“Həyatımı məhv etsə də, peşman deyiləm” Məşqçisindən danışdı
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“Real Madrid”in və İspaniya milli komandasının sol cinah müdafiəçisi Mark Kukurelya yığmanın baş məşqçisi Luis de la Fuentenin portreti əks olunmuş məşhur döyməsi barədə danışıb.
“Qafqazinfo” xəbər verir ki, yay mövsümünün əvvəlində müdafiəçi əgər ispanlar dünya çempionu olarsa, bədəninə baş məşqçinin şəklini həkk etdirəcəyinə söz vermişdi.
“Qırmızı furya”nın DÇ-2026-da qələbə qazanmasından sonra “Kral Klubu”nun yeni transferi verdiyi vədi yerinə yetirib.
“El Larguero” proqramına müsahibə verən Kukurelya gülərək məşqçisi ilə aralarında keçən dialoqu bölüşüb:
“Mən de la Fuenteyə dedim ki, o, məni bəlaya salıb və bu döymə ilə həyatımı məhv edib. Amma etdiyim heç bir şeyə görə zərrə qədər də peşman deyiləm”.
Xatırladaq ki, DÇ-2026-nın final qarşılaşmasında İspaniya milli komandası 106-cı dəqiqədə Ferran Torresin vurduğu yeganə qol sayəsində Argentinanı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu tituluna sahib çıxmışdı.
Baxış sayı:109
Bu xəbər 24 Sentyabr 2026 20:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















