Icma.az
close
up
RU
Həyatını dəyişə bilməyənlərin əsl problemi: Uğursuzluq qorxusu sadəcə bəhanədirmi?

Həyatını dəyişə bilməyənlərin əsl problemi: Uğursuzluq qorxusu sadəcə bəhanədirmi?

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bir çox insan həyatda irəliləyə bilməməyi və yerində sayma hissini "uğursuzluq qorxusu" ilə əlaqələndirsə də, psixoloqlar və sosioloqlar problemin daha mürəkkəb tərəflərinə diqqət çəkirlər. Tədqiqatçıların fikrincə, gündəlik həyat çox vaxt bir növ "rol oyunu" funksiyasını yerinə yetirir.

Milli.Az xəbər verir ki, insanlar cəmiyyətdə "yaxşı iş yoldaşı", "iddialı rəhbər" və ya "sosial mühitlərdə axtarılan şəxs" kimi rolları uğurla icra edərək sosial gözləntiləri qarşılayırlar. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu rollar zamanla fərdin şəxsi inkişafı qarşısında maneəyə çevrilir.

Erving Goffman nəzəriyyəsi: Amerikalı sosioloq hələ 1950-ci illərdə insanların özlərini sosial mühitə uyğun necə formalaşdırdıqlarını ortaya qoymuşdu. İnsanlar öz baxışlarını, hədəflərini və xəyallarını "sosial cəhətdən qəbul edilən" normalara uyğunlaşdırırlar. Bu proses zamanla "başqasına aid bir həyatı yaşamaq" hissini yaradır.

"Avtopilot" rejimi və təsdiqlənmə asılılığı
Psixoloqlar Zhi-Xuan Tan və Desmond C. Ong tərəfindən aparılan araşdırmalar göstərir ki, insanlar çox vaxt özlərinin seçmədiyi sosial normalara uyğun hərəkət edirlər.

Psixoloq John M. Grohol qeyd edir ki, insanlar öz iradələri ilə qəbul etdikləri qərarlarla "sosial avtopilot" rejiminin diktə etdiyi qərarları bir-birindən ayırmaqda çətinlik çəkirlər.

Klinik psixoloq Jennifer Guttmana görə, insanlar rahatlıq zonasında nə qədər çox qalsalar, dəyişikliyə qarşı müqavimətləri bir o qədər artır. Mövcud işdə və ya münasibətdə qalmağın səbəbi xoşbəxtlikdən ziyadə, alternativ yolların gətirəcəyi "narahatlıq verən üzləşmələr"dən qaçmaqdır.

"Kiçik addımlarla başlayın"
Psixoloqlara görə, bu dövrəni qırmaq üçün radikal və dramatik qərarlar almağa ehtiyac yoxdur.

Qeyri-müəyyənlik qorxusu: Həkim və yazıçı Susan Biali Haas dəyişikliyə qarşı müqavimətin təməlində bilinməyəndən qorxmağın dayandığını vurgulayır. O, ətrafdakılarla məsləhətləşmədən, müstəqil şəkildə kiçik qərarlar almağı tövsiyə edir.

Naharda nə yeyəcəyiniz və ya həftəsonu nə edəcəyiniz kimi bəsit seçimlər belə, öz qərarlarınızı başqalarına izah etmək ehtiyacınızın nə qədər güclü olduğunu dərk etməyə kömək edir.
Lalə Qüdrətova
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:281
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 Mart 2026 05:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see378

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see343

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see297

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see273

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see270

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see261

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see250

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see243

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see242

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see229

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see221

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see220

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see216

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see213

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see208

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see208

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see202

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see202

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri