“Həyatımın ən qorxulu şam yeməyi, Erlinq” Həmin videonu təkrarladılar
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Mançester Siti”nin və Norveç yığmasının ulduz hücumçusu Erlinq Haaland dünyaca məşhur yutuber “MrBeast” (Cimmi Donaldson) ilə bir araya gələrək sosial mediada böyük səs-küyə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, ulduz futbolçu və məşhur bloqer süni intellekt vasitəsilə yaradılmış məşhur internet memini real həyatda canlandırıblar.
Onların birlikdə çəkildiyi qısametrajlı video bazar ertəsi günü yutuberin sosial media hesablarında yayımlanıb.
“MrBeast” videonu “Həyatımın ən qorxulu şam yeməyi, Erlinq” başlığı ilə paylaşıb. Qısa müddət ərzində rolik milyonlarla baxış toplayaraq trendlərə düşüb.
Videoda Haaland şam yeməyi masasında əyləşərək ilin əvvəlində sosial şəbəkələrdə geniş yayılan görüntüləri dəqiqliklə təkrar edir. Həmin memdə futbolçu guya güzgüdə öz əksini görərək komik bir qorxu ilə geriyə sıçrayırdı. Bu dəfə isə norveçli hücumçu heç bir rəqəmsal effektdən istifadə etmədən həmin hərəkətləri şəxsən canlı olaraq yerinə yetirib.
Baxış sayı:122
Bu xəbər 23 Sentyabr 2026 06:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















