Icma.az
close
up
RU
HEYDƏR ƏLİYEV BARƏDƏ BİLMƏDİYİNİZ MARAQLI FAKT

HEYDƏR ƏLİYEV BARƏDƏ BİLMƏDİYİNİZ MARAQLI FAKT

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Macarıstan, Oktyabr, 1956-cı il.

Tələbələrin təşəbbüsü ilə başlanan antisovet inqilabına artıq fəhlə və ziyalılar da qoşulur. Macarıstanın paytaxtı Budapeştin əsas meydanına artıq bir neçə gündür 200 min inqilabçıdan ibarət mitinq toplaşmışdı. 24 Oktyabr bir sıra antisovet və antikommunist çıxışlardan sonra kütlənin bir hissəsi dövlət radiosu binasından millətə müraciət etmək üçün hərəkət etdilər, digəri isə SSRİ-nin şəhərdə yerləşən səfirliyinə hücum etdi. Artıq odlu silah və “Molotov kokteylləri” ilə silahlanmış inqilabçılar radio binasını ələ keçirir və döyüşlər zamanı bir neçə ağır texnikanı da zəbt etməyə müvəffəq olurlar.

SSRİ səfirliyinə hücum edənlər hasar və bir sıra obyektləri yandıraraq yaşayış binasını ələ ala bilirlər və Moskvanın Macarıstandakı səfiri, Yuri Andropovun oğlu, 14 yaşlı İqoru oğurlayırlar. Vəziyyət ciddiləşir. İngilabçılar tələb edirlər ki, Sovet ordu hissələri dərhal şəhəri azad etsinlər, əks halda onlar SSRİ səfiri Yuri Andropovun oğlunu edam edəcəklər.

Moskvada Budapeştdəki vəziyyəti müzakirə etmək üçün Siyasi Büronun fövqəladə toplantısı yığışır. Yenicə Macarıstandan qayıdan Siyasi Büronun üzvü Mixail Suslov və SSRİ Baş nazirinin birinci müavini Anastas Mikoyanın hesabatını dinləyən SSRİ Kommunist Partiyasının Baş katibi Nikita Xruşşov Budapeştdən 6 minlik Sovet qoşun kontingentinin müvəqqəti çıxarılmasına əmr verir. Lakin inqilabçılar bununla kifayətlənmirlər – qələbələri ilə ruhlanmış üsyançılar bir sıra dövlət təşkilatlarını ələ keçirir, Stalin və digər SSRİ-nin simvolu olan heykəl, monument və hətta bayraqlarında olan çəkic və oraq hissələrini cıraraq ölkədə sosialist rejiminin ləğvini və Macarıstanın ümumiyyətlə Varşava müqaviləsindən çıxmasını tələb edirlər. Eyni zamanda Yuri Andropovun oğurlanan oğlunu qaytarmır və onun barədə heç bir məlumat vermirlər, əksinə, onun üzərində spekulyasiyaları davam etdirərək İqoru öldürməklə hədələyirlər.

Bu vəziyyətdən çıxış yolu tapmaq üçün Macarıstana az saylı xüsusi təyinatlılar dəstəsi göndərilir. Bu dəstə yüksək peşəkarlıqla hərəkət edərək 8 saata tanımadığı məkanda nəinki Yuri Andropovun oğlu İqorun yerini müəyyən edir, hətta baxmayaraq ki, uşaq ciddi nəzarət və silahlıların mühafizəsi altında yerləşirdi, onu heç bir kəsə xəsarət yetirmədən ələ keçirib birbaşa ölkədən çıxarmağa müvəffəq olurlar. Maraqlı fakt həm də budur ki, bu xüsusi təyinatlıların lideri 33 yaşlı Heydər Əlirza oğlu Əliyev idi.

Bir neçə gündən sonra Nikita Xruşşovun növbəti sərəncamı əsasında Budapeştə Rumıniyada məskunlaşan 60 minlik Sovet ordusu daxil olur və cəmi 3 min inqilabçının ciddi müqaviməti ilə rastlaşmasına baxmayaraq bir neçə günə Macarıstanda Yanoş Kadorun başçılığı ilə sosialist hakimiyyətini bərpa edir.

Sözsüz ki, Heydər Əliyevin bu şücaəti və peşəkarlığı unudulmur. Son günlərinədək Yuri Andropov ona dərin minnətdarlıq hissi ilə, habelə Heydər Əliyevin fövqəladə savad və mərdlik xüsusiyyətlərini nəzərə alaraq ona dəstək olur. Belə ki, 18 may 1967-ci ildə Andropov SSRİ “KQB”nin rəhbəri vəzifəsinə təyin olunandan iki ay sonra Heydər Əliyev Azərbaycan “KQB”sinin sədri təyin olunur, bundan sonra 1969-cu ildə respublikanın Birinci katibi seçilir. 1982-ci ildə Yuri Andropov SSRİ Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi seçiləndən sonra həmin il Heydər Əliyev Mərkəzi Siyasi Büronun üzvü və SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsinə təyin olunur.

Bu gün Ulu Öndərimiz Heydər Əliyevin vəfat günüdür, Allah ona rəhmət eləsin. Eyni zamanda, bu gün onun sadiq silahdaşı və onunla 1969-cu ildən 14 il çalışan əmim Arif Mustafayev də rəhmətə gedib (fotoda soldan birinci), Allah ona da rəhmət eləsin!
Yeriniz behiştlik olsun, kişilər!

Vahid Mustafayev
ANS Şirkətlər Qrupunun prezidenti

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 12 Dekabr 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see360

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see358

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see319

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see308

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see307

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see292

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see290

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see281

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see249

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see247

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see238

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see233

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see230

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see229

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see220

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see213

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see191

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see189

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri