Icma.az
close
up
RU
Həyata təkcə öz pəncərənizdən baxmayın...

Həyata təkcə öz pəncərənizdən baxmayın...

Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.


- Aygünə nə olub? Sanki həyatdan küsüb, əvvəlki kimi deyib gülmür...
- Yeniyetməlik problemləridir. Vaxt keçdikcə hər şey öz qaydasına düşəcək. Biz də bir vaxtlar eyni problemləri yaşamadıqmı?..
- Nərgiz xala, Aygünlə tez-tez söhbət edirsinizmi?
- Bu necə sualdır, əlbəttə edirik.
- Yox, elə demək istəmədim. Yəni, o, hisslərini sizinlə bölüşürmü?
- Mən belə şeyləri başa düşmürəm, ancaq onu bilirəm ki, atası son vaxtlar onu tez-tez danlayır. Aygün də bəzi işləri bizdən xəbərsiz görür. Atası xəbər tutsa, heç bilmirəm necə olacaq...
Aygün orta məktəbin onuncu sinifində oxuyur. Universitetə hazırlaşmaq üçün hazırlıq kursuna gedir. Ailəsi də onun imtahanlara yaxşı hazırlaşması üçün əlindən gələni edir. Ancaq son vaxtlar Aygün özünü çox narahat hiss edir. Bir tərəfdən yeniyetməlik problemləri, bir tərəfdən də stress onu rahat buraxmır. Tez-tez əsəbiləşir, bəzən də yoldaşlarının təsiri altına düşür. Atası onu kursa göndərdiyi üçün çox sevinir. Ancaq atası bir ata kimi öz işini yalnız kursun pulunu ödəməkdə görür.
Artıq üç həftədir ki, nə məktəbdəki, nə də kursdakı dərsləri ilə məşğul ola bilir. Özünü yelkəni qopmuş bir qayıq kimi hiss edir. Dənizdə təkbaşına dalğalarla mübarizə aparır. “Nə etməliyəm?” sualına heç cür cavab tapa bilmir...
Birdən Aygünün qapısı döyüldü. Bir anlıq çaşıb qaldı. Uzun müddət idi ki, heç kim onun qapısını döyməmişdi. Tez qalxıb qapını açdı:
- Doğrusu çox təəccübləndim. Bizim evdə heç kim qapını döymür.
- Yenə nə olub, dərin xəyallara qərq olmusan?
- Hansını deyim ki? Ürəyim sanki məngənədədir. Özümü uşaq kimi hiss edirəm. Həyata nikbin baxa bilmirəm...
Sevinc Aygündən 5 yaş böyük idi. Bir anlıq beş il əvvəl yaşadıqları ağlına gəldi:
- Bir vaxtlar mən də sənin yaşadıqlarını yaşadım. Odur ki, səni yaxşı başa düşürəm. Məktəb, universitet mənə boş şey kimi gəlirdi. Bir neçə il sonra evlənəcək, oğul-uşaq sahibi olacaqdım. Həyat mənim üçün dörd divardan ibarət bir otaq idi. Ancaq bir yaz günü pəncərədən həyətə baxanda harada səhv etdiyimi anladım. O vaxt evimiz dördüncü mərtəbədə idi. Otağımdan salona qaçdım. Salonun pəncərəsini açıb küçəyə boylandım. İnsanlar hara isə axışır, hər tərəfdə həyat qaynayırdı. Halbuki mənim otağımın pəncərəsi kiçik bir qayalığa açılırdı. Mətbəxə qaçdım. Eyvana çıxıb pəncərəni açdım. Uzaqdan dənizin mavi ləpələri parıldayırdı. Bir az uzaqda isə adalar var idi. Bu gözəllikləri daha əvvəl niyə görmədiyimə təəssüfləndim. Hər şey çox gözəl idi, ancaq mən bu gözəlliyi ilk dəfə idi ki, kəşf edirdim. Düşündüm ki, evimiz bir olsa da, pəncərələrinin hərəsi bir tərəfə açılır. Deməli, biz də həyata yalnız öz pəncərəmizdən baxmamalıyıq...
Həmin gün Aygünlə Sevinc evin otaqlarını gəzib pəncərələrdən çölə baxanda Nərgiz xala heç nə başa düşmədi. Ancaq bildiyi bir şey var idi ki, o gündən Aygün tamam başqa bir qız oldu...
Murad Məmmədov
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 31 Oktyabr 2025 22:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see233

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see231

Vüsal Ağayev yüksək vəzifəyə gətirildi

06 Sentyabr 2026 19:10see230

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see230

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see228

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see216

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see206

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see206

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see202

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see201

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see194

Neftçala sakininin evi yanıb kül oldu VİDEO

07 Sentyabr 2026 00:22see189

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see188

Tramp saç rəngini dəyişərək hər kəsi təəccübləndirdi

06 Sentyabr 2026 21:34see186

Arteta, Alonso və İraolanı birləşdirən klub FOTO

07 Sentyabr 2026 04:11see182

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see180

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see174

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see174

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see172

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri