Icma.az
close
up
RU
“Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı” Deputatdan diqqətçəkən çıxış

“Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı” Deputatdan diqqətçəkən çıxış

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

"Azərbaycan tarixi günlərini yaşayır. Cənab Prezident sosial media hesablarında paylaşımında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı"

Moderator.az xəbər verir ki,  bu fikirləri Milli Məclisin bugünkü plenar iclasında millət vəkili Vüqar Bayramov qeyd edib.

Deputat vurğulayıb ki, 2 gün öncə, Milli Liderin anadan olmasının 103-cü ildönümündə, cənab Prezident Şərqi Zəngəzurda öz ata-baba yurdlarına qayıdanlar ilə görüşdü:

"Uzun fasilədən sonra,  keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıtdılar. Bu günki Azərbaycan yeni dünya düzəninin formalaşması mərhələsində regionda müşahidə edilən siyasi katakalizmlərə rəğmən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində geosiyasi mövqeyini daha da gücləndirən və regional “orta güc”ə çevrilən dövlətdir. Azərbaycan MDB-də münaqişəyə məruz qalan ölkələr arasında ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən ilk dövlətdir".

Vüqar Bayramov əlavə edib ki, Azərbaycan 88 milyard dollardan çox valyuta ehtiyatları ilə öz ehtiyatlarının ÜDM-ə nisbəti ilə dünyada ən yaxşı yerlərində qərarlaşan dövlətdir:

"Xarici borcun ÜDM-dəki 6.5 faizi ilə dünyadan ən yaxşı onluğa daxil olan Azərbaycan eyni zamanda 76 milyard dollara yaxın ÜDM ilə Cənubi Qafqaz iqtisadiyyatında drayverə çevrilmiş dövlətdir.

Azərbaycan Zəfərdən keçən qısa müddətdən işğaldan azad oluna ərazilərə yalnız dövlət büdcəsindən 23 milyard manatdan çox vəsait ayıran və 85 minə yaxın vətəndaşımızın həmin ərazilərimizdə məskunlaşmasını, işləməsini və təhsil almasını təmin edən dövlətdir. Bu günki Azərbaycan son 4 ildə yalnız Avropaya 57 milyard kub metrdən çox qaz nəql edərək 16 ölkənin enerji təhlükəsizliyin töhvə verən dövlətdir.

Son 30 ildə iqtisadiyyatına 300 milyard dollardan çox xarici sərmayə cəlb edən Azərbaycanda yalnız son 6 ildə 3 milyondan çox vətəndaşımızı əhatə edən 5 sosial paketi reallaşdırılıb.

Bu günki Azərbaycan cənab Prezidentin rəhbərliyi yalnız regional deyil, bir sıra qlobal məsələlərdə söz sahibi olan dövlətdir.

Nəhayət, ən əsası, bu günki Azərbaycan Milli Liderin memarı olduğu dövlətdir".

Pərvin Şakirqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 May 2026 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see381

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see350

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see341

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see312

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see308

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see289

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see257

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see253

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see239

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see232

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see217

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see208

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see207

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see205

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see197

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see196

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see186

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri