Icma.az
close
up
RU
Həyatda uğur qazanmış insanlar niyə hər gün eyni paltarları geyinirlər?

Həyatda uğur qazanmış insanlar niyə hər gün eyni paltarları geyinirlər?

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Zaman-zaman Stiv Cobs, Mürk Zukerberq kimi insanların daim eyni paltarlar geyindiyinin şahidi olmuşuq və oluruq.

Niyə? Onların dünya modasını evlərinə alıb yığacaq qədər maddi imkanları olmasına rəğmən nə üçün eyni paltarlar geyindiyini araşdırmağa dəyər.

Yaşadığımız moda əsrində hələ də dəbin əsirinə çevrilməmiş insanlar var. Bu dünya terminologiyası ilə ifadə etsək əgər "Kapsul qarderob" adlanan bu hərəkat azı çox görmək anlayışdır. Yəni,  bu hərəkata qoşulanlar özləri üçün yalnız əsas lazım olanları əldə edirlər. Bu hərəkatı yaradanların məqsədi nədir və nəyə nail ola biliblər?

Əsas ilkin səbəblər aşağıdıkalardır.

1. Daha əhəmiyyətli məsələlərdə  daha yaxşı qərarlar vermək

İslaminsesi.info bildirir ki, insanlar uzun-uzadı düşüncələrdən sonra "yaxşı" qərarlar verməyə bilərlər. Xüsusilə gün ərzində əhəmiyyətli qərarlar verməli olan bir insanın "Bu gün nə geyəcəm?"  sualını həyatından çıxarması o insana inqilabi şəkildə təsir edə bilir. Mark Zukerberq bu barədə belə bir açıqlama verib: "Səhər tezdən verilən ən mənasız qərarlar gün ərzində verəcəyimiz əhəmiyyətli qərarlara ciddi təsir edir."

Barak Obama: "Görürsünüz ki, geyindiyim kostyumlar sadəcə olaraq boz və mavi rənglərdədi. Seçim etməyə çalışdığım işlərin sayını sıfıra endirməyə çalışıram. Mən ümumiyyətlə nə geyinəcəyim və yeyəcəyim barəsində qəaralar verməyi sevmirəm. Çünki onlardan da vacib qərarlar var."

2. Boşa xərclənən zamana qənaət etmək.

Biz qənaət edənə qədər belə məsələlərin bizim üçün nə qədər əhəmiyyətli olduğunu anlaya bilmərik. Tətbiq etməyə başlayanda isə sanki yeni bir həyata başlayırıq və həddindən artıq azadlıq əldə etdiyimizin fərqinə varırıq. Necə deyərlər qarderobumuzu "dietaya" otuzdura bilsək, səhər tezdən nə qədər asan hazırlaşa biləcəyimizi kəşf edə bilərik.

3. Gündəlik stressi azaltmaq.

Nyu Yorkda sənət direktoru işləyən Matilda Kahl eyni paltarlar geyinməyin ona vaxt qazandırdığını söyləyib. "Hər sabah nə geyinim sualına cavab axtarmaq problemim olmadığından günüm daha az stressli olur. Mən paltar əynimdə necə durur? - həyəcanını yaşamıram. "

4.  Boş yerə xərclənmiş enerji.

XXİ əsrin ən uğurlu rejissorlarından biri olan Kristofor Nolan da bu hərəkata qoşulub. O bu hərəkata qoşulandan sonra özünə bir formada paltar seçib. Onun fkrincə az paltar həm də az enerji deməkdir. Az paltar az kirli paltar mənasına gəlir və şkafı tez-tez yığışdırmaq problemindən onun canının qurtarması deməkdir.

5. Acgözlülüyün qarşısını alır.

Nyu-Yorkda yaşayan yazar Alisa Greqori də bu hərəkata yeni qoşulanlardandı. O bunu özünəməxsus şəkildə səciyyələndirib: "Kapsul qarderob bizi acgöz olmaqdan qoruyur. Uniforma kimi seçəcəyimiz paltarlar bizi daha dolğun insan kimi göstərir. Bu bizim acgöz olmağımıza mane olur."

6. Artıq xərclərdən qurtulmaq

Ümumi şəkildə müqayisə etsək 1930-cu ildə bir amerikalı qadının şkafında 9 dənə paltar olardısa, indi 30 paltar var. Kapsul qarderob isə insanı hansısa paltara artıqdan pul ödəmək məcburiyyətindən xilas edir.

Artıq Türkiyədədə Cem Yılmaz və bir sıra insanlar bu hərəkata qoşulublar. Tarixə nəzər salsaq əgər Albert Eynişteynin də daim eyni paltarlar geyinməsinin şahidi olarıq.

İsraf və artıqdan ödənilən hər bir pul və ya mal insanın ziyanınadır. Həm enerjimizi, həm vaxtımızı və pulumuzu qəsb edən moda canavarına qarşı apara biləcəyimiz mübarizə üsullarından da bir bu ola bilər.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see276

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see259

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see144

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see136

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see135

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri