Icma.az
close
up
RU
“Həyatımı puç etdim, bədbəxt oldum, bizə də “xalq artisti” fəxri adı verin ki...” FOTO+ÖZƏL

“Həyatımı puç etdim, bədbəxt oldum, bizə də “xalq artisti” fəxri adı verin ki...” FOTO+ÖZƏL

Icma.az, Moderator.az saytına istinadən bildirir.

“Bizim teatrımızda elə aktyorlar var ki, tamaşadan sonra fəhlə kimi işləyirlər. Aktyor əlçatmaz olmalıdır. O vaxtın aktyorlarını görəndə bilmirdik ki, nə edək? İndi aktyor yazıq fəhlə də işləyir, usta da olur. Nə etsinlər? Ailə dolandırırlar. Əslində aktyora normal maaş verilsə, diqqət göstərilsə belə olmaz. Aktyor gələr, sənətçi kimi işini görər və gedər. Biz heç Rusiyadakı aktyorların da səviyyəsinə gedib çata bilmirik. Hələ Türkiyəni demirəm. Yazıq aktyorlar. Bu sənətə gəlmək mənim həyatımın ən böyük səhvidir. Hərbi sahəyə getməli idim. Bu sahəyə necə gəldimsə özümü bədbəxt, həyatımı heç-puç etdim”

Bunu Moderator.az-a açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının aktrisası Mətanət Eres deyib.

O daha sonra əlavə edib:

“Aktyora diqqət yoxdur. Mükafatı 15 il eyni adamlara verirlər, o biri yetim aktyorlar nə etsin? “Xalq artisti” fəxri adını da, təqaüdünü də, mükafatı da, teatrda ən yüksək maaşı da, evi də xalq artistinə verirsən. Teatrda işləyən bircə xalq artistidir? Bütün teatr bu qədər plan ödəyir, büdcəyə gəlir gətiririk. Bəs bizim əziyyətimiz hara gedir? O zaman bizə də “xalq artisti” fəxri adı verin, biz də alaq. Bunun başqa yolu yoxdur. Bəzən deyirlər ki, fəxri adlar yığışdırılsın. Məncə yığışdırılmamalıdır. Çünki aktyora həyatda stimul verən nələrsə olmalıdır. “Əməkdar artist” adı əməyə görə verilir. 16 il stajın varsa “xalq artisti” fəxri adı da ala bilərsən. Aktyora bir çiçək, bir alqış, bir də diqqət lazımdır. Hər bir aktyor ona verilən diqqəti gözləyir. Ümid edirəm bu diqqətdən bizə də pay düşər” deyə aktrisa bildirib.

Tanınmış aktrisa seriallarda çəkilməməsinin səbəblərindən də danışıb:

“Seriallarda da pul vermirlər. Yoldan keçəni, sənətə aidiyyatı olmayanı da çəkirlər. Elələrinə pul verirlər, amma aktyor diplomu olana yox. Bir də teatrlarda hər rejissorun aktyor mafiyası olduğu kimi, seriallarda da belədir. Hər dəfə eyni adamlar çəkilir. Biz çəkiləndə pul verilmir, rejissor 5 yaylıqla ağlayır, büdcədən gileylənir. Rejissor keyfiyyəti yox, öz mənfəətini düşünür. Aktyor var ki, teatrda yaxşıdır kinoda yox, yaxud da əksinə. Aktyor da var ki, ikisində də yaxşıdır. Belə aktyorlar azdır. Bəzən də düşünürlər ki, pafosla danışmaq lazımdır. Adam var kamera görəndə danışığı da dəyişir. Təbiilik olmalıdır. Necə danışırlarsa, elə də simaları var. Təbii deyillər, hamı bir-birinə oxşayır, eyniləşib. Küçəyə çıxırsan qızları bir-birində ayırmaq olmur. Serial və filmə çağıranda adətən soruşurlar ki, üz cizgiləri özünündür? Silikon yaxud botoks yoxdur? Sənətçilər elə bilir ki, bu yaxşıdır. Amma çox iyrənc görünürlər” deyə o bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Oktyabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri