Icma.az
close
up
RU
Klimaks yeni həyatın başlanğıcı

Klimaks yeni həyatın başlanğıcı

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Klimaks, klimakterik dövr – qadın cinsi sistemi üzvlərinin geriyə inkişafı dövrüdür.

Klimaks, ilkin olaraq yumurtalıqlarda yumurta hüceyrəsi yetişdirilməsi prosesinin tədricən pozulması ilə başlayır.

İlk zamanlarda yumurta hüceyrəsi özünün tam yetişkənlik səviyyəsinə çatmadığı üçün ovulyasiya da baş vermir. Bütün bunlar, yaşın artması ilə əlaqədar olaraq, qadın orqanizmində progesteron və estrogen kimi, qadın cinsi hormonların hazırlanmasının azalması səbəbindən baş verir. Əvvəlcə aybaşılar qeyri-müntəzəm xarakter alır. Aybaşı bəzən qısa, bəzən uzun çəkir, bəzən bir neçə ay fasilədən sonra yenidən başlayırlar. Daha sonda isə aybaşı tamamilə və həmişəlik olaraq yox olur. Qadının yumurtalıqlarında yumurta hüceyrələrinin yetişdirilməsi, ovulyasiya və sarı cismin yaranması prosesi də dayanmış olur. Bu zaman yumurtalıqların ölçüləri də kiçilir. Dəyişikliklər qadın orqanizminin digər orqan və sistemlərində də (sinir, qan-damar, həzm, sidik ifrazı və s.) baş verir.

Klimakterik dövr üç mərhələdən ibarətdir:

- Menopauzaönü (menofasiləönü) mərhələ. Bu, aybaşı qanaxmalarının kəsilməsindən öncəki zaman müddətidir və orta hesabla 3-7 il ərzində davam edir. Bu mərhələdə aybaşı tsiklində bəzi dəyişikliklər baş verir – tsiklin müddəti uzanır, aybaşı zamanı qanaxma az olur, yumurtalıqların hormonal funksiyası azalır;

- Menopauza (menofasilə) mərhələsi – bu, son aybaşı qanaxmasından sonra başlayaraq 12 ay davam edir;

- Menopauzadan (menofasilədən) sonrakı mərhələ - bu, yumurtalıqların öz fəaliyyətini tam şəkildə dayandırmasına qədər (yəni qadının ömrünün sonunadək) olan müddətdir.

Qeyd etmək lazımdır ki, klimakterik dövründə də qadın hamilə ola bilər. Belə hesab edirlər ki, qadın yalnız son aybaşından bir il keçdikdən sonra tam sonsuz olur.

Əksər qadınlarda aybaşı orta hesabla 50 yaşında kəsilir. Bəzi qadınlarda müntəzəm aybaşılar 55 yaşınadək uzanmış olur, digərlərində isə klimaks artıq 40 yaşınadək baş verir (erkən klimaks).

Müşahidələr onu göstərir ki, orta statistik yaşda (50 yaş) klimaks baş verdiyi halda qadınlar onu daha yüngül keçirirlər. Erkən klimaks isə, adətən, uzun müddət ərzində davam edir və əksər hallarda xoşagəlməz əlamətlərlə müşayiət edilir. Klimakterik dövrə 50 yaşından sonra daxil olan qadınlar üçün bu, müəyyən dərəcədə xeyirlidir. Belə ki, bu zaman qadın cinsi hormonları (estrogenlər) onların orqanizminə daha çox müddət ərzində təsir etdikləri üçün, ürək-damar sistemini qoruyur, qadının dərisi və saçları gec qocalmağa başlayır və s. Gecikmiş klimaksın yeganə mənfi tərəfi uşaqlıq, yumurtalıqlar və süd vəzilərinin xərçəng xəstəliyinin baş verməsi ehtimalının bir qədər artmasıdır.

Cinsi yetişkənlik, hamiləlik və doğuş kimi, klimaks da qadın orqanizmi üçün təbii hal hesab olunur. Qadınların hamısı klimaks dövründən keçməli olurlar. Fərq yalnız ondadır ki, bütün qadınlarda bu heç də eyni bir vaxtda baş vermir və onlar klimaks dövrünü heç də eyni cür keçirmirlər. Klimaksın gedişi bir çox hallarda mərkəzi sinir sisteminin xüsusiyyətlərindən, qadının sağlamlıq vəziyyətindən, həyat və məişət şəraitindən asılı olur.

Klimaks dövrünün əvvəlində qadınlarda “istilik gəlməsi”, tərləmə, əhval-ruhiyyənin gah pisləşməsi və gah da yaxşılaşması, yuxunun pozulması kimi əlamətlər yaranır. Daha sonra onlarda sidik ifrazında müxtəlif xarakterli problemlərin yaranması, uşaqlıq yolunda quruluq, seksual problemlər və s. bu kimi əlamətlər meydana çıxır.

“İstilik gəlməsi” – bütün bədəndə (bəzən onun yuxarı yarısında, sifətdə və boyunda) birdən-birə istilik hissiyyatının və qızartının əmələ gəlməsidir. Qəfildən tərləmə tutmalarının yaranması isə qadınlarda hormonal tarazlıqda (balansda) baş verən dəyişikliklərlə əlaqədar olur. “İstilik gəlməsi” hissiyyatı bir çox hallarda gün ərzində 30 dəfəyədək təkrarlana bilər. Əksər hallarda onlar gecə saatlarında (gecə tərləməsi) baş verirlər ki, bu da yuxunun pozulmasına səbəb ola bilər. Gündüz saatlarında, isti qidaların, mayelərin və spirtli içkilərin qəbul edilməsi, müxtəlif streslər və digər bu kimi səbəblər “istilik gəlməsini” meydana çıxara bilər.

Əlbəttə ki, elə bir qadın yoxdur ki, klimaks onun səhhətinə və əhvalına təsir etməsin. Qadın fiziki cəhətdən sağlamdırsa və yaxşı uyğunlaşmaq xüsusiyyətinə malikdirsə, onun orqanizmində hormonal sistemin dəyişməsi prosesi kifayət qədər tez və hal-əhvalında ciddi pozğunluqlar olmadan baş vermiş olacaq. Əgər qadında yuxunun xroniki şəkildə pozulması baş verərsə, o daim depressiya vəziyyətində olarsa, “öz sinirlərini” heç cür ələ ala bilməzsə, onda uzunmüddətli qanaxmalar və s. bu kimi əlamətlər yaranmış olarsa, bu halda o, tibbi yardım olmadan düşdüyü vəziyyətdən çıxa bilməz. Belə halı həkimlər – klimakterik sindromun olması kimi dəyərləndirirlər. Vitamin kompleksləri, sakitləşdiricilər, immunomodulyatorlar, bəzi hallarda hormonal və digər preparatların tətbiq edilməsi ilə savadlı şəkildə seçilmiş müalicə kursu qadına normal həyat tərzi sürməyə və klimaksın xoşagəlməz əlamətlərinin minimuma endirilməsinə imkan vermiş olur. Qadınlar bir şeyi də yaxşı bilməlidirlər ki, estrogenlərin çatışmazlığı ilə keçən bir sıra dəyişikliklər tez bir zaman ərzində deyil, yalnız menofasilə baş verdikdən 5-10 il sonra özünü büruzə verir! Bu, osteoparoz və ateroskleroz, müxtəlif şiş xəstəlikləri və s.

Bir çoxları belə hesab edirlər ki, menofasilə baş verdikdən sonra müayinə üçün həkim-ginekoloqa getmək tələb olunmur. Bu heç də belə deyil! Hər bir qadın, yaşından asılı olmayaraq, 1 il ərzində 2 dəfədən az olmayaraq həkim-ginekoloqa müraciət edərək, profilaktik məqsədlə müvafiq müayinələrdən keçməlidir! Menofasilə və menofasilədən sonrakı dövrlərdə olan qadınlar üçün isə bu daha vacib hesab edilir. Çünki məhz bu dövrdə qadınlar arasında cinsi orqanların müxtəlif şiş xəstəliklərinin inkişaf etməsi təhlükəsi xeyli dərəcədə artır.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see402

Almaniyada yeni rəy sorğusu AfD nin retinqinin artmaqda olduğunu göstərir

06 İyul 2026 04:44see350

Üçü DÇ də 21 qol vurub

06 İyul 2026 03:37see333

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see329

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb FOTO

06 İyul 2026 06:31see293

Tramp Baloqonun diskvalifikasiyasının ləğvini İnfantinodan xahiş edib

06 İyul 2026 02:47see258

“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” Artur Konan Doyl

06 İyul 2026 14:32see248

DÇ 2026: İngiltərə Meksika matçı ildırım səbəbindən təxirə salındı

06 İyul 2026 03:33see214

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see203

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see191

Oynayıram ya yox, millidə hər zaman vacib rolum olacaq Kriştiano Ronaldo

05 İyul 2026 23:00see182

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see181

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see174

Ronaldu yenə sərt danışdı: “O günü özüm seçəcəyəm”

05 İyul 2026 23:00see169

Ukraynanın bu əks hücumları strateji fəlakət idi Vens

05 İyul 2026 23:23see167

​Sözü üzə deyən 5 bürc

05 İyul 2026 23:00see165

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see163

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see162

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see159

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri