Icma.az
close
up
RU
Heydər Əliyev bütün keyfiyyətləri özündə birləşdirən nadir tarixi şəxsiyyət idi

Heydər Əliyev bütün keyfiyyətləri özündə birləşdirən nadir tarixi şəxsiyyət idi

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın çağdaş tarixini Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyaları, strateji baxışı və xalqına bağlılığı olmadan təsəvvür etmək mümkün deyil. O, hələ SSRİ dövründə Azərbaycan rəhbərliyinə gəldiyi ilk günlərdən etibarən milli kimliyin qorunması, iqtisadi və mədəni inkişafın təmin olunması, eləcə də xalqın gələcək müstəqilliyinə zəmin yaratmaq istiqamətində əvəzsiz xidmətlər göstərmişdir. SSRİ-nin tərkibində olan Azərbaycanın həyatında iqtisadiyyatdan hərbi quruculuğa, enerji siyasətindən təhsilə qədər bir çox sahədə görülən mühüm işlər, bu günün qalib və suveren Azərbaycanının təməllərini qoymuşdur.

Əsl müstəqillik və azadlıq iti zəka, qətiyyət, cəsarət və yüksək liderlik tələb edir. Heydər Əliyev bütün bu keyfiyyətləri özündə birləşdirən nadir tarixi şəxsiyyət idi. Zaman keçdikcə onun böyüklüyü daha aydın görünür – çünki bu gün müstəqil Azərbaycan dövlətinin uğurla inkişaf edən yolu məhz Ulu Öndərin müəyyən etdiyi strateji kursun nəticəsidir.

Heydər Əliyevin milli-mənəvi dəyərlərə bağlılığı, xalqının tarixi və mədəni irsinə dərin hörməti azərbaycançılıq ideyasının dövlət siyasətinə çevrilməsində mühüm rol oynadı. Bu ideya bu gün də Azərbaycanda yaşayan bütün etnik və dini qrupları vahid vətən ətrafında birləşdirən mənəvi platformadır.

Ulu Öndərin Dünya Azərbaycanlılarının I Qurultayında söylədiyi "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" fikri təkcə emosional bir bəyanat deyil, həm də xalqına ünvanlanmış milli dirçəliş çağırışı idi. Torpaqlarının bir hissəsi işğal altında olan, beynəlxalq ədalətsizliklə üz-üzə qalan bir xalq üçün bu sözlər ruh yüksəlişi, milli birliyin və özünəinamın simvoluna çevrildi.

Heydər Əliyevin xidmətləri o qədər əhatəli və fundamental xarakter daşıyır ki, onillər və yüzillər keçsə də, gələcək nəsillər onu Azərbaycan xalqının xilaskarı, görkəmli dövlət xadimi və böyük azərbaycanlı kimi xatırlayacaq. Onun həyatı və fəaliyyəti Azərbaycan dövlətçiliyinin ayrılmaz bir parçasına çevrilmişdir.

Bu gün biz öz torpağında, öz bayrağı altında qalib xalqın nümayəndəsi kimi yaşayırıq. Bu tarixi nailiyyətin əsasında Ulu Öndərin qoyduğu möhkəm təməllər, müdrik siyasəti və onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əzmkarlığı dayanır. Heydər Əliyevin xatirəsi yalnız tarixi şəxsiyyətin anımı deyil, həm də müstəqil dövlətin ruhunu yaşadan ideologiyanın davamıdır.

Onun xilaskarlıq missiyası bu gün də hər bir azərbaycanlının qəlbində minnətdarlıqla anılır. Çünki Ulu Öndər tarixə sadəcə lider kimi deyil, bir xalqın taleyini dəyişən şəxsiyyət kimi düşüb.

Azər Kərimli 

Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 May 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see213

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see185

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see171

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see149

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see148

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see141

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see133

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see128

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri