Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Həyatınızda həqiqətən nəyisə dəyişmək vaxtıdır? Ekspertdən 5 kritik sual

Həyatınızda həqiqətən nəyisə dəyişmək vaxtıdır? Ekspertdən 5 kritik sual

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Həyatda elə dövrlər olur ki, əvvəllər sizi qane edən məqamlar belə qəfildən qıcıq doğurmağa başlayır. Belə məqamlarda nəyisə dəyişməyə ehtiyacın olduğunu və ya sadəcə bir qədər nəfəs dərib dincəlməyin kifayət etdiyini anlamaq vacibdir.
Demokrat.az
woman.hu-ya istinadən xəbər verir ki, bəzən hər şeyi dəyişmək istəyinin yaranması üçün bir ağır gün kifayət edir. Növbəti münaqişədən sonra münasibətlərin tükəndiyi hiss olunur, çətin keçən iş həftəsindən sonra ərizə yazıb işdən çıxmaq istəyi yaranır, şəhərdə keçən bir neçə aydan sonra isə hər şeyi toplayıb hər şeyin fərqli olacağı başqa bir yerə getmək arzusu baş qaldırır. Belə fikir və hiss hisslər hər zaman qəti qərarın verildiyi anlamına gəlməsa də, onları adi yorğunluq kimi qiymətləndirib görməzdən gəlmək də doğru deyil.
Hər şeyi atmaq istəyinin arxasında müvəqqəti tükənmənin dayandığını, yoxsa bunun mövcud həyatın artıq sizi qane etmədiyindən xəbər verdiyini necə müəyyən etməli? Biznes-psixoloq və icraçı kooç Yuliya Kulikova-Çay həyatı əsaslı şəkildə dəyişə biləcək qərarlar verməzdən öncə nəyə diqqət yetirmək lazım olduğunu açıqlayıb.
Böhran anında niyə hər şeyi eyni anda dəyişmək istəyirik?
Hər şeyi atmaq istəyi nadir hallarda qəfil yaranır. Bunun arxasında aylarla, hətta illərlə davam edən uyğunlaşma prosesi dayanır: insan həddindən artıq gərginliyə dözür, çətin söhbətləri təxirə salır və özünü "indi vaxtı deyil" deyərək inandırır. Gərginlik tədricən toplanır, lakin dərk olunması kəskin baş verir - "artıq bacarmıram" hissi ilə.
Məhz bu məqamda insan psixikası ağrını dayandırmağa çalışır. Bu səbəbdən beyində radikal qərarlar formalaşır: boşanmaq, işdən çıxmaq, köçmək. Bu impuls vacibdir - o, əvvəlki həyat tərzinin artıq işləmədiyini xəbər verir. Lakin uzaqlaşmaq istəyinin güclü olması problemin dəqiq mənbəyinin tapıldığını sübut etmir.
"Gitmək istəyi ağrıdan xəbər verən siqnaldır, lakin hazır marşrut deyil. Stressin pik həddində insan neqativdən azad olmaq istədiyini yaxşı anlayır, lakin bunun əvəzinə tam olaraq neçə bir həyat quracağını daha dumanlı görür", - deyə ekspert bildirir.
Problemin dörd səviyyəsi: Dəqiq nəyin dəyişdirilməsinə ehtiyac var?
Yorğunluğu münasibətlərin sonu ilə, pis rəhbəri sevilməyən peşə ilə, tənhalığı isə "uyğun olmayan şəhər"lə qarışdırmamaq üçün problemin səviyyəsini müəyyən etmək faydalıdır:
1. Psixoloji və fiziki vəziyyət: İnsan mənəvi baxımdan tükənib, xroniki yuxusuzluqdan əziyyət çəkir və daimi təşviş içində yaşayır. Bu zaman qıcıqlanma hər şeyə şamil olunur: həyat yoldaşı dözülməz, iş isə mənasız görünür. Belə hallarda ilk növbədə resursları bərpa etmək və psixoloji vəziyyəti qiymətləndirmək lazımdır. Çünki yorğunluq bütün həyatı bir səhv kimi göstərə bilər.
2. Şərtlər və qaydalar: İşin özü, münasibətlər və ya yaşanılan şəhər insan üçün dəyərli ola bilər, lakin onların daxilindəki mövcud həyat tərzi dözülməz həddə çatıb. Problem nikahda deyil, öhdəliklərin bərabər bölünməməsindədir; peşədə deyil, rəhbərlikdə və ya daimi əlçatan olmaq tələbindədir. Bu zaman münasibət formatını, sərhədləri və qaydaları dəyişmək lazımdır.
3. Sistem: Tərəf müqabili sistemli şəkildə sizi kiçildir və problemi etiraf etməkdən imtina edir. Təşkilat xroniki gərginlik və qorxu üzərində qurulub. Yaşayış yeri lazımi səhiyyə və ya təhsil imkanlarına çıxış vermir. Şərtləri dəyişmək cəhdləri nəticə vermirsə, ayrılmaq və ya uzaqlaşmaq məsələsi emosional deyil, reallığa əsaslanan qərara çevrilir.
4. Həyatın istiqaməti: Xarici görünüşcə hər şey qaydasındadır, lakin insan 20 il əvvəl seçdiyi hədəflərlə yaşadığını və artıq özünü bu həyatda tanımadığını fərq edir. Bu, hər şeyi dağıtmaq lazımdır demək deyil, lakin dəyərlərə yenidən baxılmasını tələb edir.
"Bəzən münasibətləri, işi və ya şəhəri deyil, insanın yaşamaq üçün tətbiq etdiyi qaydaları dəyişməsi kifayətdir. Lakin dəyişən yalnız vədlərdirse və davranış eyni qalırsa, bu da özlüyündə bir cavabdır", - deyə psixoloq vurğulayır.
Böyük qərardan əvvəl özünüzə verməli olduğunuz beş sual
Bu suallara münaqişədən və ya yuxusuz gecədən dərhal sonra deyil, sakit mühitdə və yazılı şəkildə cavab vermək tövsiyə olunur:
* Problem lokal, yoxsa qlobal xarakter daşıyır? Əgər heç nə sevindirmirsə, yuxu pozulubsa və ümidsizlik hissi davam edirsə, mütəxəssis məsləhəti vacibdir. Depressiya fonunda mənfi qiymətləndirmə həyatın bütün sahələrinə yayıla bilər.
* Tam olaraq nə dözülməz hala gəlib? Ümumi şəkildə "həyat yoldaşı" və ya "iş" deyil, konkret olaraq: təhqir, yaxınlığın olmaması, istirahət edə bilməmək, yoxsa mənasız tapşırıqlar? Problem dəqiq adlandırılmadıqca, həll yolu da yanlış olacaq.
* Resurslar bərpa olunduqdan sonra nə dəyişəcək? Yaxşıca yatsanız, məzuniyyət götürsəniz və gərginliyi azaltsanız, uzaqlaşmaq istəyi zəifləyir, yoxsa eyni qalır? Əgər dəyişmirə, qərara daha ciddi yanaşmaq lazımdır.
* Situasiya dəyişməyə qadirdirmi? Konkret razılaşmalar və addımlar olubmu? Yoxsa hər söhbətdən sonra vədlər verilir və hər şey yenidən əvvəlki vəziyyətinə qayıdır?
* Dəyişiklikdən sonrakı həyatı təsəvvür edə bilirsinizmi? Yalnız "artıq belə istəmirəm" deyil, həm də "bundan sonra necə yaşamaq istəyirəm" sualına cavab varmı? Yetkin qərar yalnız çıxış yolunu deyil, növbəti mərhələni də əhatə edir.
Qərar artıq formalaşdıqda
Hər vəziyyəti sonsuzadək təhlil etməyə ehtiyac yoxdur. Təhdidlər, zorakılıq və uşaqlar üçün təhlükə ilk növbədə müdafiə olunmağı tələb edir. Dialoqdan sabit şəkildə imtina edən şəxsə və ya sistemə illərlə aydın həqiqətləri sübut etməyə dəyməz.
Digər hallarda, qərar aşağıdakı üç sınaqdan keçərsə, onu yetkin hesab etmək olar:
1. Qərar yalnız emosiyaların pik həddində deyil, sabit şəkildə qorunub saxlanılır;
2. İnsan problemin dəqiq səbəbini anlayır;
3. Fərd nəticələri və növbəti addımı aydın təsəvvür edir.
Bəzən həqiqətən boşanmaq, işdən çıxmaq və ya köçmək lazımdır. Lakin keyfiyyətli qərar yalnız yorğunluqdan yaranmıq. İnsan hansı problemin həll olunmadığını, hansı cəhdlərin artıq edildiyini və dağıdılanın əvəzinə nə inşa edəcəyini dəqiq dərk edir.
"Аrtıq belə istəmirəm” ifadəsi dəyişikliklərə qapı açır. Lakin əsas suala - “məhz necə yaşamaq istəyirəm?” sualına yalnız daxili aydınlıq cavab verir", - deyə Yuliya Kulikova-Çay yekunlaşdırır.
Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Avqust 2026 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see653

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see328

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see312

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see307

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see300

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see297

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see277

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see276

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see269

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see268

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see254

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see252

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see230

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see220

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see220

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see219

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see213

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see209

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see205

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri