycanın dövlət büdcəsi kəsirlə tərtib edilir: “İki milyard, üç milyard, bir milyard yarım vəsait və s. rəqəm göstəriciləri ilə büdcə kəsiri müşahidə olunur. Yəni bu da o deməkdir ki, Azərbaycan dövlətinin icra etdiyi, icra etməyi planlaşdırdığı, icrası vacib olan məsələlər var. Onların maliyyələşdirilməsi üçün gəlirlər yetərincə deyil. Bu gəlirlər yetərincə olmadığına görə dövlət büdcəsində kəsir yaranır. Həmin kəsirin örtülməsi isə ya daxili borclanma ilə örtülür. Yəni istiqrazlar buraxırlar. Vətəndaşlar həmin istiqrazları alırlar, faiz qazanırlar və dövlət də büdcənin həmin pullar hesabına büdcə kəsirini maliyyələşdirir.

Bəzi hallarda xaricdən borc götürülür. Yəni, dövlət büdcəsinin icrasını nəzərdə tutulduğu qaydada reallaşdırmaq üçün həm daxili, həm də xarici borclanmaya gedirlər. İndi son vaxtlar tendensiya yaranıb ki, daxili borclar azaldılsın, hətta bəzi istiqrazlar vaxtından əvvəl geri çağırıldı və hökumət xarici borclanmaya getsin, daha çox xarici borclanmaya üstünlük versin. Çünki xarici borclanma zamanı faiz dərəcələri daha aşağıdır və aşağı faiz dərəcələrindən daha ucuz pul vəsait cəlb eləmək olar. Yəni xarici borcun yaranmasının bir səbəbi dövlət büdcəsidir. Amma bu da hamısı deyil”.

Akif Nəsirli

Akif Nəsirli qeyd edib ki, bəzi hallarda Azərbaycan hökumətinin həyata keçirdiyi layihələrin xarici beynəlxalq banklar tərəfindən maliyyələşdirilməsi vacib olur.

“Məsələn, Avropa İttifaqı Azərbaycandan daha çox qaz almaq istəyir. Avropa İttifaqının İttifaqı ilə Azərbaycan arasında iki il əvvəl imzalanmış memoranduma görə, Azərbaycan Avropaya qaz ixracını 20 milyard kubmetrə çatdırmalıdır. Hazırda 12 milyard kubmetr ixrac edilir. Azərbaycan hökuməti düşünür ki, bütün dünyada yaşıl enerjinin inkişaf etdirilməsi bir tendensiya halını alıb. Avropa da bizdən ildə 20 milyard kubmetr qaz istəyir. Bizə bu qədər bu həcmdə qazın ixracatına başlamaq üçün həm hasilatı genişləndirmək lazımdır, həm həmin qazın ötürülməsi üçün infrastrukturu genişləndirməliyik. Bunun üçün maliyyə, vəsait lazımdır. Biz bu gün maliyyəni, vəsaiti qoyduq. İldə 20 milyard kubmetr Avropaya qaz ixracına nail olduq. İki ildən sonra Avropa dedi ki, “mənə artıq qaz lazım deyil”. Amma infrastruktur qurulub, hasilatı genişləndirilib. O zaman Azərbaycan hökuməti xərcə düşər. Bu halda Azərbaycan hökuməti tələb edir ki, Avropanın, məsələn, Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bank, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı bunlardan biri bizə kredit versin, həmin kredit zəmanətlə alınacaq və eyni zamanda siz də bizimlə müqavilə bağlayın ki, neçə il bizdən qazı alacaqsınız. 20 milyard həcmdə qazı bizdən hansı müddətə alacaqsınız? Yəni Azərbaycan hökuməti özünü sığortalamaqdan ötrü krediti götürür və Avropa İttifaqı ilə bu müqaviləni bağlamağı təklif edir. Belə olan halda Azərbaycan hökuməti üçün xarici borclanmaya getmək məcburi addım olur.

Belə hallar əvvəllər də olub. İndi də bunu mən misal gətirdim. Bu cür layihələrdə xarici borclanmaya getmək, hökumət üçün bu yolu, yəni bir üzü sığortalamaq üçün bir addıma çevrilir”-deyə iqtisadçı ekspert vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 30 İyul 2025 21:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see267

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see237

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see213

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see207

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see187

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see180

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see180

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see174

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see160

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see158

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see156

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see155

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see153

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see153

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see149

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri