Icma.az
close
up
RU
Həyata keçirilən tədbirlər gənclərin daxili işlər orqanlarında xidmətə cəlb olunmasına yönəlib

Həyata keçirilən tədbirlər gənclərin daxili işlər orqanlarında xidmətə cəlb olunmasına yönəlib

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Peşəkar kadr potensialının formalaşdırılması Daxili İşlər Nazirliyinin strateji prioritetlərindəndir. SİA xəbər verir ki, bunu daxili işlər naziri Vilayət Eyvazov cari ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında deyib.

Vurğulanıb ki, hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, cəmiyyətin təhlükəsizlik tələblərinə cavab verən kadr potensialının formalaşdırılması DİN-in strateji prioritetlərindəndir. Müasir dövrün çağırışlarına cavab verən, qabaqcıl texnologiyaları və süni intellekt imkanlarını əməliyyat-xidməti fəaliyyətə inteqrasiya edə bilən, eyni zamanda hüququn aliliyinə sadiq, vətənpərvər və mənəvi cəhətdən formalaşmış polis əməkdaşlarının hazırlanması diqqətdə saxlanılır.

Bu baxımdan, daxili işlər orqanlarında xidmət etmək istəyən gənclərin peşəyə düzgün istiqamətləndirilməsi, onların Polis Akademiyası və Daxili Qoşunların Hərbi İnstitutuna qəbulunun təşviqi xüsusi əhəmiyyət daşıyır.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bildirib ki, bu sahədə həyata keçirilən tədbirlər yalnız kadr çatışmazlığının aradan qaldırılması deyil, eyni zamanda yüksək mənəvi-psixoloji keyfiyyətlərə malik, intizamlı və vətənpərvər gənclərin daxili işlər orqanlarında xidmətə cəlb olunmasına yönəlib.

Qeyd olunub ki, Polis Akademiyası və Hərbi İnstitut bu gün yalnız hüquq-mühafizə sahəsi üzrə deyil, ümumilikdə dövlətçilik ideallarına sadiq, ictimai maraqlara cavab verən kadrların yetişdirilməsi baxımından strateji əhəmiyyət daşıyan xüsusi təyinatlı təhsil ocaqlarıdır.

Bu məqsədlə, Polis Akademiyası və Daxili Qoşunların Hərbi İnstitutu çərçivəsində kadr hazırlığı prosesi təkcə hüquq bilikləri ilə məhdudlaşmır. Tədris proqramları qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılır, innovativ yanaşmalar tətbiq olunur, gənclər süni intellekt, informasiya texnologiyaları, kibertəhlükəsizlik, hüquq və psixologiya kimi sahələrdə geniş bilik və bacarıqlarla təmin olunurlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 İyul 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri